Qadınların idarəçilik hüququ

"Müasir Azərbaycan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu şəraitində idarəetmə münasibətləri yeni formada təzahür edir. Buna səbəb ictimai həyatın bütün sahələrinə liberalizmin sirayət etməsi olur. İdarəetmə sisteminin dəyişməsi, cəmiyyətdə liberallaşma və demokratiyanın bərqərar olması ilə ictimai-siyasi təsisatlar yeni formada fəaliyyət göstərməyə başladılar. Azərbaycanın dünyaya inteqrasiyası, demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu qadınların idarəetmənin müxtəlif sahələrinə cəlb edilməsinə geniş şərait yaratmışdır. Ölkə və cəmiyyət qarşısında duran vəzifələrdən biri qadının cəmiyyətdə sosial statusunu artırmaq, kişi-qadın bərabərhüquqluluğunu real şəkildə gerçəkləşdirməkdir. Bunun üçün dövlət-qadın siyasəti həyata keçirilir, milli və beynəlxalq səviyyədə qadınlara qayğı göstərilir, onların siyasi, sosial, elmi-mədəni, hüququ, hərbi idarəetmə işlərinə cəlb edilməsi üçün konkret tədbirlər görülür.

Qadın probleminin aktuallığını nəzərə alan Ulu Öndər Heydər Əliyev müstəqilliyin ilk, çətin illərində qadınların Azərbaycanın siyasi-sosial, iqtisadi-mədəni həyatında rolunu artırmaq məqsədilə "Azərbaycan Respublikasında qadınların rolunun artırılması haqqında" 14 yanvar 1998-ci il tarixli Fərman imzaladı. Fərmanda göstərilir ki, hökumət qadınların dövlət orqanlarının işində, ölkənin ictimai həyatında, sahibkarlıq sahələrindəki fəaliyyətinə qaçqın və məcburi köçkün qadınların sosial müdafiəsinin gücləndirilməsinə qadınların əmək hüquqlarının həyata keçirilməsi üçün təşkilati, iqtisadihüquqi təminatlara dair, Beynəlxalq Qadın Təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-dövlət qadın cəmiyyətləri ilə dövlət strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası qadınların müxtəlif problemlərinin həllini nəzərdə tutan beynəlxalq konvensiyalara qoşuldu. Qadın hüquqlarının qorunmasına dair müxtəlif qanunlar və sərəncamlar verildi. Demokratik-hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycanda qadınların hərtərəfli inkişafı, onların hüquq və azadlıqlarının qorunması, bacarıq və qabiliyyətlərindən tam istifadə edilməsi üçün tədbirlər görüldü. Qadının ictimai-siyasi fəallığı və ailədəki funksiyalarının uzlaşdırılması yolundakı maneələr aradan qaldırıldı. IV Ümumdünya Pekin Konfransında qeyd edilən qadınların ictimai həyatda hərtərəfli bərabər iştiraklarını məhdudlaşdıran amillərin - onların insan hüquqlarından faydalanmaq imkanlarından məhrum olmaları, təhsil və peşə hazırlığına, yaşayış imkanı və iqtisadi müstəqilliyə, həmçinin qərarların qəbulu prosesində iştirak etməyə nail ola bilmədikləri, bütün həyatları boyu onların ayrıseçkilik, iqtisadi-sosial ədalətsizlik və çatışmamazlıqlarla hər gün rastlaşdıqları kimi əngəllərin aradan qaldırılması uğrunda ölkəmizdə dövlət səviyyəsində mübarizə aparılır: "Ədalətli cəmiyyətin qurulmasında qadın və kişilərin yeni nəslini birgə əməkdaşlığa ruhlandırmaq beynəlxalq birlik üçün mühüm əhəmiyyət kəsb etdiyindən, liderlərin yeni nəsli elə bir dünyanın yaradılmasına nail olmalıdırlar ki, orada hər bir qadın ədalətsizlik, əsarət və bərabərsizlikdən azad olaraq, öz daxili imkanlarını sərbəst inkişaf etdirsin. Buna görə da qadın və kişilərin bərabərliyi prinsipi sosiallaşma prosesinin təbii amili olmalıdır".

Cəmiyyətimizdə qadının daim artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının diqqətəlayiq hissəsidir. Qloballaşan dünyada dəyərlər sisteminin sürətli dəyişikliklərə məruz qaldığı indiki vaxtda, məhz analarımız milli-mədəni zənginliklərimizin, əxlaqi-mənəvi sərvətlərimizin qorunub saxlanılmasının həqiqi təminatçısıdır. Gənc nəslin qədim adət-ənənələrimizə, milli məfkurəyə və dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməklə, onlar üzərlərinə düşən işlərin öndəsindən hər zaman olduğu kimi, yenə şərəflə gəlirlər. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva da qadın-kişi bərabərliyinin gerçəkləşməsini qadınların qərar qəbuletmə sahəsinə cəlb edilməsi uğrunda ciddi fəaliyyət göstərməklə yanaşı, özüideal qadın, bütün qadınlara bir nümunə kimi diqqəti çəkir.

Qadın-kişi bərabərliyi, qadınların cəmiyyətin idarə olunmasına cəlb edilməsinin aktuallığı ondadır ki, bu məsələ artıq qlobal problemə çevrilərək bütün dünya ölkələrinin diqqət mərkəzində durur. 2000-ci ildə BMT üzvü olan ölkələrin sammitində qəbul edilmiş "Minilliyin inkişaf məqsədləri" Bəyənnaməsində kişi-qadın bərabərliyinin təmin olunması digər qlobal problemlərlə bir sırada göstərilmişdir.

Qadının əhali artımında, tərbiyəedici sahədə əsas qüvvə olması, sosial inkişafda, elm, təhsil, səhiyyə, təlim-tərbiyədə, hakimiyyətdə, siyasətdə, hüquqi və hərbi idarəetmədə iştirakını nəzərə alaraq problemin aktuallığı, onun öyərənilməsi, tədqiq olunması zərurəti ön planda durur. Siyasi idarəetmədə siyasi hakimiyyətin həyata keçirilməsində liderlik qabiliyyəti və dövlət əsas rol oynayır.

Azərbaycanda müasir demokratikləşmə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində idarəetmədə və idarəetmə münasibətləri yeni şəraiətə uyğunlaşdırılır. Yeni formada təşkil edilən idarəetmə münasibətləri dövlət müdaxiləsindən azad olub fərdlərin hüquqi-mənəvi və dini azadlıqlarına xidmət edir. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu şəraitində idarəetmənin xüsusiyyətləri xeyli yeni qaydada inkişaf etmişdir. Bütün idarəetmə obyektləri dinindən, dilindən, dünyagörüşündən asılı olmayaraq, qanunlar qarşısında eyni dərcədə məsuldur və cəmiyyətdə eyni dərəcədə fəaliyyət azadlığına malikdirlər. Müasir Azərbaycan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu şəraitində idarəetmə münasibətləri yeni formada təzahür edir. Buna səbəb ictimai həyatın bütün sahələrində liberalizmin sirayət etməsi olur. İdarəetmə sisteminin dəyişməsi, cəmiyyətdən liberallaşma və demokratiyanın bərqərar olması ilə ictimai-siyasi təsisatlar yeni formada fəaliyyət göstərməyə başladılar. Bu dövrdə cəmiyyətin idarə olunmasında xüsusi yer tutan dövlət təsisatı və dövlət aparatı da yeni şəraitə uyğun şəkildə fəaliyyət göstərdi. Dövr idarəetmə strukturlarının təkmilləşdirilməsinə sistemli yanaşmanı tələb edir. Çünki "birincisi, idaraetmənin heç bir elementi digər elementlərdən təcrid olunmuş şəkildə öyrənilə bilməz; ikincisi idarəetmənin hər hansı bir elementinin inkişafının dəyişdirilməsini və hərəkətinin öyrənilməsini tələb edir".

İdarəetmənin xüsusiyyətlərindən bəhs edərkən, cəmiyyətin müasir ideologiyaya - sinergetik ideologiyaya ehtiyacı olduğunu, formalaşmaqda olan yeni ümum elmi metodologiyanın artıq müxtəlif inkişaf etmiş ölkələrdə idarəetmənin əsasını təşkil etdiyini göstərir: "Azad iqtisadi münasibətlərin tənzimlənməsi və sosial-siyasi problemlərin böyük müəssisələrin idarə olunması artıq yeni metodologiya üzrə aparılır. Elə bir idarəetmə üsuluna keçid formalaşır ki, özünü təşkilatlandırma, sinergizm əlamətləri onun ayrılmaz xassələri kimi çıxış edir".

İdarəetmənin sosial-fəlsəfi mahiyyətində əsas cəhətlərdən biri onun müasir, demokratik və açıq cəmiyyətin gerçəkləşməsində oynadığı roldur. Qapalı cəmiyyətdə totalitar idarəetmə açıq cəmiyyətdə konstruktiv, rasional, nizamlı və məsuliyyətli idarəçilik hökm sürür. Açıq və demokratik cəmiyyətin idarə olunmasında dövlət həmrəylik yaradan təsisat kimi çıxış edir. Sosial idarəetmə açıq cəmiyyətdə fikir azadlığı, plüralizm, tolerantlıq və humanizm yolu ilə həyata keçirilir. Açıq cəmiyyətdə özünü təşkilatlandırma və özünüidarə üçün geniş imkanlar yaranır. Qadınların siyasətdə iştirakına münasibət birmənalı olmamışdır. Bəziləri, hətta qadının siyasətdə iştirakını "dünya üçün təhlükə" hesab edirlər.

Ailə iki insanın yaratdığı elə bir fenomendir ki, onu qurmaqyaşatmaq həm qadının, həm də kişinin öz vicdanları, Allah və cəmiyyət qarşısında borcudur. Bu məqsədə çatmaq üçün ailə öz qarşısına çıxan maneələri aradan qaldırmağa qabildir. Azərbaycan qadınlarının güclü potensialı olduğunu əsrlər boyu bütün dünyaya sübut edən minlərlə qadın siyasətçiləri, alimləri, mədəniyyət, incəsənət xadimləri olmuşdur. Müasir dövrdə də Azərbaycan qadınları istənilən sahələrdə çalışaraq öz qabiliyyətlərini göstərir və göstərəcəklər, ancaq onların ailə tərəfindən dəstəklənməsi və başa düşülməsi respublikamızın hər bölgəsində eyni səviyyədə deyil. Yuxarıda deyilənləri nəzərə alsaq, kişilər qadınlara daha çox imkan, şərait yaratsalar və qadınların güclərinə inanıb, onların potensiallarını inkişaf etdirsələr, onlar həm ailəsinin rifahı üçün, həm də cəmiyyətin inkışafi üçün əvəzsiz tohfələr verməyə qadirdilər. Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz. Azərbaycan Respublikasında qadın hüquqlarını qoruyan möhkəm qanunlarqanunlara nəzarət və bu nəzarəti icra edən qurumlar mövcuddur. Qadın elə bir müqəddəs varlıqdır ki, kişi qadını həmişə qorumalı və onunla hesablaşmalıdır.

         

Vahid Ömərov

Yeni Azərbaycan.- 2016.- 22 aprel.- S.5