Azərbaycan
sivilizasiyalararası dialoqa və multikultural dəyərlərin qorunmasına mühüm töhfələr verir
Milli Məclisin deputatı Kamilə Əliyeva
- Kamilə xanım, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq dialoq məkanına çevrildiyini göstərir. Bu yaxınlarda keçirilən IV Qlobal Bakı Forumunu, o cümlədən aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu bu mənada xüsusi qeyd etmək lazımdır. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan və pozitiv imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunlara paralel olaraq Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.
Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət - ayrı-ayrı təşkilatlar, siyasətçilər, dövlət xadimləri əminliklə ifadə edirlər ki, Azərbaycan mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bildiyiniz kimi, 10-11 mart tarixində Azərbaycanın paytaxtında Çoxqütblü dünyaya doğru mövzusunda IV Qlobal Bakı Forumu keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilib. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib ki, bütün bunlar Forumun əhəmiyyətini bir daha göstərir. Bu Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirilib. Ümumiyyətlə, ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir, eyni zamanda, qeyd etdiyiniz kimi, paytaxtımızda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aktual sivilizasiyalararası dialoq və müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu platforma kimi xarakterizə edilə bilər. Bu həm də ona dəlalət edir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bununla yanaşı, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Başqa sözlə, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik təmin edilib.
- Yeri gəlmişkən,
2016-cı il Azərbaycanda Multikulturalizm
ili elan edilib. Bu kontekstdə
həm multikultural dəyərlər sistemli şəkildə təbliğ
edilir, həm də ölkəmizdə multikulturalizm mühitinin möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlər
reallaşdırılır. Bu barədə fikirlərinizi
bilmək istərdik...
- Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi
müxtəliflik insanlar
arasında fərq yaradan, kimlərəsə
üstünlük verən
və yaxud kimlərisə ayrı-seçkiliyə
məruz qoyan amil kimi çıxış
etmir. Əksinə, burada tolerantlıq,
milli-dini-irqi müxtəliflik
cəmiyyətin əsas
və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli
və dini icmaların heç bir fərq qoyulmadan
bərabər yaşamasına,
sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var.
Beləliklə, Azərbaycanın təcrübəsi
multikulturalizmin təbliği
üçün müsbət
nümunə kimi çıxış edir. Azərbaycan müxtəlif
xalqların nümayəndələrinin
yanaşı, sülh
və təhlükəsizlik
şəraitində yaşadığı
ideal və arzuolunan məmləkət kimi dəyərləndirilir. Şübhəsiz, bunun fonunda ölkəmizin
timsalında, sözün
əsl mənasında,
multikulturalizm ənənələrinin
təntənəsi müşahidə
edilir.
Onu da qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanda
tolerantlıq sahəsində
dövlət siyasətinin
əsasını Ümummilli
lider Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının
ayrılmaz tərkib hissəsi sayan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu
bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə multikulturalizm dövlət
siyasətinin ən vacib istiqamətlərindən
birinə çevrilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
Müşavirliyi Xidməti
təsis edilib. Dövlət başçısının
2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2016-cı ilin ölkəmizdə Multikulturalizm
ili elan olunması da Azərbaycan dövlətinin
tolerantlıq dəyərlərinə
verdiyi önəmi və bu istiqamətdə
güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir.
Tolerantlıq nümunəsi
olan Azərbaycan isə multikulturalizm ənənələri ilə
özünəməxsus model formalaşdırıb. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev bu barədə qeyd edib: Azərbaycanda
bütün dinlərin
nümayəndələri bir
ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir...
Azərbaycanda pravoslav, katolik,
alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox
sağlam zəmində
həllini tapır.
Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq.
Ümumiyyətlə, hazırkı reallıqlar
deməyə əsas verir ki, multikulturalizmin
alternativi yoxdur və bu, mədəniyyətlər,
sivilizasiyalararası dialoqun
inkişafına özünəməxsus
töhfələr bəxş
edir. Eyni zamanda, bununla
xalqlar öz mədəniyyətləri və
mənəvi dəyərlərini
inteqrasiya etdirir.
Müasir dövrdə multikulturalizmin
əksinə olaraq, özünütəcrid mövqeyi
seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
- Kamilə xanım, siz Milli Məclisin
Elm və təhsil komitəsinin üzvüsünüz.
Parlamentin yaz sessiyası çərçivəsində Elm haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Hazırda layihə üzərində
təkmilləşdirmə işləri aparılır.
Layihəyə edilən yeniliklərin
elmin inkişafı istiqamətində əhəmiyyəti
nədən ibarətdir?
- Azərbaycan Respublikası
Milli Məclisinin Elm və təhsil komitəsinin 2016-cı ildə
ilk iclasıında yeni
hazırlanan Elm haqqında
qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Sözügeüdən qanun layihəsinin
parlamentdə birinci oxunuşda müzakirəsindən
sonra müəyyən
təkmilləşdirmə işləri aparılıb,
sənədə bir sıra yeni müddəalar, həmçinin
innovasiya və sahibkarlıq fəaliyyəti,
multikulturalizm, tolerantlıqla
bağlı yeni maddələr salınıb.
Eyni zamanda, dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə,
o cümlədən xarici
investorların cəlb
edilməsi üçün
əlverişli mühitin
yaradılması və
bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada güzəştlərin
verilməsi təklif olunur. Daha da dəqiqləşdirsək,
elmin inkişafı üçün zəruri
avadanlıqların güzəştli
şərtlərlə respublikaya
gətirilməsi kimi məsələlər təklif
edilir. Yeniliklərdən biri də magistr hazırlığı
ilə bağlıdır.
Magistr pilləsində peşəkar
məqsədlər üçün
ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi
təklif edilir.
Bütövlükdə qeyd edə bilərəm
ki, layihə dövlətin elm sahəsində
həyata keçirdiyi
siyasətə, ölkədə
və dünyada cərəyan edən proseslərə cavab verir. Yəni burada əks
olunan təkliflər elmin inkişafı istiqamətində qarşıya
qoyulan strateji əhəmiyyətli vəzifələrin
yerinə yetirilməsi
baxımından müstəsna
əhəmiyyət kəsb
edir.
Ümumiyyətlə, Azərbaycanda elmin inkişafı strateji bir vəzifə kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən
tədbirlər paralel
olaraq təhsil sisteminin inkişafına da strateji töhfələr
verir. Hazırda dövlət səviyyəsində
aparılan siyasətin
nəticəsi olaraq Azərbaycanda elmi tədqiqatların prioritetləri
ölkənin mühüm
sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin
həllinə istiqamətləndirilir.
Bu baxımdan, Azərbaycanın
dövlət müstəqilliyinə,
sosial-iqtisadi və mədəni-mənəvi inkişafına,
ictimai-siyasi sabitliyinə,
milli təhlükəsizliyinə,
ölkənin beynəlxalq
aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə
maddi-mənəvi dəyərlərin
qorunmasına xidmət
edən elmin inkişafı vəzifəsi
vahid strategiyaya uyğun olaraq ardıcıl şəkildə
həyata keçirilir.
- Yeri gəlmişkən, Məktəbəqədər təhsil
haqqında yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının iş planına daxil edilib. Ümumiyyətlə, belə bir qanun
layihəsini zəruri
edən amillər hansılardır?
- Bəli, Məktəbəqədər
təhsil haqqında yeni qanun layihəsi
Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib və bu layihənin hazırlanması məqsədi
ilə işçi qrupunun tərkibi təsdiq edilib.
Səs.-
2016.- 26 aprel.- S.11.