Azərbaycan dünyada tolerantlıq nümunəsidir

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir

 

Məlum olduğu kimi, Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar (BMT SA) Alyansının 7-ci Qlobal Forumu keçirilir. Tədbir çərçivəsində BMT SA gənclər tədbiri, biznes-simpozium, "Nifrət nitqinə "Yox" hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi", "Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər", "Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət", "Qlobal vətəndaşlıq təhsili", "Tətbiqi proqramlarvideo-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri tətbiqi proqramlarvideo-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri", "Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu", "Davamlı və inklüziv inkişaf naminə idman", "Qlobal miqrasiya prosesində şəhərlərin rolu", "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması", "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu", "Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu", "Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi", "Təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: inkişaf, müxtəliflik və dialoq naminə təhsil", "Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması", "Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr", "Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi" və digər mövzularda seminarlar keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, ümumilikdə 2000-ə yaxın qonaq qatılıb.

Ümumiyyətlə, forumun İndoneziyadan sonra Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. Çünki Azərbaycan sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən sosial-mədəni-humanitar sahələrdə dünyaya açılan məkandır. Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki humantiarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir.

İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsinə yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir. Azərbaycan, həmçinin, regionda sabitləşdirici faktor rolunda çıxış edərək, bölgəninin təhlükəsizlik seqmentlərini formalaşdırır.

Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadisosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur. Azərbaycanın Avropa arenasında özünü, həqiqətən də zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini xatırladır və bildirir ki, ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadisiyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir.

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verirson iyirmi il ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də, məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyillər sayıla bilər. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir.

Son illərdə Bakıda keçirilən beynəlxalq humantiar forumlar da məhz dünya ölkələrinin əsas müzakirə mövzusu multikulturalizmlə bağlı olub. Hər bir ölkə bu formulu gələcək üçün mühüm bir siyasi-ideoloji xətt sayır, multikulturalizmlə bağlı yeni çağırışları ortaya çıxarıb. Bu gün Azərbaycanın bütün qitə ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Respublikamız müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən sarsılmaz dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkə kimi formalaşıb. Müxtəlif qitələrin kəsişməsində yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin mövcud olduğuqovuşduğu müqəddəs bir torpaqdır. Həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi, üstəlik, formalaşmış və əsrlərin sınağından çıxmış ənənələri baxımından respublikamız dünya mədəniyyətlərini bir araya toplamaq haqqını qazanıb. Ona görə də, mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirəndə, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycanda reallaşdırıldığı təsadüfi olmadığını görmək olar. Azərbaycan bir dostluq atmosferi yaratmaqla, hamını öz evində humanitar birgəliyə dəvət edir. Hər bir ölkə üçün xeyirxah olduğunu nümayiş etdirir. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər ssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirir.

Respublikamız hazırda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan dünyaya tolerantlıq nümunəsi olaraq təqdim olunur. Məhz BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir.

Səs.- 2016.- 26 aprel.- S.5