Suraxanıda Çernobıl
qəzanın 30-cu ildönümü ilə
bağlı tədbir keçirib
Çernobıl AES-də 26 aprel 1986-cı ildə baş vermiş qəzadan 30 il ötür. XX əsrin ən böyük texnogen qəzasının aradan qaldırılmasında iştirak edən minlərlə azərbaycanlı arasında Suraxanı rayonu sakinləri də olub. Qəza nəticəsində əlil olmuş Suraxanı rayon sakinlərinin qayğı və problemlərinə daha diqqətlə yanaşmaq, onlara mütəmadi olaraq maddi və mənəvi köməklik göstərilməsini davam etdirmək məqsədilə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 29 mart 2016-cı il tarixli Sərəncam imzalamışdır.
"Çernobıl" qəzasının 30-cu ildönümü ilə əlaqədar Suraxanı rayon icra hakimiyyətinin və Suraxanı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun "Halal süfrə" restoranında anım tədbiri keçirilib.Əvvəlcə bir dəqiqəlik sükutla Çernobıl qəzası nəticəsində dünyasını dəyişənlərin əziz xatirəsi yad edilib.
Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, 26 aprel 1986-cı ildə baş verən və bütün dünyanı təşvişə salan Çernobıl hadisələrindən xeyli vaxt keçsə də o müdhiş hadisənin doğurduğu fəsadlar hələ də yaşanmaqdadır: "Qəza baş verən ərazidə iştirak edən həmyerlilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirlməsi üçün müəyyən tədbirlər həyata keçirilmiş, onlar xüsusi imtiyazlarla təmin olunmuşlar. A.Həsənova xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. "Çernobıl" qəzasının əlilləri və iştirakçıları dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Suraxanı rayonunda da "Çernobıl" qəzasının əlilləri və iştirakçıları qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir".
Tədbirdə çıxış edən Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun direktoru, Çernobıl hadisələrinin iştirakçısı Şahalı Cəbiyev, "Çernobıl Əlilləri" İttifaqının Suraxanı rayon flialının direktoru Akif Bayramov, Çernobıl əlili Vüqar Rzayev və başqaları qeyd ediblər ki, ölkədə Çernobıl əlillərinin hüquqlarını tənzimləyən xüsusi qanunvericilik aktı var. Bununla yanaşı, əlillərin sosial hüquqları ilə bağlı qanunlar da Çernobıl qəzası iştirakçılarına şamil edilir. Bütün əlillər pensiya ilə təmin olunur, ildə bir dəfə pulsuz müayinə və müalicədən keçirlər, istirahət hüquqları təmin edilib və hər il birdəfəlik pul yardımı verilir. Çernobıl əlilləri ev və avtomobillərlə də təmin edilir.
Tədbirin sonunda Çernobıl əlillərinin bir qrupuna ərzaq yardımı göstərilib.
ZÜMRÜD
Səs.-
2016.- 27 aprel.- S.10