Xalq öz Prezidentinə güvənir və inanır

Azərbaycan əhalisinin 97 faizi Prezident İlham Əliyevə tam etibar edir

 

Məlum olduğu kimi, “Rəy” Monitorinq Mərkəzi aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında sorğu keçirib. Məlumata görə, Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2 faizi bu seçkilərə qatılardı. Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib. Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8 faizi öz səsini İlham Əliyevə verərdi. Rəyi soruşulanların 97 faizi İlham Əliyevə tam etibar etdiyini, 89 faizə yaxını İlham Əliyevin onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib. Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.

Rəyi soruşulanların əksəriyyəti Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən, yaxşı” qiymətləndirib.

 

Bu uğurların təməli güclü dövlət idarəçiliyidir

 

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf  strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlayeni çalarlarla zənginlədirilmiş şəkildə  həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə islahatçı, innovativ bir ölkə imicini formalaşdırmış, əməkdaşlığa can atılan dövlətlərdən birinə çevrilmişdir. Son on iki ildə Azərbaycanın iqtisadisiyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq imici, regionun lideri olaraq özünü təsdiqləməsi ölkəmizin seçdiyi yolun düzgünlüyü həqiqətini təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Ötən dövrü xarakterizə edən faktların ümumi təhlili göstərir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi kursunu həyata keçirməyə qadir dövlət xadimi olaraq özünü doğrultmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasi lider kimi tanınır. Belə ki, bir müddət öncə Britaniyanın “The Business Year” jurnalı dövlət başçımızı “İlin adamı” elan etmişdi. Bunun ardınca Prezident İlham Əliyev Türkiyənin nüfuzluEkovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçildi. Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Jurnalda dövlət başçımızın Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Göründüyü kimi, dövlət başçımız dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə, ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır. Ümumilikdə, bütün bu uğurları şərtləndirən strateji faktorlara nəzər salmaq üçün ölkəmizin daxilixarici siyasət kursunun əsaslarına diqqət yetirmək lazımdır.

 

Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır

 

2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən birincisi oldu. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir.

Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli ölkələr üçün belə örnəkdir. Dünya xəritəsində ikinci belə ölkə tapılmaz ki, qısa müddətdə ÜDM üç dəfə yüksəlsin, Azərbaycan qədər nailiyyətlər əldə edə bilsin. Aparılan islahatlar, həyata keçirilən 60-dan artıq Dövlət Proqramının tətbiqi ilə Azərbaycanda yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb, xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir.

Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edibbir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

“Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” söyləyən Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalıdır, borcunu şərəflə yerinə yetirməlidir. Nazir və komitə sədrlərinin bölgələr üzrə planlaşdırılan əhali ilə görüşlərinin əsasında da insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi dayanır. Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin təzahürüdür.

Sorğunun nəticələrini şərh edən analitiklər də bildirirlər ki, Azərbaycanın dinamik inkişafı, davamlı iqtisadi yüksəlişi, ölkədə sosial problemlərin uğurlu həlli, cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsi, Azərbaycanın dünya miqyasında nüfuzlu ölkəyə çevrilməsi, milli təhlükəsizlik kimi mühüm məsələnin əsaslı şəkildə həll edilməsi Azərbaycan hakimiyyətinin və şəxsən Prezident İlham Əliyevin yüksək reytinqini əsaslandıran amillərdir.

Beləliklə, bir daha qeyd etmək mümkündür ki, Cənab Prezident İlham Əliyevin istiqamətləndirdiyi uğurlu siyasət nəinki Azərbaycana, eləcə də dünyanın bir çox aparıcı ölkələrinə öz əvəzsiz töhfələrini verməkdədir. Keçirilən sorğunun yüksək olması da Prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2016.- 29 aprel.- S.2