Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə tarixdə “Dunsterforce” adlanan hərbi
bölmə haqqında mühazirə dinlənilib
İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Britaniya parlamentində tarixdə “Dunsterforce” adı ilə tanınan, XX əsrin əvvəllərində Cənubi Qafqazda və Bakıda əməliyyatlarda iştirak edən hərbi bölmə haqqında mühazirə dinlənilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri, professor Nərgiz Paşayeva və həmkarı Lord German tədbirə toplaşan qonaqları salamladılar. Mühazirədə İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri, Britaniyanın və Azərbaycanın ictimai və elm xadimləri iştirak ediblər.
Tədbiri açan İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German Azərbaycan xalqına müraciət edərək bildirib: “Biz, İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, Dağlıq Qarabağ münaqişə zonasında son zamanlar baş vermiş, insan tələfatı, dağıntı və xəsarətlərlə nəticələnən hadisələrdən çox narahat olduq. Azərbaycan xalqının dinc yaşaması və bu münaqişənin tezliklə həll olunmasına çox ümid edirik”.
Lord German tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri olduğunu vurğulayaraq bu haqda mühazirə dinləməyin çox maraqlı olacağını bildirib. O, həmsədr həmkarı professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirərək sözügedən tarixi hadisə haqqında məlumatlanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə britaniyalı vəkil və tarixçi Alum Bati məruzəçi olaraq iştirak edib. A.Bati Britaniyanın fərqli universitetlərində tarix və hüquq ixtisası üzrə təhsil alıb. Öz sahəsı üzrə bir çox kitab və elmi əsərlərin, o cümlədən “Visions of Azerbaijan” jurnalında “1918: Azərbaycan müharibədə” adlı məqalənin müəllifidir. Azərbaycanda Britaniya biznes qrupunun baş katibi, Britaniyanın Azərbaycandakı 4 səfirinin fəxri hüquq məsləhətçisi və Azərbaycanla bağlı bu kimi bir çox önəmli vəzifələrdə çalışıb. A.Bati Azərbaycan parlament komissiyasında fəaliyyət göstərən yeganə xarici vətəndaşdır.
A.Bati məruzəsində tarixdə “Dunsterforce” adlanan hadisə haqqında arxiv sənədləri, foto və video çəkilişlərlə iştirakçılara ətraflı məlumat verib. Adını bölməyə rəhbərlik edən britaniyalı general Lionel Çarlz Denstervildən alan bu hərbi bölüm 1917-ci ildə yaradılıb. General Denstervil xatirələrində bölməni “Dunsterforce” adlandırıb. Bölmə haqqında sənədlərin bir çoxu günümüzə qədər gəlib çatmayıb. A.Bati məruzəsində general L. Denstervilin Bakıda apardığı hərbi əməliyyatlara xüsusi diqqət yetirib.
Özünü Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel Çarlz Denstervil (1865-1946) Londonda doğulub, ilk təhsilini Britaniya ordusu üçün hərbi qulluqçular hazırlayan Devon məktəbində alıb. Məktəb illərində onun yaxın dostlarından biri gələcəyin görkəmli yazıçısı, Nobel mükafatı laureatı R. Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də sinif yoldaşlarının bu dövrdəki həyatından söz açdığı avtobioqrafik “Stalki və dəstəsi” romanında əsas qəhrəmanının - diribaş Stalkinin prototipi kimi Denstervili təsvir etmişdi.
Hərbi, siyasi və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan Don hövzəsu, Qafqaz və Türküstana nəzarət Britaniya hökumətinin strateji planlarına daxil idi. Polkovnik Denstervil də məhz bu səbəbə görə buraya yola düşmüşdü.
Çar Rusiyasının süqutu ilə yaranan hərbi-siyasi vəziyyət qarşıya Böyük Britaniya müstəmləkələrinin və imperiya maraqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoymuşdu. Denstervil isə Ənzəli və Bakı limanlarına, Xəzərin qərb sahillərinə nəzarəti təmin etməli, Tiflisdə müttəfiq dövlətlərlə iş birliyi qurmaq istəyən qüvvələrlə əlaqə yaratmalı idi. Növbəti il yanvarın ilk günlərində ona general-mayor rütbəsi verilərək, tarixə “Densterforce” (“Denstervil ordusu”) adi ilə düşən elitar hərbi birləşmənin formalaşdırması tapşırıldı. Təşkilinə bir neçə gün sonra Bağdadda başlanan, İranda davam etdirilən və Bakıya daxil olan zaman ümumi sayı təxminən 1000 nəfər əsgər və zabitdən ibarət qrupun tərkibinə Mesopotomiya və Qərb cəbhələrinin seçmə hissələrinin hərbi qulluqçuları daxil edilmişdi. Burada britaniyalılarla yanaşı, avstraliyalı, kanadalı və yeni zelandiyalılar da var idi.
Hərbi missiyanın təşkilində məqsəd Qafqaza və Mərkəzi Asiyaya can atan alman-türk qüvvələrinin Böyük Britaniya müstəmləkələri, ilk növbədə Əfqanıstan və Hindistan üçün yarada biləcəkləri mümkün təhlükənin qarşısını almaq idi. Rusiya Birinci Dünya müharibəsindən çıxdıqdan sonra bu təhlükə daha real görünürdü. “Dunsterforce” İran ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan, xüsusən də, regionda alman təsirinin daha nəzərəçarpacaq şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və mənafelərini qorumalı idi. Bu məqsədə çatmaq üçün hərbi kəşfiyyat məlumatının toplanması, yerli hakimiyyətlərlə əlaqə qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi tələb olunurdu.
“Dunsterforce”un ilk tarixçisi ingilis generalının özü
olmuşdu. O, 1911-ci ildən
başlayaraq əhatəli
gündəlik aparmışdı.
Cari qeydləri, topladığı
çoxsaylı sənəd
və materiallar, habelə şəxsi müşahidələri əsasında
1920-ci ildə Londonda
“The Adventures of Dunsterforce” (“Densterfors”un macəraları”)
kitabını çap
etdirmişdi.
General Denstervil inqilab komitəsində keçirdiyi
gərgin görüşdən
sonra gündəliyində
yazırdı: “Bolşeviklər
bizə Bakıya getməklə bağlı
hətta hər hansı təşəbbüsü
də yasaq edirlər. Bakı bolşevik hökumətinin
əlindədir, gəlmək
xəbərimizi eşidərək
radio ilə nəyin bahasına olursa olsun, bizi tutub
saxlamaq barəsində
əmr göndəriblər”.
Bağdad və Londonla apardığı məsləhətləşmələr
zamanı generala hələlik Həmədanda
gözləmək, İran
tərəfinin bütün
addımlarını nəzarətdə
saxlamaq və imkan yaranan kimi
Cənubi Qafqaza doğru hərəkət
etmək əmri verilmişdir. General Denstervil
isə məcburi fəaliyyətsizlik günlərində
daha çox İran cəmiyyətinin özünəməxsusluqlarını araşdırmaq və Cənubi Qafqazda yaranmış vəziyyəti
təhlil etməklə
vaxtını keçirirdi.
Məsələn, 1918-ci ilin aprelində
İrandan Londona, Hərbi nazirliyə göndərdiyi məlumatlardan
birində general Denstervil
Cənubi Qafqazdakı
vəziyyəti dəyərləndirmişdi.
Cənubi Qafqazdakı vəziyyətlə
bağlı təhlillərdə
də həqiqətlə
səsləşən müəyyən
müşahidələr və
rasional qənaətlər
yox deyil. Amma təbii ki, bütün bu təhlil və mülahizələrin mərkəzində
bölgədə ingilis
hegemonluğunu təmin
etmək, hansı yolla olursa-olsun, Britaniya imperializminin maraq və mənafelərini
qorumaq düşüncəsi
dayanırdı.
“Dunsterforce”un formalaşma prosesində rus zabitlərinin, xüsusən də Qafqaz ordusunda xidmət etmiş hərbçilərin xidmətindən
geniş istifadə olunurdu. General Denstervilin
ətrafında Bakı
aviatorlar məktəbinin
məzunları böyük
üstünlük təşkil
edirdilər.
Generalın şəxsi yavəri, ingilis əsilli rus zabiti kapitan
Breyin də axırıncı qulluq yeri Bakı olmuşdu. Nəhayət, Denstervilin özünün
rus dilini bilməsi işə çox yarayırdı.
Kitabındakı və gündəliklərindəki
qeydlərdən də
göründüyü kimi,
bu dil bilgisi
ikinci şəxslər
olmadan Bakıda faydalı dialoq qurmaq, daim hadisələrin
nəbzini tutmaq imkanı yaratmışdı.
Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
xüsusi qatarla müvəqqəti paytaxt Gəncədən Bakıya
gəldi. Məruzəçi toplaşanlara onu
da çatdırdı
ki, o dövrdə Bakı bolşeviklərin
və Şaumyanın,
ermənilərin əlinə
keçmişdi və
yerli əhali arasında böyük insan tələfatı var idi. Bakının azad edilməsi
milli dövlətçiliyimizə
cahanşümul töhfə
oldu. XX əsr
Azərbaycan tarixinin bu ən parlaq
səhifəsi Azərbaycan
və türk əsgərinin qanı ilə yazıldı.
Beləliklə, “Dunsterforce” üzərinə
qoyulan əsas vəzifənin - Bakıda
Britaniya nəzarətinin
təmin olunması işinin öhdəsindən
gələ bilmədi.
Sentyabrın 16-da Denstervil Bağdada dönməsi ilə bağlı teleqram aldı. “Özümü incidilmiş saymıram.
Hərbi nazirliyin və Bağdadın süstlüyünə, səhvlərinə
baxmayaraq, çətin
şəraitdə əla
iş gördüm, boş yerdə çox yaxşı nəticələrə nail oldum.
Görünür, teleqramlarımdan
sonra taleyimi yüngülləşdirmək və mənə hərbi məhkəmə
ilə təsir göstərməməkdən başqa
yolları qalmamışdı”,
- deyə həmin gün o, gündəliyində
yazmışdı.
Bu sətirlərdən Britaniya hökumətinin “Dunsterforce”dan narazı, Denstervilin isə çox razı qaldığı aşkara
çıxır.
Daha sonra iştirakçıların sualları
cavablandırılıb. Tədbirin yekununda
Nərgiz Paşayeva və Lord German mühazirəçiyə
təşəkkürlərini bildirdilər.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
SES QEZETI
Xəbəri paylaş
0
Gündəm
AZƏRBAYCANÇILIQ
İDEYASI VƏ MULTİKULTURALİZM
FƏLSƏFƏSİNİN VƏHDƏTİ29.04.2016 16:02
Əli Həsənov: “Azərbaycana
qarşı ikili standartların ən açıq forması tətbiq olunur” 28.04.2016
21:04
Lordlar Palatasında İngiltərə-Azərbaycan
Cəmiyyətinin təşkilatçılığı
ilə tarixdə “Dunsterforce” adlanan hərbi bölmə haqqında mühazirə
dinlənilib28.04.2016 21:04
Mübariz Qurbanlı: “Bakıda
keçirilən BMT-nin
Sivilizasiyalar Alyansının
VII Qlobal Forumu Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir”28.04.2016
21:02
Azərbaycan əhalisinin 97 faizi
Prezident İlham Əliyevə tam etibar edir 26.04.2016 22:10
Heydər
Əliyev Fondunun İtaliyada gördüyü
işlər ölkələrimizin
əlaqələrinin inkişafına
mühüm töhfə
verir26.04.2016 22:10
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun rəsmiləri
ilə görüşüb26.04.2016 22:08
Azərbaycan dünyada tolerantlıq
nümunəsidir25.04.2016 23:16
Bakıda
BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumu çərçivəsində
Gənclər Forumu
keçirilib25.04.2016 23:14
Orxan İsmayılov
Səs.-
2016.- 29 aprel.- S.4