Multikulturalizm haqqında düşüncələrim

"Multikulturalizm" terminini daha rahat açmaq üçün bu mövzuya dünya insanlarının həyatı ilə əlaqəli müxtəlif tərəflərdən yanaşmaq istədim.

Multikulturalizm - dünya xalqlarının, etnik azlıqların, ümumiyyətlə bütün bəşəriyyətin qarşılıqlı hörmət əsasında ünsiyyət formasıdır. Məsələn, elm adamları üçün belə ünsiyyət elmi nailiyyətləri bölüşmək, inkişaf etdirmək üçün toplanan beynəlxalq forumlar, konfranslar, simpoziumlar, siyasətdə sülhə xidmət edən dövlətlərarası görüşlər və bu tədbirlər zamanı siyasətçilərin öz davranış və çıxışlarına xüsusi ehtiyatla yanaşmasını tələb edən münasibət formasıdır. Dini multikulturalizm isə müasir dövrdə, xüsusən aktualdır. Bu baxımdan, müxtəlif dini qurumların biri-birinə qarşı daha tolerant, daha dözümlü davranaraq, ümumi mənafelər baxımından, multikultural prinsiplərə əməl etmələri yer üzündə daha rahat həyatı və sülhü təmin edərdi. Planetimizin sadə sakinləri üçün multikulturalizm bütün xalqların dinc yanaşı yaşamaq mədəniyyətinin elə bir dəyəridir ki, müxtəlif qlobal problemləri onun köməkliyi ilə həll etmək və xoşbəxt gələcəyə ümid etmək olar.Bu, bəşəriyyətə hörmətdir.

Minlərlə günahsız insanın, uşaqların öldürüldüyü, dəhşətli xəstəliklərin, epidemiyaların yayıldığı bir dövrdə elmi, siyasidini xadimlər bütün qüvvələrini toplayaraq, bu bəlaları dəf etməkdə bəşəriyyətə kömək əllərini uzatmalıdırlar.

Multikulturalizmin elmi tərəflərindən də danışmaq yerinə düşərdi.Bu, hər bir ölkədə irqidini fərqlər qoymadan bütün vətəndaşların hüquq bərabərliyidir. Belə cəmiyyətdə insanlar dilini-dinini, etnikmilli mədəniyyətini, adət-ənənələrini rahat yaşadıb, inkişaf etdirə bilir, burada milli məktəblər şəklində təhsil müəssisələri açılır, milli dillərdə qəzet və jurnallar dərc olunur. Məhz belə ölkələrdə multikulturalizm təkcə siyasi elita tərəfindən qorunmur, həm də heç bir vəzifə mövqeyi olmayan dinc əhalinin hörmətlə yanaşdığı bir dəyərə çevrilir. Elə bu baxımdan, məsələyə dil faktorunun təsiri böyükdür. Dil - millətlər və xalqlar arasında dialoqun əsas vasitəsidir. Ola bilsin ki, dilmaddi sərvət, nə pul, nə də daş-qaşdır.Ancaq o, elə bir xəzinədir ki, bəşəriyyətin bütün nailiyyətləri, tarixielmi dəyərləri burada toplanır.Dil sülhü və müharibəni elan edir, elmi və mədəniyyəti yayır. O, elə bir qədim və müasir silahdır ki, onun vasitəsilə həm yaralamaq, həm də sağaltmaq olar. Dil, eyni zamanda bütün bəşəri dəyərlərin inkişafına xidmət edir.

Uzun illər sovet imperiyasında yaşayan xalqlar rus dili vasitəsilə bir-birinin mədəniyyətini, tarixini və ənənələrini bölüşüb inkişaf etdirmişdilər.Ümumiyyətlə, multikulturalizm anlayışı öz bünövrəsini bəşəriyyətin böyük müharibələrindən, demoqrafik yerdəyişmələrindən və ticarət münasibətlərindən götürmüşdür. Bu münasibətlərdən sonra xalqlar nəinki bioloji, maddi cəhətdən dəyişir, həm də dil, milli-mənəvi və mədəni cəhətdən də bir-birinə təsir göstərir və inkişaf edir.

Son illərdə milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş Yaxın Şərqdə gedən müharibədən Avropaya qaçan insanlar, tanımadıqları Yeni Dünyaya, başqa ölkələrə sülh və əmin-amanlıq üçün gedirlər. Əlbəttə, çox yaxşı olardı ki, əli silahsız, köməksiz qaçqınlarla ümumi dil tapılsın. Özlərini demokrat adlandıran ölkələr və siyasi xadimlər axının qarşısını sülhlə, dialoqla ala bilsinlər.

Mənim fikrimcə, bu ölkələrdə insanlarla düzgün işləmək üçün "THE HİLL" adlı ABŞ qəzetində beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutun "Azərbaycan - tolerantlıq və multikulturalizm ölkəsidir" adlı məqaləsi yaxşı nümunə ola bilər.

Müəllifin də göstərdiyi kimi , əminliklə deyə bilərik ki, multikulturalizm Azərbaycanda hər sahədə dövlətin siyasi simasına çevrilmişdir.

Mənim Vətənim qədim dövrlərdən bəri çoxlu etnik azlıqların sülhdostluqda yaşadığı bir məkandır. Bunu heç kim dana bilməz. Qonşu ölkələrdən bizə qaçmış insanlar torpaqlarımızda həmişə isti qarşılanmış və yerləşdirilmişdir. Onların maddi və mənəvi sərvətləri hörmətlə qorunmuşdur. Əgər bəziləri bunu unutmuş və hətta bizim olanlara da əl uzatmağa qalxdılarsa, digər millətlərdən olan mərd insanlar ordumuza qoşularaq, torpaqlarımızı, namusumuzu, şərəfimizi bizimlə birlikdə qəhrəmancasına qorudularbu gün "Şəhidlər Xiyabanı"nda uyuyan əbədi ləyaqət simvollarıdırlar.

Budur multikulturalizm! Bu məntiqlə götürsək, multikulturalizm - sədaqət, namus və əsl dostluqdur!

Bu baxımdan, multikulturalizmin təbliği və inkişafı üçün digər ölkələrdə də qlobal beynəlxalq problemləri aradan götürmək, münasibətləri yaxşı mənada inkişaf etdirmək üçün Bakıda keçirilmiş "Bakı Beynəlxalq Humanitar Forumu", Ümumdünya Mədəniyyətlərarası Dialoq" Forumu, "İslam Əməkdaşlıq Təşkilatı"nın tədbirləri, AvroviziyaAvropa Oyunları, nəhayət, bu günlərdə BMT-nin Bakıda keçirilən "Sivilizasiyalararası dialoq" kimi beynəlxalq tədbirləri təkcə bizim ölkədə deyil, digər ölkələrdə də davam etdirmək , bu mövzunu bütün dünyaya aşılamaq məqsədəuyğun olardı.

 

Məcid İskəndərov

Səs.- 2016.- 29 aprel.- S.13