Səhiyyə işçiləri akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünü qeyd ediblər

Suraxanı rayonunda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib.

Rayonun səhiyyə işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ölkəmizdə geniş qeyd edilərək, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir:"XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiyası məkanında yaxından tanınmışdır. Bilik və təcrübəsi, peşə sevgisi və zəhmətsevərliyi onu akademiklik zirvəsinədək yüksəltmişdir. Təsadüfi deyil ki, alimin tədqiqatlarının nəticələri, elmi irsi bu günöz əhəmiyyətini, aktuallığını saxlamaqdadır".

Tədbirdə çıxış edən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov, 24 nömrəli Şəhər Poliklinikasının həkimi Rəna Qanbay, 16 nömrəli Uşaq Poliklinikasının həkimi Aynur Ələsgərova   qeyd ediblər ki, Zərifə xanım Əliyeva həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin, xeyirxahetimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu, onun həyatının əsas meyarı, qırılmaz vəhdəti idi.

Tədbirdə səslənən fikirləri ümumiləşdirən Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyətin - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin anasıdır. Oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz Cənab İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, Onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

 ZÜMRÜD

Səs.- 2016.- 29 aprel.- S.10