Demokratik cəmiyyətlərdə qərarların qəbul edilməsində iştiraketmə mərkəzi hökumət səviyyəsində mexanizmlər

 

Demokratik cəmiyyətlərdə qərarların qəbulunun prosedura tərəfi onun məzmunluluq tərəfindən az əhəmiyyət kəsb etmir. İdarəetmənin lazımi praktikası nəinki xalqa münasibətdə, həm də xalqın səadəti üçün tətbiq edildiyindən, müvafiq proseduralar aid olduqlarının iştirakını nəzərdə tutmalı, ictimaiyyətin nəzərindən və dəyərləndirilməsindən gizli qalmamalı, maraqlarına toxunduqlarının nəzarəti altında olmalıdır. Yalnız belə bir qayda cəmiyyətin sabit etimadını qazanacaqdır. Müvafiq proseduralarda geniş iştirak, məsləhətləşmələr, sorğular, referendumlar, danışıqlar və hətta bilavasitə maraqlarına toxunan şəxslərdən sanksiyalar almaq hesabına təmin edilə bilər. Belə proseduraların tətbiqilə qəbul edilən qərarların könüllü yerinə yetiriləcəyini gözləmək olar. Dövlət orqanlarının və maraqlarına toxunulan qrupun yanaşma üsulları biri-birindən əhəmiyyətli dərəcədə ayrıldığı hallarda idarəetmənin lazımi proseduraları baxımından daha təminedici həlli tapmaq məqsədilə üçüncü tərəfin xidmətinə müraciət etmək doğru olardı.

Milli azlıqlara tətbiqlə bağlı Kopenhagen Sənədinin 33-cü bəndi "belə azlıqların təşkilatları və ya assosiasiyaları ilə əlaqələr də daxil olmaqla, lazımi məsləhətləşmələr apardıqdan sonra", "öz ərazilərində milli azlıqların etnik, mədəni, dildin özünəməxsusluğunu" qorumağa və "bu özünəməxsusluğu təşviq etmək üçün şərait" yaratmağa dair tədbirlər görməyi ATƏT-in iştirakçı dövlətlərinin öhdələrinə qoyur. Helsinki Sənədinin VI bölməsinin 26-cı bəndinə görə, ATƏT-in iştirakçı dövlətləri, həmçinin "milli azlıqların problemlərini əməli ruhda, dinc vasitələrlə və ATƏM-in prinsip və öhdəlikləri əsasında bütün əlaqədar tərəflər arasında dialoqlar yolu ilə həll etməyi" öhdələrinə götürmüşlər. "Bütün əlaqədar tərəflər"ə gəldikdə, bununla bağlı Kopenhagen Sənədinin 30-cu bəndində "dözümlülüyün, mədəniyyət müxtəlifliyinin təşviq edilməsində və milli azlıqlara aid məsələlərin həllində siyasi partiyalar, həmkarlar ittifaqları, insan hüquqları üzrə təşkilatlar da daxil olmaqla, qeyri-hökumət təşkilatlarının mühüm rolu" qəbul edilir.

Dözümlülük proseduraların geniş iştirakına əsaslanan fəaliyyətin vacib şərtidir. Qarşılıqlı etimad və bərabərliyin sosial-siyasi iqlimini qanunvericilik qaydası ilə, eyni zamanda bu sosial etikanın bütün əhali miqyasında bərqərar olması sahəsində tərbiyəvi apararaq, təmin etmək lazımdır. Bununla bağlı kütləvi informasiya vasitələrinin xüsusi rolu vardır. Çərçivə Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, "tərəflər mədəniyyətlər arasında dözümlülüyü təşviq edir, həmçinin öz ərazilərində yaşayan bütün şəxslərin etnik, mədəni, dildin mənsubiyyətlərindən asılı olmayaraq, onların arasında, xüsusən təhsil, mədəniyyət və informasiya vasitələri sahəsində qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və əməkdaşlığa yardım etmək üçün təsirli tədbirlər görürlər". O cümlədən, dövlətlər ictimai çıxışlarda sayğısız və ya alçaldıcı epitet və sözlərin işlədilməsinin qabağını almalı və mənfi stereotipləri aradan qaldırmalıdırlar. İdealda, maraqlarına toxunulan qrupun nümayəndələri belə problemlərin həllinə yönəldilən istənilən tədbirlərin müəyyənləşdirilməsində və hazırlanmasında iştirak etməlidirlər.

Milli azlıqlar məsələsi üzrə ATƏM-in Ekspertlər Müşavirəsinin təqdim etdiyi Məruzənin (Cenevrə 1991-ci il) III bölməsinin birinci paraqrafında Kopenhagen Sənədinin 35-ci bəndinin müddəaları inkişaf etdirilərək göstərilir ki, "milli azlıqların durumuna aid məsələlər onların ölkələrində müzakirə edilərkən həmin azlıqların özünə bu prosesdə səmərəli iştirak etmək imkanı vermək lazımdır... (və) milli azlıqlara mənsub şəxslərin (belə) demokratik iştirakı və ya onların nümayəndələrinin rəhbər, yaxud məsləhətçi orqanların işində iştirakı dövlət işlərində səmərəli iştirakın mühüm ünsürüdür". Helsinki Sənədinin VI bölməsinin 24-cü bəndində ATƏT-in iştirakçı dövlətləri "bununla əlaqədar... milli azlıqlara mənsub şəxslərin fərdi əsasda və başqaları ilə birlikdə öz insan hüquqlarını və əsas azadlıqlarını, həmçinin milli, regionalyerli səviyyələrdə, o cümlədən, siyasi partiyalarassosiyasiyalar çərçivəsi daxilində rəhbər və məsləhətçi orqanların işində demokratik iştirak əsasında, hər bir dövlətin qərar qəbul etməsinin demokratik prosedurasına uyğun şəkildə, öz ölkəsinin siyasi, iqtisadi, sosial və mədəni həyatında tam iştirak etmək hüququnu azad şəkildə həyata keçirmələrini təmin etmək sahəsində səylərini fəallaşdırmağı" öhdələrinə götürürlər.

Əslində, iştirak həm qərar qəbuluna ciddi yardım etmək imkanı baxımından, həm də belə hərəkətlərin nəticələrinə görə məsuliyyət baxımından cəlb olunmanı ifadə edir. Lazımi idarəetmə konsepsiyasının prinsiplərindən biri belədir: sadə çoxluqla qərar qəbuletmə metodu həmişə adekvat olmur. Dövlətin struktur quruluşu baxımından, qərarların qəbulu prosesinin bu qərarların toxunduğu qruplara bağlanmasını və istər, bütövlükdə dövlət səviyyəsində, istərsə də onun tərkibinə daxil olan qurumlar səviyyəsində müvafiq hesabat verməyi ən yüksək dərəcədə təmin edən müxtəlif desentralizasiya formalarından istifadə etmək olar. Unitar dövlətlərdə, federasiyalardakonfederasiyalarda bu məsələlər müxtəlif şəkildə həll edilə bilər. Azlıqların rəhbər orqanlarda nümayəndəliyi onlara müəyyən miqdarda yer ayırmaq (normalar, xidmət üzrə irəliləmə və digər tədbirlər) hesabına təmin oluna bilər. İştirakın digər formaları da mümkündür, məsələn, buya digər komitələrdə təminatlı və səs hüququ olan, yaxud səs hüququ olmayan üzvlük buna misaldır. İcra və məhkəmə orqanlarında, inzibati və digər orqanlarda nümayəndəlik hüquqi baxımdan təsbit edilmişya mövcud praktikaya əsaslanan eyni qaydada təmin edilir. Azlıqların mənafelərinin nəzərə alınması üçün xüsusi orqanlar da yaratmaq mümkündür. Bütün hüquqlarını həyata keçirmək üçün azlıqların real imkana malik olmalarından ötrü irqi, ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın 5-ci maddəsinin "j" bəndində deyildiyi kimi, "dövlət qulluğuna girməkdə hüquq bərabərliyi"nin təmin edilməsi də daxil olmaqla, dövlət xidməti xətti üzrə konkret tədbirlər vacibdir.

İdarəetmənin, azad və vicdanlı seçkilərin vaxtaşırı keçirilməsinə əsaslanan nümayəndəlik sistemi müasir demokratiyanın mühüm atributudur. Bu halda, yerinə yetirilən vəzifə insan hüquqlarının ümumi bəyannaməsinin 21-ci maddəsinin 3-cü bəndində yığcam və dəqiq şəkildə ifadə edilmişdir: "Bu əsas norma bir sıra beynəlxalq və Avropa Müqaviləsində, xüsusilə, MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsində və İnsan Hüquqları haqqında Avropa Konvensiyasına əlavə edilən 1 ¹-li Protokolun 3-cü maddəsində daha ətraflı ifadə edilib. Kopenhagen Sənədinin 5-ci və 6-cı bəndlərində ATƏT-in iştirakçı dövlətlərinə münasibətdə, "insan şəxsiyyətinə məxsus ləyaqətin tam ifadəsi üçün əhəmiyyətli dərəcədə lazım gələn ədalət ünsürləri və bütün insanların bərabər və ayrılmaz hüquqları", konkret olaraq sadalanmış, "vaxtaşırı və həqiqi seçkilərin gedişində azad surətdə və vicdanla ifadə edilən xalq iradəsinin istənilən dövlət hakimiyyətinin və qanunçuluğun əsası" olduğu göstərilmişdir.

Dövlətlər bu öhdəlikləri, məhz necə yerinə yetirəcəklərini müəyyənləşdirməkdə xeyli sərbəstliyə malikdirlər; ancaq onlar nümayəndəliyi ən yüksək dərəcədə təmin etməyə çalışaraq, bunu ayrı-seçkiliyə yol vermədən həyata keçirməlidirlər. Birləşmiş Millətlər Təşkilatı çərçivəsi daxilində İnsan Hüquqları Komitəsi özünün 25 ¹-li Ümumi Qayda Qeydlərinin (57-ci sessiya, 1996-cı il) 12-ci bəndinin belə bir izahını verib: "Öz fikrini azad ifadə etmək, dinc yığıncaqlar keçirmək və assosiasiyalar azadlığı hüququ səs hüququnu səmərəli həyata keçirmək üçün başlıca şərtdir və tam müdafiəyə malik olmalıdır. (...) Səsvermə qaydası haqqında məlumat və materiallar azlıqların dillərində də nəşr edilməlidir. Daha sonra 25 ¹-li Ümumi Qayda Qeydlərinin 5-ci bəndində aydınlaşdırılır ki, "dövlət işlərinin idarə edilməsi siyasi səlahiyyətlərinin, xüsusilə, qanunvericilik, icra səlahiyyətlərinin və inzibati səlahiyyətin həyata keçirilməsilə bağlı geniş anlayışdır. O, dövlət idarəsinin bütün aspektlərini, həmçinin, beynəlxalq, milli, regionalyerli səviyyələdə siyasətin işlənib-hazırlanmasını və həyata keçirilməsini əhatə edir".

Müxtəlif baxışların və maraqların mövcud olduğu şəraitdə heç bir seçki sistemi neytral kimi qəbul edilə bilməz, dövlətlər idarəetmənin konkret şəraitdə nümayəndəlik xarakterini maksimum təmin edə bilən sistemi seçməlidirlər. Bu, milli azlıqlara mənsub şəxslər üçün daha mühümdür, əks-halda, onlar adekvat nümayəndəlikdən məhrum ola bilərlər.

8. Prinsip etibarilə demokratik cəmiyyət öz vətəndaşlarına, nə qədər ki, dinc vasitələrdən istifadə edir və başqalarının hüququna hörmətlə yanaşır, siyasi özünütəşkili zorla qəbul etdirməməlidir. Əslində, söhbət İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin 20-ci maddəsi, MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddəsi, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 11-ci maddəsi və Kopehagen Sənədinin 6-cı bəndi də daxil olmaqla, ən müxtəlif beynəlxalq sənədlərdə müəyyənləşdirilən assosiyasiyalar azadlığından gedir. Bundan başqa, milli azlıqlara mənsub şəxslərin assosiasiya azadlığına Kopenhagen Sənədinin 32.6 bəndinə və Çərçivə Konvensiyasının 7-ci maddəsinə əsasən, xüsusi təminat verilmişdir. Helsinki Sənədinin 6-cı bölməsinin 24-cü bəndində ATƏT-in iştirakçı dövlətlərinin öhdəliyi "milli azlıqlara mənsub şəxslərin fərdi əsasda və başqaları ilə birlikdə (...) öz ölkəsinin siyasi (...) həyatında tamamilə də (...), o cümlədən (...), siyasi partiyalarassosiyasiyalar çərçivəsi daxilində iştirak etmək hüququ da daxil olmaqla, öz insan hüquqlarını və əsas azadlıqlarını azad şəkildə həyata keçirmələrini təmin etmək" kimi əlavə konkretləşdirilir.

Hüquq bərabərliyi və ayrı-seçkisizlik prinsiplərinə əməl edildikdə, etnik əlamətə görə təşkil edilən siyasi partiyalarda birləşməyə obyektivsubyektiv ehtiyaclar azalacaq, yaxud birdəfəlik yox olacaqdır; bununla belə, bəzi hallarda etnik icmaların yaratdığı belə partiyalar onların spesifik maraqlarının səmərəli təmsilçiliyinə və beləliklə də, cəmiyyət həyatında onların real iştirakına yeganə ümid yeri ola bilər. Əlbəttə, insanlar partiyalarda başqa əsasda da, məsələn, regional maraqlar üzrə də birləşə bilərlər. İdealda partiyalar öz tərkiblərinə görə açıq olmalı və dar etnik çərçivədə qapanıb qalmamalıdırlar; deməli, iri partiyalar azlıqların nümayəndələrinin öz tərkibinə daxil olmasına nail olmalı və bununla da etnik əlamətlər üzrə partiyalar yaratmaq ehtiyacını və ya cəhdini azaltmalıdır. Bununla əlaqədar, seçki sisteminin seçimi mühüm əhəmiyyət qazanır. İstənilən halda, siyasi partiyalar və digər assosiyasiyalar haqqında MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 20-ci maddəsində və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyanın 4-cü maddəsində danışılan irqi nifrəti qızışdırmaq yasaq edilməlidir.

9. Seçki sisteminin fəaliyyəti ayrı-ayrı vəzifəli şəxslərin seçkiləri də daxil olmaqla, qanunverici məclisin digər orqan və qurumların seçkilərinə aid edilə bilər. Bəzi hallarda seçki dairələrinin sərhədlərindən necə müəyyənləşdirilməsindən və həmin dairələrdə yaşayan azlıqların yığcamlığından asılı olaraq, onların lazımi nümayəndəliyi birmandatlı dairələrin köməyi ilə təmin edilə bilər; digər hallarda isə proporsional seçki sistemi azlıqların kifayət qədər təmsil olunmasının təminatı ola bilər. ATƏT-in iştirakçı dövlətlərində praporsional nümayəndəliyin müxtəlif formaları tətbiq olunur: seçicilərin üstün tutduqları qayda namizədlərə malik olduğu "preferensial səsvermə"; seçicilərin pariya siyahısı üzrə buya digər namizədin üstünlüyünü bildirdikləri, eləcə də partiya üçün səs verdikləri "açıq siyahılar sistemi"; müxtəlif partiyalardan bir nəfərdən çox namizədə səs verməyə icazə verilən "qarışıq seçki sistemi"; seçicilər üstün tutduqları namizədə bir səsdən çox səs verə bildikləri "kumulyativ sistem". Azlıqların təmsil olunmasına maneçilik törətməməsi üçün faiz həddini çox da yüksəyə qaldırılmamalıdır.

10. Seçki dairələrinin sərhədləri müəyyənləşdirilərkən, milli azlıqların rəhbər orqanlarda təmsil olunmasını təmin etmək baxımından, onların problem və maraqlarını nəzərdə tutmaq lazımdır. "Hüquq bərabərliyi" anlayışı belə təmin edilmənin seçilmiş metodu heç kəsin mənafeyini məhdudlaşdırmamalı və hər kəsin mənafeyi nəzərə alınacaqdır deməkdir. İdealda dairələrin sərhədləri müstəqil olaraq və çağırılmamış orqanlar tərəfindən müəyyən edilməlidir, bu isə digər vəzifələrin həlliylə bərabər, azlıqların hüququna hörməti təmin etməyə imkan verərdi. ATƏT-in iştirakçı dövlətlərinin bir çoxunda bu vəzifə peşəkar kadrlardan komplektləşdirilmiş daimi seçki komissiyaları yaratmaq yolu ilə həll edilir.

Hər halda, dövlətlər azlıqların təmsil olunmasını azaltmaqya onu tamamilə kənar etmək məqsədilə seçki dairələrinin sərhədlərinə yenidən baxmamalı, yaxud buya digər dairədə əhalinin müxtəlif qruplarının proporsional nisbətini heç bir vəchlə dəyişdirilməməlidir.

Bu, Çərçivə Konvensiyasının 16-cı maddəsilə, bilavasitə yasaq edilir, yerli özünüidarə ilə bağlı Avropa Xartiyasının 5-ci maddəsində isə qabaqcadan belə bir şərt qoyulmuşdur ki, yerli ərazi qurumları sərhədlərinin dəyişdirilməsi, əlaqədar yerli icmalarla ilkin məsləhətləşmələr keçirmədən icra edilmir, bu isə qanunun yol verdiyi hallarda referendum formasında keçirilə bilər (ərazi mexanizmlərinə aid olan 19-cu tövsiyənin izahına bax).

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs qəzeti.-2016.-10 avqust.-S.15.