Polad Bülbüloğlu:
Qəbələ festivalının təməli yaxşı qoyulub, uğurları inkişaf
etdirmək lazımdır
AZƏRTAC
xəbər verir ki, bu sözləri
jurnalistlərə müsahibəsində
VIII Qəbələ Beynəlxalq
Musiqi Festivalının
xüsusi qonağı
olan bəstəkar və müğənni, Xalq Artisti və
Əməkdar İncəsənət
Xadimi, Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
deyib. Qəbələ Beynəlxalq Musiqi
Festivalının əhəmiyyətindən
danışan Polad Bülbüloğlu belə
bir musiqi bayramının təşkilinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, Qəbələ
səhnəsinə oğlu,
gənc dirijor Murtuza Bülbülün rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
çıxdığını, yerli və xarici
tamaşaçılar qarşısında
xalq və bəstəkar musiqilərini
səsləndirdiyini, buna
görə özünü
xoşbəxt hesab etdiyini qeyd edib.
“Bu festivalın böyük
potensialı var. Hətta
deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Özünüz də görürsünüz
ki, ötən 8 ildə böyük uğurlar əldə olunub”, – deyə Polad Bülbüloğlu bildirib.
O qeyd edib ki,
Qəbələ festivalı
artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna
çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri,
solistləri Qəbələ
səhnəsində konsert
verirlər. Bu, böyük uğurdur.
Təbii
ki, həmin əcnəbi musiqiçilər
öz ölkələrinə
qayıdanda Azərbaycan
barədə, Qəbələ
haqqında danışırlar.
Bu da Azərbaycanın
dünyada daha da tanınmasına kömək edir. Hazırda bir çox ölkələrdə bu cür böyük tədbirlərin təşkili
üçün bəzən
maliyyə məsələləri
ilə bağlı müəyyən çətinliklər
olur, amma Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi mühüm tədbirləri mütləq
qoruyub saxlamaq və yaşatmaq lazımdır. Çünki musiqi aləmində bu, böyük bayramdır. Azərbaycanın paytaxtdan və bölgələrindən insanlar
bu festivalın konsertlərinə gəlirlər.
Qəbələdə dincələn xarici
turistlərin axşamlar
klassik musiqi dinləmək üçün
necə həvəslə
festivala gəldiyini görürəm. İnanıram ki, bu festival hələ uzun illər yaşayacaq və böyük uğurlar əldə edəcək”.
Atası ilə birgə Qəbələ festivalında
uğurlu çıxışına
görə çox sevindiyini deyən gənc dirijor Murtuza Bülbül tədbirin gözəl təşkil edildiyini, səhnənin tərtibatını,
orkestrin çıxışını
bəyəndiyini qeyd edib. Babasının və atasının
musiqi sahəsindəki
yolunu davam etdirəcəyini vurğulayan
Murtuza Bülbül Moskvada dirijorluq üzrə məktəbə
daxil olduğunu, sentyabrdan isə təhsil almağa başlayacağını bildirib.
Səs.- 2016.- 2 avqust.- S. 3.