MİLLİ AZLIQLARIN TƏHSİL HÜQUQU ÜZRƏ HAAQA TÖVSİYYƏLƏRİ

 

Milli azlıqlara mənsub şəxslərin yalnız təhsil prosesində öz ana dili ilə bağlı lazımi biliyi aldıqları halda, onların özünəməxsusluğunu saxlamaq hüququ reallaşa bilər. Eyni zamanda, milli azlıqlara mənsub şəxslər dövlət dilini kifayət qədər bilməklə, geniş milli cəmiyyətə inteqrasiya olmaq məsuliyyətini də daşıyırlar.

Milli azlıqlara mənsub şəxslərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş beynəlxalq sənədlərə əməl etməklə, dövlətlər bərabərlik və ayrı-seçkiliyə yol verməməyin əsas prinsiplərinə ardıcıl şəkildə əməl etməlidirlər.

Müvafiq beynəlxalq öhdəliklərin minimal beynəlxalq standartlar olduğunu nəzərdə tutmaq lazımdır. Bu öhdəliklərin məhdud yozumu onların ruhuna və məqsədinə zidd olardı.

Dövlətlər təhsil sahəsində azlıqların hüquqlarına dair fəal siyasət yeritməlidirlər. Dövlətlər təhsil sahəsində azlıqların dil hüquqlarını fəal surətdə həyata keçirmək üçün onların mövcud resurslarından həm müstəqil şəkildə, həm də beynəlxalq, xüsusən, iqtisaditexniki yardım və əməkdaşlıq vasitəsilə maksimum istifadə etməklə, zəruri yerlərdə xüsusi tədbirlər görməlidirlər.

Dövlətlər milli azlıqların təhsili ilə bağlı siyasət və proqramların işlənib-hazırlanmasında və reallaşdırılmasında müvafiq milli azlıqları təmsil edən təşkilatların fəal iştiraklarına şərait yaratmalıdırlar.

Dövlətlər milli azlıqların təhsili sahəsində regionalyerli orqanlara müvafiq səlahiyyətlər verməklə, regionalyaxud yerli səviyyədə siyasətin formalaşması prosesində azlıqların iştirakına kömək edirlər.

Dövlətlər valideynlərin, milli azlıqların, dil öyrənmə sahəsi də daxil olmaqla, yerli səviyyədə təhsil seçiminə cəlb edilməsini təşviq edən tədbirlər görməlidirlər.

Beynəlxalq hüquqa uyğun olaraq, milli azlıqlara mənsub şəxslərin başqaları kimi, milli dövlət qanunvericiliyinə müvafiq surətdə, özəl təhsil müəssisələrini yaratmaqsaxlamaq hüququ var. Bu müəssisələrə milli azlıqların dilində təhsil verən məktəblər də daxil edilə bilər.

Dövlətlər milli azlıqlara mənsub şəxslərə özəl təhsil müəssisələrini yaratmaqsaxlamaq hüququnu verərək, bu hüququn həyata keçirilməsinə belə müəssisələrin yaradılmasını və idarə olunmasını nizama salan ifrat ağırlaşdırılmış proseduralar müəyyənləşdirməklə mane olmamalıdırlar.

Milli azlıqların dilində fəaliyyət göstərən özəl təhsil müəssisələrinin heç bir maneə və ya ayrı-seçkilik olmadan ya dövlət büdcəsindən, ya beynəlxalq mənbələrdən, ya da özəl bölmədən xüsusi maliyyələşmə mənbələrini axtarıb-tapmaq hüququ var.

İlk təhsil illəri uşağın inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Təhsil sahəsində araşdırmalar göstərir ki, məktəbəqədər səviyyədə təlim idealda uşağın ana dilində aparılmalıdır. Mümkün olduğu hər yerdə dövlətlər valideynlərin bu imkandan istifadə etməsi üçün şərait yaratmalıdırlar.

Tədqiqatlar onu da göstərir ki, ibtidai məktəbdə tədris proqramı idealda milli azlıqların dillərində tədris edilməlidir. Milli azlıqların dilləri dərs predmeti kimi daimi əsaslarla tədris olunmalıdır, tədris prosesində uşaqların dil və mədəni hazırlığı təkmilləşdirilməlidir. Rəsmi dövlət dili də dərs predmeti kimi daimi əsasda tədris haqqında yaxşı təsəvvürü olan ikidillı müəllimlərə üstünlük verilməlidir. Bu mərhələnin sonunda bir neçə praktikiya qeyri-nəzəri predmetlər dövlət dilində tədris olunmalıdır. Dövlət mümkün olan hər yerdə valideynlərin bu imkandan istifadə etmələrinə şərait yaratmalıdır.

... Orta məktəbdə dərs proqramının əsas hissəsi milli azlıqların dillərində tədris olunmalıdır. Milli azlıqların dilləri həm də dərs predmeti kimi müntəzəm tədris edilməlidir. Rəsmi dövlət dili də dərs predmeti kimi müntəzəm tədris edilməlidir, tədrisi uşaqların mədəni və dil hazırlığı haqqında yaxşı təsəvvürü olan ikidilli müəllimlərin aparmasına üstünlük verilməlidir. Bu müddət ərzində dövlət dilində tədris olunan predmetlərin sayı tədricən artırılmalıdır. Tədqiqatlar göstərir ki, artım nə qədər tədrici olsa, uşaq üçün bir o qədər yaxşıdır.

Milli azlıqların dillərində təhsilin ibtidaiorta səviyyəsinin təmin olunması bir çox hallarda bütün dillərin doğma dildə tədrisinə hazırlanmış müəllimlərin mövcudluğundan asılıdır. Deməli, milli azlıqlar üçün dilin öyrədilməsinin adekvat imkanlarını təmin etmək öhdəçiliyindən çıxış edən dövlət lazımlı müəllimlər hazırlığına uyğun şərait təqdim və belə hazırlığa imkanı təşviq etməyə borcludur.

Milli azlıqların dillərində peşə təhsilinə milli azlıqlara mənsub şəxslərin istəklərinə, buna tələbatlarını göstərdikləri və saylarının buna haqq qazandırdığı hallara uyğunkonkret predmetlər üzrə imkan yaradılmalıdır.

Doğma dildə təlimi təmin edən peşə məktəblərinin dərs proqramı elə tərtib olunmalıdır ki, bu proqramı başa vurandan sonra tələbələrin bu peşə ilə həm doğma, həm də dövlət dilində məşğul ola biləcəklərinə zəmanət versin.

Milli azlıqlara mənsub şəxslçrin tələbatlarını göstərdikləri və sayca şərtləndirdikləri halda, doğma dillərində ali təhsil almalarına imkanları olmalıdır. Milli azlıqların dilində ali təhsil almağa imkanı mövcud təhsil strukturlarında zəruri şərait yaratmaq yolu ilə və yalnız bir şərtlə təmin etmək olar ki, bu, həmin milli azlıqların tələbatlarını adekvat ödəyə bilsin. Milli azlıqlara mənsub şəxslər özlərinin şəxsi ali təhsil qurumlarını yaratmaq üçün yollar və vasitələr axtara bilərlər.

Ali təhsilin gələcək modelləri müəyyənləşdirilərkən, milli azlıqların yaxın keçmişdə özlərinin şəxsi ali təhsil qurumlarını saxladıqları və nəzarət etdikləri faktı nəzərə alınmalıdır.

Beynəlxalq sənədlərin mədəniyyətlərarası təhsilə, milli azlıqların tarixinə, mədəniyyətinə və ənənələrinə diqqətə xüsusi məna və əhəmiyyət verdiklərinə görə, dövlət-təhsil qurumları uyğun milli azlıqların tarixinin, mədəniyyətinin və ənənələrinin öyrənilməsini ümumi məcburi proqramlara salmağı təmin etməyə borcludurlar. Çoxluğun nümayəndələrinin həmin dövlətdə yaşayan milli azlıqların dillərinin öyrənilməsinə təşviq edilməsi həmin dövlətdə tolerantlılığın və mədəni müxtəlifliyin güclənməsinə kömək edəcək.

Azlıqlara aid dərs proqramlarının məzmunu uyğun milli azlıqların təşkilatlarının fəal iştirakı ilə işlənməlidir.

Dövlət milli azlıqlar üçün dərs proqramlarının işlənməsi və qiymətləndirilməsi üçün mərkəzlərin yaradılmasına dəstək verməlidir. Bu mərkəzlər uyğun idarələrlə bir şərtlə əlaqəli ola bilər ki, bu, dərs proqramlarının hazırlanması ilə bağlı məqsədə nail olmağa adekvat kömək olacaq.

1948-ci il İnsan Hüququnun Ümumi Bəyannaməsi təhsilin insan hüququ kimi bəyan edildiyi ilk və əsas beynəlxalq sənəddir.

Bəyannamənin 26-cı maddəsində ibtidai təhsildən məcburi təhsil kimi danışılır. Bu maddi-texniki və peşə təhsilini hamı üçün mümkün, ali təhsili ilə fərqləndirmə əsasında mümkün etməyi dövlətlərin öhdələrinə qoyur. Bu maddə həm də təhsilin vəzifəsini insan şəxsiyyətinin tam inkişafı, insan hüquqlarına və əsas azadlıqlarına hörmətin gücləndirilməsi kimi müəyyənləşdirir. 26-cı maddədə daha sonra təhsilin millətlər, irqlər və ya dini qruplar arasında anlaşmanın, dözümlülüyündostluğun inkişafına yardım göstərməli və sülhü qoruyub-saxlamaq işinə töhfə verməli olduğundan danışılır. Maddə valideynlərin uşaqlarına təqdim edilən təhsil növünü seçməyə əsas hüququnun olduğunu müəyyənləşdirir. 26-cı maddənin bəndləri iqtisadi-sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsində və beynəlxalq hüquq kontekstində təfsilatı ilə daha güclü şəkildə təkrarlanır.

26-cı maddə nisbətən gec ortaya çıxan, həm bütövlükdə, həm də qismən azlıqlara münasibətdə təhsil hüququnu təsdiqləyən və inkişaf etdirən sonrakı beynəlxalq sənədlər üçün açıqlıq və ümumilik tonu müəyyənləşdirdi.

Mülkisiyasi hüquqlar barədə Beynəlxalq Paktın 27-ci maddəsi.

Uşaq Hüququ barədə Konvensiya.

Yuxarıda sadalanan maddələr milli azlıqlara doğma dillərindən onların qrupunun başqa üzvləri ilə birlikdə istifadəyə zəmanət verir. Aşağıdakı maddələr milli azlıqların öz doğma dillərini öyrənmək və ya öz doğma dillərində təhsil almaq imkanlarını zəmanətlə təmin edir.

Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında YUNESKO Konvensiyasının 5 -ci maddəsi.

ATƏM İnsan Ölçüsü üzrə Kopenhagen Müşavirəsi Konfransı Sənədlərinin 34-cü paraqrafı.

Milli, dinidil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT-nin Bəyannaməsinin 4-cü maddəsi.

Milli azlıqları müdafiə haqqında azlıqların Çərçivə Konvensiyasının 14-cü maddəsi. Bütün bu sənədlər müxtəlif səviyyələrdə azlıqların doğma dilləri vasitəsilə özünün kollektiv özünəməxsusluğunu müdafiə etmək hüququnu bəyan edir. Bu hüquq, ilk növbədə təhsil vasitəsilə gerçəkləşdirilir. Amma elə həmin sənədlər dil vasitəsi ilə kollektiv özünəməxsusluğu dəstəkləmək hüququnun azlıqların geniş milli cəmiyyətə inteqrasiya və cəmiyyətdə iştirak öhdəliyi ilə tarazlaşdırılmalı olduğunu qeyd edirlər. Belə inteqrasiya həm həmin cəmiyyəti, həm də dövlət dilini (dillərini) zəruri dərəcədə bilməyi tələb edir. Dözümlülüyünplüralizmin stimullaşdırılması da bu prosesin əsas hissəsidir.

Azlıqlar üçün dil təhsilindən danışılan insan hüquqları ilə bağlı beynəlxalq sənədlər olduqca qeyri-müəyyən və ümumi qalmaqdadır. Onlar təhsilə imkanın dərəcəsini nəzərdə tutmurlar, azlıqlar üçün doğma dildə təhsilin hansı dərəcəsinə imkan yaradılmasını və hansı vasitələrlə yaradılmasını dəqiqləşdirirlər. Avropa Şurasının qəbul etdiyi milli azlıqların müdafiəsi barədə Çərçivə Konvensiyasının 14-cü maddəsində qeyd olunan azlıqların dilinin tədrisinə "adekvat imkanlar"aya həmin dildə təhsil almaq anlayışlarına başqa faktorların işığında baxılmalıdır. Həmin Konvensiyanın 5-ci maddəsində qeyd olunduğu kimi, azlıqların dil və mədəniyyətlərinin qorunması, müdafiəsi və inkişafına yardım göstərən münbit zəmin yaradılmasının zəruriliyi və ya ATƏM-in İnsan Ölçüsü üzrə Konfransının Kopenhagen Müşavirəsi Sənədinin 33-cü paraqrafı ilə şərtlənmiş milli azlıqların etnik, mədəni, dildini özünəməxsusluqlarının qorunması üçün zəruri tədbirlərin qəbul edilməsi tələbi bura daxildir.

Dövlətin təmin etməyə qadir olduğu təhsilə, imkan səviyyəsindən asılı olmayaraq, bu, sərbəst müəyyənləşdirilməlidir. Dövlətdən milli azlıqların icmalarının ardıcıl şəkildə ifadə və nümayiş etdirdikləri ehtiyacların lazımi dərəcədə nəzərdən keçirilməsi tələb olunur.

Milli azlıqlar da öz tərəflərindən məntiqli tələblər irəli sürməlidirlər. Onlar öz sayları, istənilən mövcud bölgədə (və ya bölgələrdə) demoqrafik sıxlıqları, eyni zamanda, özlərinin bu strukturların və idarələrin fəaliyyətlərini təmin etmək imkanları kimi əsaslı faktorları lazımi dərəcədə nəzərə almalıdırlar.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2016.-12 avqust.-S.15.