MİLLİ AZLIQLARIN İCTİMAİ-SİYASİ HƏYATDA SƏMƏRƏLİ İŞTİRAKI HAQQINDA LUND TÖVSİYƏSİ ÜÇÜN İZAHEDİCİ QEYDLƏR

    

           

      Birləşmiş Millətlər Təşkilatının (BMT adlanan) Nizamnaməsi kimi, ATƏM-in əsas sənədləri də, azlıqlara mənsub şəxslərin hüquqları da daxil olmaqla, insan hüquqlarına hörmət edən bərabərhüquqlu suveren dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı hesabına beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə və möhkəmləndirilməsinə yönəldilibdir. Həqiqətən, tarixin göstərdiyi kimi, insan hüquqlarına, o cümlədən, azlıqların hüquqlarına hörmətsizlik dövlətdaxili sabitliyin sarsıdılmasına və dövlətlər arasında münasibətlərə mənfi təsir göstərməsinə gətirib çıxara bilər və bununla də beynəlxalq sülh və təhlükəsizliyi zərbə altında qoyar.

         1975-ci il Helsinki Yekun Aktının elan etdiyi dekaloqun VII prinsipindən başlayaraq ATƏT-in iştirakçı dövlətləri milli azlıqlara mənsub şəxslərin qanuni maraqlarına hörmətlə sülhsabitliyin qorunub-saxlanması arasında əsaslı bağlılığın olduğunu xüsusi qeyd etmişlər. Daha sonrakı əsas sənədlərdə, xüsusilə, Madrid Görüşünün (1983-cü il) Yekun Sənədində (15-ci prinsip), Vyana Görüşünün (1989-cu il) Yekun Sənədində (18 və 19-cu prinsiplər) və yeni Avropa üçün Paris Xartiyasında (1990-cı il), eləcə də, sonrakı zirvə görüşlərinin sənədlərində, məsələn, Helsinki Sənədində (1992-cı il) (IV hissənin 24-cü bəndi) və Lissabon Sənədində (1996-cı il) (I hissə. XXI yüzil Avropası üçün ümumitam əhatəli təhlükəsizlik modeli haqqında Lissabon Bəyannaməsi; 2-ci bənd) bu bağlılıq bir daha və yenidən göstərilmişdir. Azlıqların hüquqlarının müdafiəsi və təminatı ilə sülhsabitliyin qorunub-saxlanılması arasında bağlılıq Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, xüsusilə milli, yaxud etnik, dinidil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin (1992-ci il) ("Azlıqlar haqqında BMT Bəyannaməsi" adlanan) preambulasında qeyd edilir. Bundan başqa, ATƏT-in iştirakçı dövlətləri yeni Avropa üçün Paris Xartiyasını qəbul etməklə idarəetmənin demokratik prinsiplərinə öz sədaqətlərini ifadə etmişlər.

         Azlıqlara mənsub şəxslərin insan hüquqlarını bərabər hüquqla həyata keçirmələri üçün hərtərəfli imkanların yaradılması həmin şəxslərin qərarların, xüsusən, bilavasitə onlara aid qərarların qəbulu prosesində səmərəli iştirakını tələb edir. Konkret şəraitlər çox müxtəlif ola bilsə də, azlıqların ehtiyac və ümidlərini təmin etmək üçün adi demokratik proseduralar kifayət edə bilsə də, təcrübə göstərir ki, qərarların qəbulunda azlıqların səmərəli iştirakı üçün çox vaxt xüsusi tədbirlər görmək lazım gəlir. Belə hallarda dövlətlərin həmin tədbirləri görmək üzrə öhdəlikləri bir sıra beynəlxalq normalarda qeyd olunmuşdur: məsələn, insan ölçüsünə dair Kopenhagen Müşavirəsi Sənədinin (1990-cı il) (bundan sonra "Kopenhagen Sənədi" adlandırılacaq) 35-ci bəndinə görə, ATƏT-in iştirakçı dövlətləri "milli azlıqlara mənsub şəxslərin, belə azlıqların özünəməxsusluğunun qorunmasına və təşviqinə aid işlərdə, iştirakı da daxil olmaqla, dövlət işlərində səmərəli iştirak etmək hüquqlarına hörmətlə yanaşacaqlar", Azlıqlar haqqında Bəyannamənin (1992-ci il) II maddənin 2-ci və 3-cü bəndlərinə görə, "azlıqlara mənsub şəxslərin dövlət həyatında (...) fəal iştirak etmək hüquqları var", eləcə də, "qərarların qəbulunda vacib olduğu yerdə milli səviyyədə, onların mənsub olduqları azlıqlara və ya yaşadıqları bölgələrə aid qərarların qəbul edilməsində bölgə səviyyəsində fəal iştirak etmək hüquqları var". Milli azlıqların müdafiəsi haqqında Avropa Şurasının Çərçivə Konvensiyasının (1994-cü il) (bundan sonra "Çərçivə Konvensiyası" adlandırılacaq) 15-ci maddəsinə görə, iştirakçı dövlətlər "milli azlıqlara mənsub şəxslərin mədəni, ictimaiiqtisadi həyatda, həmçinin dövlət işlərinin, xüsusilə onların mənafeyi ilə bağlı dövlət işlərinin idarə olunmasında səmərəli iştirak etmələri üçün lazımi şərait yaratmağı öhdələrinə götürürlər.

         Səmərəli iştiraketmə üçün imkanların yaradılması, təbii olaraq, belə bir iştiraketmənin könüllü olacağını irəli sürür. Əslində, sosial inteqrasiya başlanğıc anlayışına, özü, yaxud nəticələri Çərçivə Konvensiyasının 5-ci maddəsinin çəkindirdiyi məcburi assimilyasiya proseslərdən fərqli bir şey kimi baxılır. Milli azlıqlara mənsub şəxslərin qanuni maraqlarının yalnız könüllülük şərtilə razılaşdırılması dinc xarakter daşıya və dövlət siyasəti və qanunvericilik sahəsində optimal təsirə malik ola bilər. Beləliklə, əhalinin müxtəlif qruplarının geniş əhatəsini və fəal iştiraklarını nəzərdə tutan belə proseslər bütün əhalinin mənafeyinə cavab verdiyindən onların ictimai həyatın əsasına hörməklə, nəticədə, dövlətin bütünlüyünü möhkəmləndirərək cəmiyyətin daha səmərəli idarə olunmasına kömək edir. Azlıqların ictimai həyatda səmərəli iştirakına aid beynəlxalq normalarda qeyd edilir ki, bunlar suveren bərabərlik, ərazi bütövlüyüsiyasi müstəqillik prinsipləri də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və Avropa Şurasının məqsəd və prinsiplərinə zidd fəaliyyətlə məşğul olmaq hüququnu qətiyyən nəzərdə tutmur. (bax: Kopenhagen Sənədinin 37-ci bəndi; milli azlıqlar haqqında BMT-nin Bəyannaməsinin 8-ci maddəsinin 4-cü bəndi və Çərçivə Konvensiyasının Pereambulası.)

         2. 1992-ci il Helsinki Sənədinin IV bölməsinin 25-ci bəndindəki müddəaların tələbinə uyğun olaraq, həmin bənddəki müddəalarla bağlı götürülən öhdəliklərə əsaslanan bu tövsiyyələr ATƏT-in iştirakçı dövlətlərinə "milli azlıqların etnik, mədəni, dildin özünəməxsusluğunu təşviq etmək üçün şəraitin müdafiəsi və yaradılması ilə bağlı öhdəliklər də daxil olmaqla, ATƏT üzrə öz müvafiq öhdəliklərini daha səmərəli yerinə yetirmək üçün gələcək imkanlar" təklif edir.

         BMT Nizamnaməsinin 1-ci maddəsinin 3-cü bəndində təşkilatın məqsədlərindən birinin "iqtisadi-sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irq, cins, dildin fərqi qoyulmadan hər kəsin insan hüquqlarına hörmətin təşviq edilməsi və inkişaf etdirilməsində beynəlxalq əməkdaşlığı həyata keçirmək" olduğu, daha sonra Nizamnamənin 55-ci maddəsinin "j" bəndində dəqiqləşdirilərək, "irq, cins, dildin fərqi qoyulmadan hər kəsin insan hüquqlarına və əsas azadlıqlarına ümumi hörmət və əməl edilməsinə" kömək etmək olduğu deyilir. Nizamnamə insan hüquqlarına hörmətlə beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləmək arasında sıx qarşılıqlı əlaqəyə əsaslanır; həmçinin insan hüquqları ümumi Bəyannaməsinin (1948-ci il) 1-ci maddəsində və MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (1966-cı il), İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın (1966-cı il) və İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (1965-ci il) preambulalarında da insan ləyaqətinin əsas mənalarından danışılır.

       Bu ləyaqət bütün insanlara eyni dərəcədə məxsusdur və bərabər və ayrılmaz hüquqlar tələb edir.

         Bərabər ləyaqət və ayrılmaz hüquqlar ideyasından ayrı- seçkisizliyin əməli olaraq insan hüquqlarına dair bütün beynəlxalq sənədlərində konkret ifadəsini tapmış prinsipləri irəli gəlir və bu sənədlərin arasında da İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin 2-ci maddəsini; MülkiSiyasi hüquqlar haqqında Beynəlxalq Paktını 2-ci və 26-cı maddələrini və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsini qeyd etmək lazımdır. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın 1-ci maddəsində bütün aydınlığı ilə göstərilmişdir ki, bu sənəd ayrı-seçkiliyi, xüsusən nəsil, milli, yaxud etnik mənşə" əlamətinə görə yasaq edir. İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (1950-ci il) (bundan sonra "İnsan Huquqları haqqında Avropa Konvensiyası" adlandınlacaq) 14-cü maddəsi də Konvensiyanın təminat verdiyi hüquqlardan və azadlıqlardan söhbət getdiyi bütün hallarda ayn-seçkiliyə yolverilməzlik prinsipini birmənalı şəkildə "milli, yaxud sosial mənşə, milli azlıqlara mənsubiyyət" əlamətinə görə ayrı-seçkiliyə aid edir. Bu müddəalar və prinsiplər ATƏT-in iştirakçı dövlətlərinin əksəriyyətinin konstitusiyalarında əksini tapmışdır.

          Əgər milli azlıqlara mənsub şəxslərə ictimai-siyasi həyatda fəal iştirak etmək hüququ verilibsə, Kopenhagen Sənədinin 3-cü bəndində, Çərçivə Konvensiyasının 4-cü maddəsində və azlıqlar haqqında BMT Bəyannaməsinin 4-cü maddəsinin 2-ci bəndində göstərildiyi kimi, həmin şəxslərin bu hüquqdan məhdudiyyət qoyulmadan istifadə etmək imkanlan olmalıdır. Bununla bərabər, Çərçivə Konvensiyasının 4-cü maddəsinin 2-ci bəndinə görə, ləyaqətə hörmətin hüquqi bərabərliyinin təmin edilməsi nəinki yalnız ayrı-seçkiliyi rədd etmək prinsipini, həm də "milli azlıqlara mənsub şəxslərlə əhalinin əsas qrupuna mənsub olan şəxslər arasında tam və həqiqi bərabərliyi" tələb edirbunun üçün dövlətlər "siyasi... həyatın bütün sahələrində... lazım gəldiyi hallarda lazımi tədbirlər görmə"yə borcludurlarbunlarla bağlı onlar "milli azlıqlara mənsub şəxslərin xüsusi vəziyyətini lazımi qaydada nəzərə alırlar".

         Təkliflərdə insan hüquqlarına hörmətlə mülki cəmiyyət qurumlarının inkişafı arasında nəzərdə tutulan əlaqə "səmərəli siyasi demokratiya"nın tələbini əks etdiririnsan hüquqları haqqında Avropa Konvensiyasının Preambpulasında deyildiyi kimi, bütün dünyada ədalətin və sülhün təmin edilməsiylə ayrılmaz şəkildə bağlıdır. Yeni Avropa üçün Paris Xartiyasında ATƏT-in iştirakçı dövlətləri həm də bəyan etmişlər ki, demokratik idarəetmə sisitemi, o cümlədən, insan hüquqlarına hörmət tərəqqinin əsasını təşkil edir.

        3. Milli azlıqların ictimai-siyasi həyatda səmərəli iştirakını təmin edən xüsusi qurumlar başqalarının huquqlarının sıxışdırılması hesabına yaradılmamalıdır. İnsan hüquqlarına bütün hallarda, o cümlədən, dövlətin müvafiq səlahiyyətlər verə biləcəyi qurumlar tərəfindən tam əməl edilməlidir. Kopenhagen Sənədinin 33-cü bəndinə görə, milli azlıqların özünəməxsusluğunun müdafiəsinə dair iştirakçı dövlətlər tərəfindən tədbirlər görülərkən "belə təkliflərin hər biri müvafiq iştirakçı dövlətlərin digər vətəndaşlarına münasibətdə bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsiplərinə uyğun olacaqdır." Daha sonra Kopenhagen Sənədinin 38-ci bəndində deyilir ki, "iştirakçı dövlətlər milli azlıqlara mənsub şəxslərin hüquqlarının qorunması və təşviq edilməsinə dair öz səylərində insan hüquqlarına dair mövcud konvensiyalara və digər müvafiq beynəlxalq vasitələrə uyğun olaraq, öz öhdəliklərinə tam dərəcədə əməl edəcəklər". Oxşar müddəa Çərçivə Konvensiyasının 20-ci maddəsində də ifadə edilməkdədir: "Bu Çərçivə Konvensiyasında ifadə edilən prinsiplərdən irəli gələn hüquq və azadlıqları həyata keçirərkən, milli azlıqlara mənsub hər bir şəxs milli qanunvericiliyə əməl edir və digər şəxslərin, xüsusilə, əhalinin əsas qrupunaya digər milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət göstərir", bu o cümlədən, "azlıqların tərkibində azlıqlar" haqqında, xüsusən, ərazi muxtariyyəti (bax: 16 və 21-ci tövsiyyələrə aşağıdakı qeydlərə) ilə bağlı söhbətin getdiyi hallara da aiddir. Buraya qadınların hüquqlarına, o cümlədən, Qadınlar barəsində ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın (1979-cu il) 7-ci maddəsində deyildiyi kimi, "ölkənin siyasiictimai həyatında" ayrı-seçkilikdən azad hörməti də daxil etmək lazımdır.

         4. Azlıqlara mənsub şəxslərin özünüeyniləşdirmə prinsipinin əsasını bir sıra əsaslı öhdəliklər təşkil edir. Kopenhagen Sənədinin 32-ci bəndində göstərilmişdir ki, "şəxsin milli azlığa mənsubiyyəti onun şəxsi seçiminin predmetidirbu seçimin həyata keçirilməsindən heç bir "mənfi nəticələr törəyə bilməz". Çərçivə Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndində də oxşar qaydalar nəzərdə tutulmuşdur: "Milli azlığa mənsub hər hansı bir şəxsin özünə belə baxılmasını, yaxud baxılmamasını sərbəst seçmək hüququ varbu seçim, yaxud bu seçimlə bağlı hüquqların həyata keçirilməsi həmin şəxsi təhqir etməməlidir". Azlıqlar haqqında BMT Bəyannaməsinin 3-cü maddəsinin 2-ci bəndində də, həmçinin, bəyannamədə ifadəsini tapmış hüquqların həyata keçirilməsi və ya keçirilməməsi nəticəsində azlığa mənsub istənilən şəxs üçün hər hansı bir mənfı nəticənin yolverilməzliyindən danışlır.

         Fərdə öz istəyinə görə özünüeyniləşdirmək hüququ verilmədikdə, insan şəxsiyyətinin müstəqilliyinə və azadlığına hörmət təmin edilə bilər. Müvafiq surətdə insanların hərəkət qabiliyyətinin yüksəldiyi və ideyalar mübadiləsinin genişləndiyi açıq cəmiyyətlərdə əksəriyyət, eyni zamanda, bir neçə surətdə çıxış edirlər və bu surətdər onların müxtəlif sosial əlaqələrinə görə bir-birinə uyğun gələ bilər, eyni vaxtda mövcud ola bilər, yaxud buya digər qaydada (iyerarxiyaya qeyri-iyerarxiya) düzülə bilərlər. Əlbəttə, insanın özü üçün  seçdiyi surəti yalnız etnik mənşə müəyyən etmir, məqamında bu surət, hətta eyni bir qrup çərçivəsi daxilində müxtəlif şəkildə görünür: qrupun müxtəlif üzvlərində o, müxtəlif çalara və dərinliyə malik olur. Haqqında konkret söhbətin nədən getdiyindən asılı olaraq, müxtəlif surətlərin nisbi mənası dəyişə bilər.  Müvafiq şəkildə, eyni bir şəxs konkret məsələdən, buya digər işlə özünüyeniləşdirmənin dərinliyindən və onda iştiraketmənin şərtindən asılı olaraq, özünü müxtəlif cür eyniləşdirə bilər. Məsələn, bəzi dövlətlərdə vergi deklarasiyalarını doldurmaqqonşular ilə gündəlik əlaqə üçün dil sistemində insan həyatda və cəmiyyətdə öz yerini müxtəlif cür təyin edə bilər.

     

      VAHİD ÖMƏROV,

      fəlsəfə üzrə fəlsəfə doktoru

Səs qəzeti 2016.-11 avqust.-S.15.