Azərbaycanın getdiyi inkişaf yolunda danılmaz faktor - qeyri-neft sektoru
İlham Əliyev: “Qeyri-neft sektorunun
inkişafı 2016-cı ildə iqtisadi
sahədə əsas prioritet olacaqdır”
Son illər dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması və maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunmuş, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra edilmişdir. Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır.
Məhz bunun nəticəsidir ki, iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 69,9 faizə çatmışdır. Bütövlükdə isə, rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son on iki ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi dövlət proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin, kənd təsərrüfatına subsidiyaların ayrılmasına, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. Son on iki ildə ölkəmizdə 1 milyon 400 min iş yeri yaradılmışdır ki, bunun da böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür.
Qeyri-neft
sektorunun inkişafı dövlətin iqtisadi
siyasətinin prioritet istiqamətidir
Yeri gəlmişkən, iqtisadçı-ekspertlərin proqnozlarına görə, dövlətin iqtisadi siyasətinin aparıcı tempinə müvafiq olaraq, bu il ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq, qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək. Cari ildə qeyri-neft sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2017-ci ildə 72,4 faizə yüksələcək. Bununla belə, ixracın strukturunda neft sektorunun payının getdikcə azalması müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə ixracda neft sektorunun payı 95,3 faiz, 2012-ci ilə 94,1 2013-cü ildə 92,4 faiz olmuşdusa, ötən il bu göstərici 90,1 faiz təşkil etmişdir. İqtisadçı-ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək, 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.
Regionların
inkişafında qeyri-neft
sektorunun rolu
Prezident İlham Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə
həyata keçirilən
iqtisadi siyasətin əsas istiqamətlərindən
biri də regionların inkişafıdır. Məhz bu
səbəbdən də,
dövlət başçısı
gözlənilən neft
gəlirlərinin qeyri-neft
sektorunun, o cümlədən
regionların sosial-iqtisadi
inkişafına yönəldilməsinin
vacibliyini önə çəkirdi. Qeyd edək ki, dövlət
proqramlarında bölgələrin
potensialından daha səmərəli istifadə
etməklə qeyri-neft
sektorunun inkişafı,
kommunal xidmət və digər infrastruktur obyektlərinin,
eləcə də yeni emal və
istehsal müəssisələrinin
yaradılması, mövcud
müəssisələrdə istehsalın genişləndirilməsi,
rabitə və informasiya texnologiyalarının
tətbiqinin sürətləndirilməsi,
sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir
standartlara uyğun təhsil, elm, səhiyyə,
mədəniyyət və
idman obyektlərinin inşası, yenidən qurulması, əlillər
və şəhid ailələri üçün
yaşayış binalarının
tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulur. Onu da vurğulamaq lazımdır ki, həyata keçirilən
dövlət proqramlarının
icrası Prezident İlham Əliyevin şəxsi nəzarəti
altındadır. Deyilənlərin
bariz nümunəsi ötən ildə dövlət başçısı
Sumqayıt və Mingəçevir şəhərlərində,
Naxçıvan MR-də,
eləcə də Qusar, Bərdə, Astara, Lənkəran, Şabran, Siyəzən, Xızı, Kürdəmir,
Ucar, Göyçay, Cəlilabad, Ağsu, Zaqatala və Şəki rayonlarında bir sıra infrastruktur
obyektlərinin açılış
və təməlqoyma
mərasimlərində iştirak
etmiş, istehsal təyinatlı müəssisələrin
fəaliyyəti ilə
tanış olub. Qeyd edək ki, üçüncü Dövlət Proqramının
icrası çərçivəsində
isə, 2014-2015-ci illərdə
ölkədə 15,4 min yeni
iri müəssisə
yaradılmış, 189,1 mini daimi olmaqla 237,3 min iş yeri açılmışdır.
Eyni zamanda, ölkə başçısının
müvafiq sərəncamları
ilə qeyri-neft sənayesi sahəsində
fəaliyyət göstərən
kiçik və orta sahibkarlara dəstək vermək, eyni zamanda, əhalinin
istehsal sahəsində
məşğulluğunu artırmaq
üçün bu gün Neftçalada Sənaye Məhəlləsi
və Mingəçevirdə
Sənaye Parkı yaradılır. Bundan başqa, Prezident İlham Əliyev müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan
innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini,
elmi-tədqiqatlar aparılmasını
və yeni texnologiyaların işlənilməsi
üzrə müasir komplekslərin yaradılmasını
təmin etmək məqsədilə Mingəçevir
Yüksək Texnologiyalar
Parkının, həmçinin,
əlvan metal filizi yataqlarının öyrənilməsi,
işlənməsi və
idarə olunması üçün “AzerGold”
QSC-nin yaradılması
barədə Fərman
və Sərəncam imzalamışdır.
Bütün bu və digər
tədbirlər regionlarla
bərabər qeyri-neft
sektorunun da inkişafını sürətləndirməyə
hesablanmışdır. Dövlət
başçısı bütün
çıxışlarında da regionların inkişafının daima diqqət mərkəzində
olduğunu bildirib: “Əgər biz vaxtilə regionların inkişafına
böyük diqqət
göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün özünü
birtərəfli iqtisadiyyat
kimi göstərə
bilərdi. Bizim məqsədimiz isə
ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun.
Xüsusilə, qeyri-neft sektorunun
inkişafına böyük
diqqət göstərilir”.
Göründüyü kimi, dövlət başçısının, məhz
belə praqmatik fəaliyyətinin nəticəsidir
ki, Azərbaycan bu gün özündən
asılı olmayan səbəblər üzündən
yaranan bütün çətinliklərdən ağrısız
və fəsadsız çıxmağı bacarır.
Beləliklə, Azərbaycan özünün
zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli
və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanır və həyata keçirilən çoxşaxəli
islahatlar və güclü dövlət dəstəyi də qeyri-neft sektorunun milli iqtisadiyyatımızın
aparıcı qüvvəsinə
çevrilməsi prosesinə
öz töhfəsini
verəcək.
Ü.ƏSGƏROV
Səs.-
2016.- 19 avqust.- S.1-2.