“Media və din” mövzusunda konfrans keçirilib
Mübariz Qurbanlı:
“Məqsəd, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni
gücləndirmək və
burada medianın rolunu artırmaqdır”
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə “2016-cı il Multukulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda konfrans keçirilib.
SİA-nın məlumatına
görə, konfransı
giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı xatırladıb
ki, “2016-cı il Multikulturalizm ili” elan olunub və
Dövlət Komitəsi
tərəfindən bu
çərçivədə müxtəlif xarakterli tədbirlər, seminarlar keçirilir: “Bugünkü
konfransımız isə
media və din mövzusuna
həsr olunub.
Belə
ki, Azərbaycanda fəaliyyət göstərən
jurnalistlər dini mövzuda
yazılar yazarkən bəzi həssas məqamları nəzərə
almalıdırlar. Sirr
deyil ki, bu gün dindən
sui-istifadə, dini siyasiləşdirmək cəhdləri
var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar
meydana gəlib və xüsusilə, İslam dini daxilində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb”.
Komitə
sədri bildirib ki, dini mövzuları
dərindən bilməyən
bəzi media nümayəndələri
Azərbaycan mediasında
yanlış informasiyalar
yayaraq, müəyyən
qarışıqlıqlara yol verirlər: “Bəzən görürsən
ki, bu cərəyanlarla
əlaqədar yazılar
yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar.
Bu, yolverilməzdir. Biz mediaya, jurnslistlərə
bildirmək istəyirik
ki, bu gün
Azərbaycanda dövlət-din
münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfensiyalı və tolerantlıq ölkəsidir. Azərbaycanda ayrı-ayrı dini konfenssiyalar bərabər şəkildə fəaliyyət
göstərirlər”. Azərbaycanda dövlət-din
münasibətlərində qarşıda duran 2 mühüm vəzifə olduğunu vurğulayan Mübariz Qurbanlı qeyd edib ki,
onlardan birincisi, dini radikal qruplara
qarşı ideoloji sahədə mübarizəni
gücləndirmək və
burada medianın rolunu artırmaq, ikincisi isə dini xurafata qarşı
mübarizə aparmaqdır:
“Ədəbiyyatımızdan da bilirik ki,
dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində
mübarizə aparıblar.
Bu gün də
bu mübarizəyə
böyük ehtiyac
var. Çünki xurafat,
cahillik müasir dünyamızda da mövcuddur. Bəzi insanlar
dini xurafatdan sui-istifadə edirlər.
Deyərdim ki, dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Ona görə
də bunların hər ikisinə qarşı mübarizə
getməlidir və burada medianın özünəməxsus yeri
və rolu var. Bizim qurumumuz da hər zaman
jurnalistlər üçün
açıqdır və
onları maraqlandıran
istənilən mövzu
ətrafında biz öz
məlumatlarımızı verməyə hazırıq”.
Sonra çıxış edən
Mətbuat Şurasının
sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsi
yaranan gündən etibarən, bu qurum daim mətbuatla
əməkdaşlıq edib,
sıx əlaqələrini
qurub. Belə ki, Komitə
eyni zamanda Mətbuat Şurası ilə birgə mühüm layihələr
həyata keçirir.
Ona görə də hesab etmək
olar ki, Dini Komitə jurnalistlər üçün
açıq bir quruma çevrilib: “Bu gün hər kəsə bəllidir ki, Azərbaycan tolerant bir ölkədir. Təbii ki, Azərbaycan mətbuatı həm də dünyəviliyi və dini mövzulara
tolerantlığı ilə
seçilib. Lakin xarici
qüvvələrin dindən
sui-istifadə cəhdləri
olur ki, bu cəhdlərin qarşısının alınmasında
Azərbaycan jurnalistləri
çox mühüm rol oynayır”. “Azərbaycan jurnalistikası
din sahəsində peşəkarlığını
artırıb və bu sahədə yaranan probelmlərin aradan qaldırılması
üçün öz
rolunu oynamaqda davam edir”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da çıxışında
qeyd edib ki, media və dim mövzusunun ölkə jurnalistikası üçün
əhəmiyyəti var. Belə
ki, jurnalistlər dini mövzulara toxunarkən, həm də milli-mənəvi dəyərlərimizi də
unutmamalıdırlar. Çünki
hər iki amil arasında bir müəyyən bağlılıq mövcuddur:
“O cümlədən, dini
radikalizmə, terrorçuluğa
qarşı da mübarizədə jurnalistikanın
töhfələri əvəzsizdir.
Bu gün bir sıra Qərb ölkələrində terroru
İslamın adına bağlamağa
çalışan qüvvələr
mövcuddur. Biz, jurnalist olaraq bu kimi məsələləri
ifşa etməliyik”.
Millət
vəkili Fazil Mustafa isə çıxışında
qeyd edib ki, Azərbaycan dövləti dini məsələrə xüsusi
diqqət göstərir:
“Hətta deyərdim ki, bu kimi
məsələlərdə dövlətin ağırlığı
hiss olunur. Xüsusilə, Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
son vaxtlarda apardığı
davamlı fəaliyyəti
də belə qənaətə gəlməyə
əsas verir”. “Lakin dini mövzuların
daha peşəkar işıqlandırılması üçün jurnalistlər
arasında ixtisaslaşdırılma
aparılmalıdır”-deyə
qeyd edən millət vəkili bildirib ki, təəssüf
ki, bəzi hallarda jurnalistlər yanlış informasiyalar yayaraq ictimai çaşqınlığın yaranmasına səbəb olurlar: “Bu baxımdan, jurnalistlər arasında ixtisaslaşdırma, bu mövzuda yazan media nümayəndələrinin maarifləndirilməsi
daha yaxşı olardı”.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov
və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri
Nəriman Qasımoğlu
mövzu ətrafında
fikir mübadiləsi aparıblar.
Rövşən Nurəddinoğlu
Səs.-
2016.- 19 avqust.- S.