Silahlı qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir

Müdafiə NazirliyiDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı - "Multikulturalizm ili" üçün birgə tədbirlər Planı"na əsasən, "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Tədbirlərdə Müdafiə NazirliyiDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, tanınmış ilahiyyatçılar iştirak edirlər.

Həftənin təşkili və keçirilməsinə məsul olan Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani bildirib ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir ki, ölkəmiz artıq dünyada tolerantlığı dəstəkləyən dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib. Möhtərəm Prezidentimizin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunması barədə Sərəncamı, bütün xalqımız kimi, silahlı qüvvələrin şəxsi heyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Həqiqətən, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadığı bir diyar kimi tanınır. Silahlı qüvvələr cəmiyyətimizin bir hissəsi olduğundan burada da tolerantlıq mühitinin, multikultural dəyərlərin təbliği şəxsi heyətin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxışında nəzərə çatdırıb ki, bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Dövlət başçımızın da, dəfələrlə qeyd etdiyi kimi, tolerantlıq bizim həyat tərzimizdir, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.

Müxtəlif tarixi dövrlərdə, elə indinin özündə də ölkəmizin ərazisində məskunlaşmış dini-etnik qruplar burada heç vaxt özlərini yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri yaradıblar. Azərbaycanda yaşayan bütün xalqların sevinci də, kədəri də birdir. Ötən əsrin əvvəllərindən başlayaraq, vətənimizdə yaşayan türklər, ləzgilər, tatlar, yəhudilər, talışlar, kürdlər, ruslar və digər xalqların nümayəndləri erməni daşnaklarına qarşı mübarizədə azərbaycanlılarla bir səngərdə vuruşublar. Quba rayonundakı Qanlı dərə bu dostluğun, bu qardaşlığın bariz nümunəsidir. Daşnak qulduru Amazaspın qoşunlarına qarşı bu dərəcədə gedən qanlı vuruşlarda neçə-neçə xalqın qanı bir-birinə qarışıb. Onların törəmələri bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi naminə yenə də bir bayraq altında, bir amal uğrunda birləşiblər. Çünki müstəqil Azərbaycan bu torpaqda yaşayan bütün xalqların Vətənidir və bu torpağı qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Polkovnik-leytenant Rasim Manafov şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən yəhudi Albert Aqarunovun, rus İqor Makeyevin, Ahısqa türkü İsgəndər Aznaurovun, belarus Anatoli Davidoviçin, ləzgi Fəxrəddin Musayevinbir çox xalqların nümayəndələrinin Qarabağ döyüşlərində göstərdikləri rəşadət və şücaət nümunələrindən danışaraq, vurğulayıb ki, bu gün silahlı qüvvələrimizdə onların yüzlərlə və minlərlə davamçıları vardır. Məhz bu dostluq, bu qardaşlıq, bu birlik aprel döyüşlərində də bir daha öz təsdiqini tapıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin GoranboyNaftalan şəhərləri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov bu tədbirlərin, xüsusilə, ordu gənclərinin həyatında müstəsna rol oynayacağıqeyd edərək, bildiriblər ki, bu kimi tədbirlər şəxsi heyətin həm döyüş ruhunun, həm vətənpərvərlik hissinin, həm də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində öz müsbət təsirini göstərəcəkdir.

Bakı şəhərindəki Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq, ordumuzun bu gün daha güclü, daha qüdrətli, əsgər və zabitlərin isə daha intizamlı, daha peşəkar olduğundan, qarşıya qoyulmuş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdiklərindən, aprel döyüşlərində Azərbaycan əsgərinin uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdıqlarından din xadimlərinin də böyük qürur duyduqlarını qeyd edib. Hacı Şahinin bəzi gənclərin aldadılaraq, guya müsəlman qardaşlara kömək etmək adı ilə cihadı, şəhid olmaq həvəsilə digər ölkələrə aparılmasına kəskin etirazı və "Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!" deməsi şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Bir neçə gün ərzində birlik, birləşmə və hərbi hissələrdə tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində "Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və inkişafının istiqamətləri", "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yerirolu", "Müstəqil Azərbaycan Respublikası mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında əməkdaşlığın ünvanıdır", "İslamda şəhidlik anlayışı", "İntihar insanın Yaradana qarşı üsyanıdır", "Din və Vətən müdafiəçilərinin əxlaq kodeksi" və s. mövzularda seminar, dəyirmi masa, disputlar, din xadimləri ilə görüşlər və söhbətlər təşkil olunub.

Hərbi qulluqçulardan rus Yuri Kurşinov, avar Oktay Hacıyev, ləzgi Sənan Allahverdiyev, tat Natiq Heybətov, talış Hamlet Nizamzadə və yəhudi Emin Razilov çıxış edərək, Azərbaycanın vətəndaşı olduqlarından və bu diyarın müdafiəsində dayandıqlarından fəxrlə danışıblar. Onlar qonaqları əmin ediblər ki, bundan sonra da mehriban dostluq, qardaşlıq şəraitində vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən hazırlanmış "İşğal altındakı tarixi-dini abidələrimiz", "Azərbaycanda tolerantlıq ənənələri", "Tolerantlıq - bildiklərimiz və bilmədiklərimiz", "İslamda vətən və dövlət sevgisi", "Şəhid - şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır" adlı kitabların təqdimatı şəxsi heyətin böyük marağına səbəb olub və Dövlət Komitəsi tərəfindən əsgər kitabxanalarına kitab dəstləri hədiyyə edilib.

Silahlı qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Ü.Əsgərov

Səs.- 2016.- 24 avqust.- S.12