Azərbaycan - Yaponiya beynəlxalq ekspedisiyası Damcılı mağarasında tədqiqatlar aparıb

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aveydağ QoruğuTokio Universiteti arasında imzalanan memoranduma əsasən, 2016-cı ildən etibarən Qazax rayonu Daşsalahlı kəndi ərazisində və Avey dağı ətəyindəki Damcılı mağarasında daş dövrünün müxtəlif mərhələlərinə aid layların tədqiqi aparılıb. Ekspedisiyanın tərkibində Tokio Universitetinin professoru, Daş Dövrü Arxeologiyası Departamentinin rəhbəri, doktor Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər (topoqraf, paleobioloq, paleobotanik və digərləri) və AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Mənsur Mənsurov və Azad Zeynalov, həmçinin, Göytəpə Neolit məskənində tədqiqatlar aparan Tovuz Arxeoloji Ekspedisiyasının üzvləri, institutun elmi işçiləri – Şahin Səlimbəyov və Yaqub Məmmədov fəaliyyət göstərib.

     Tədqiqatlar zamanı qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunub. Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər tapılıb. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında, 3,5 metr dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub. Təbəqələrdən əldə olunmuş faunakömür qalıqları mütləq tarixi yaşın müəyyən olunması üçün Tokio Unversitetinə göndəriləcək. 8-i mağarada olmaqla, dövrümüzədək 30-dan artıq Paleolit abidəsi aşkar olunmuşdur. 1956-1957-ci illərdə Damcılı mağarasında arxeoloji qazıntılar M.M.Hüseynovun rəhbərliyi ilə davam etdirilmiş, mədəni təbəqədən üstorta Paleolit, Mezolit, Neolit dövrlərinə aid 7 mindən artıq alət və tullantılar, eləcə də fauna qalıqları tapılmışdır. Lakin o zaman aşkar edilmiş mədəni təbəqənin qarışıq olması dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməmişdir.

  ZÜMRÜD

Səs.- 2016.-26 avqust.- S. 6