Dövlətin prioritet vəzifəsi - iqtisadiyyatın şaxələndirilməsi siyasəti

 

İlham Əliyev: “Qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla,

Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”

Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Bu səbədən də, Azərbaycanın qeyri-neft sektorunda yüksək artım baş vermişdir ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.

İqtisadiyyatın şaxələndirilməsi, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Məlum olduğu kimi, dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə ötən il ölkə Prezidentinin Sərəncamı ilə “Kənd təsərrüfatı ilielan edilmişdir.

Dövlət başçısı çıxışlarının birində vurğulayıb ki, ötən 2015-ci il “Kənd Təsərrüfatı ilikimi elan eidlsə də, hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. Eyni zamanda, özünütəminat faktoru daim diqqətdə saxlanılmalıdır. Sitat: “Hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Məhz bu amili dəyərləndirərkən, belə bir nəticəyə gəlmək mümkündür ki, ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırılmasına tam təminat verir.

 

Aqrar sahədə stimullaşdırıcı təsərrüfatlara üstünlük verilir

 

Bu da reallıqdır ki, müəyyən problemlər, çatışmayan cəhətlər, nöqsanlar olsa da, onların aradan qaldırılması istiqamətində qolobal işlər aparılır. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Xüsusilə, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ölkəmizdə aqrar sektorun ən mühüm və ənənəvi sahələrindən   olan  baramaçılığın inkişafı məsələsinə toxunub: Sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə, demək olar, tamamilə dağılıb gedib. Əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Biz artıq bir kiloqram baramaya verilən məbləği də, demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir”.

Dövlət başçısı, eyni zamanda,  vurğulayıb ki, baramaçılığın inkişafı üçün ölkədə tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Hazırda Azərbaycanda 354 min tut ağacı mövcuddur. Ancaq payız mövsümündə 1 milyon 600 min tut tinginin əkilməsi planlaşdırılır. Bu, nəticə etibarilə barama istehsalını keçənildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq.

Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında, eyni zamanda, kənddə yaşayan vətəndaşlara müraciətində bildirib ki, bu yaxşı qazanc mənbəyidir: “Mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, sizbu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir”.

Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq, respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində, keçən il istehsal olunan 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib.

Eyni zamanda, müşavirədə dövlət başçısı tütünçülüyünböyük əhəmiyyət daşıdığını bildirib: “Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox gəlirli sahədir və hökumət bu sahənin inkişaf etdirilməsi üçün ciddi tədbirlər görür. Biz tütünçülüyü bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir”.

Ötən il 1400 hektarda, cari il isə 2500 hektarda tütün əkilməsi, mövsümün sonunda isə bol məhsul əldə ediləcəyinin proqnozlaşdırılması dövlətin bu sahəyə qayğısının sübutudur.

Müşavirədə, həmçinin, kənd təsərrüfatında strateji sahələrdən biri olan pambıqçılığın da uzun müddət diqqətdən kənar qaldığını deyən ölkə Prezidenti qeyd edib ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində dövlət 52 min hektarda pambıq əkinini təmin edibbu il 100 min ton məhsul gözlənilir. Gələn il isə 120 min hektarda pambıq əkilməlidir.

Prezident İlham Əliyev vurğulayıb ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni texnologiyalar, suvarma sistemləri tətbiq olunacaqbuna görə də, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu isə ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək.

Dövlətin prioritet kimi qarşıya qoyduğu vəzifələrdən biri - iqtisadiyyatın şaxələndirilməsi aqrar sektorun, hətta onun ayrı-ayrı sahələrinin həmin istiqamətdə inkişafını sürətləndirib.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, belə bir qənaətə gəlmək olar ki, ölkə Prezidenti İlham Əliyevin ölkədə aqrar sahənin inkişafı ilə bağlı verdiyi fərman sərəncamların icrasına müvafiq olaraq, respublikada əkinçilik mədəniyyətinin kənd təsərrüfatı istehsalının yüksəldilməsi, üzvi mineral gübrə istehsalının tətbiqinin genişləndirilməsi, suvarma meliorasiya tədbirlərinin həcminin artırılması, bitkiçilik heyvandarlıq sahəsində yeni sort cinslərin yaradılması üzrə işləri sistemli şəkildə təkmilləşdirilməklə, qətiyyətli mövqe ortaya qoyub. Bu amil isə kənd təsərrüfatının inkişaf perspektivlərinin daha da artırılmasına stimul verəcək.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2016.- 30 avqust.- S.1