İnsan hüquqları fəlsəfəsi yeni təfəkkür kontekstində

Ümumiyyətlə götürüldükdə, bir neçə əxlaqi dəyərin pozitiv hüquqi möhkəmləndirilməsinin zəruriliyi məsələsi insan hüquqları nəzəriyyəsində həmişə müzakirə edilmişdir. Heç olmazsa, bu faktı yada salaq ki, hüquqlar haqqında Amerika Bili ABŞ Konstitusiyasının əsas mətninə düzəliş kimi qəbul edilmişdir. Onun müəllifləri Hüquqlar Kataloqunu konstitusiyanın ilkin mətninə daxil etmədən insanın təbii hüquqlarının əlavə hüquqi möhkəmləndirməyə ehtiyacı olmadığına əsaslanmışdır. Müasir dövrdə əksər ölkələrin qanunverici təcrübəsi sosial həyatın ən mühüm prinsiplərinin normativ-hüquqi tənzimlənməsinin (o cümlədən, əxlaqi prinsiplərin müəyyən dairəsinin) əhəmiyyətini tanıyır, bu da insan hüquqları konsepsiyasında təbii-hüquq və pozitiv tipli hüquq anlamanın qarşıdurmasının tədricən zəifləməsini göstərir".

E.D.Lukaşeva yazır: "Bundan başqa, hüquqların pozitiv möhkəmləndirilməsi əxlaqi aspektionun məzmununu inkar etmirbu zaman hüququn və ədəb qaydalarının qarşılıqlı əlaqəsi (qarşılıqlı şərtləndirilməsi) yox olmur. Əxlaqi-şərtləndirilmiş hüquq normaları onların pozitivləşməsində subyektiv hüquqların müdafiəsinin hüquqi mexanizmlərlə real təminatı imkanı qazanır. Müasir konstitusiya və məhkəmə praktikasında təbii-hüquq və pozitiv yanaşmaların belə yaxınlığı "göstərilən doktrinaların (insanın dövlət tərəfindən möhkəmləndirilməmiş təbii hüquqlarının müdafiə olunmaması və pozitiv təlimin əxlaqi, şəxsi-sosial dəyərlərdən uzaqlaşdırılması) qarşıdurması və ifratçılığını aradan qaldıran əlverişli tendensiyadır". Buna görə də, təbii hüquqların tədrici hüquqiləşməsi və təbii hüquq konsepsiyasının insan hüquqlarının qanunverici şəkildə tanınmış nəzəriyyəsinə doğru inkişaf etdirilməsi prosesi obyektiv və səmərəlidir.

Şəxsiyyətin hüquq və azadlıqları anlayışının müasir mənbələrinin təbii hüquq nəzəriyyələri ilə birbaşa əlaqədar olmasına baxmayaraq, pozitivist istiqamət insan hüquqlarını dünya sosial təşkilatının ayrılmaz hissəsi kimi tanıyır. Pozitivistlər hüquqların təbii və pozitiv xarakterinə deyil, onların konstitusion təminedilmə və hüquqi müdafiə olunmalarını vurğulayırlar. Belə mövqe, məsələn, Avstriya və Almaniyanın Konstitusiya hüquqlarında üstünlük təşkil edir. Qanunvericilər hansı yolu seçsələr də (fərdin dövlətlə əlaqədar hüquq və azadlıqlarının konstitusion təsbit edilməsi, yaxud da onların təbii və müqəddəs xarakterinin təntənəli surətdə elan edilməsi) hər dəfə insan hüquqlarına daxil edilmiş əxlaq konstantı məsələsi, onların məzmunlarının hüquqi və əxlaqi aspektlərinin qarşılıqlı tamamlama məsələsi münasib olur".

Beləliklə, insan hüquqlarında hüquq və əxlaqın qarşılıqlı təsiri məsələsinin düzgün həllinə görə müəyyən konsensus əldə edilmişdir. Hər halda, onların qarşılıqlı tamamlanma (qarşılıqlı təsir) mexanizmxarakteri məsələsi həm nəzəri, həm də praktiki planda olduqca mürəkkəbdir. İnsan hüquqları konsepsiyasının müxtəlif mədəniyyətə, beynəlxalq-hüquqi sənədlərin təsirinə, insan hüquqlarının dövlətdaxili hüquqi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, müdafiəsinə və s. şamil edilməsi problemibu məsələdən çox asılıdır.

Bəs insan hüquqlarında hüquq və əxlaqın qarşılıqlı təsiri necə baş verir? Məlum olduğu kimi, əxlaq və hüquq bir-birinə yaxın, lakin heçeyni olmayan normativ dəyər sistemidir. Bunlardan hər birinin öz məqsəd və prioritetlərinə nail olması üçün spesifik alət və vasitə dəsti vardır (hüquqda ədalət və bərabərlik, əxlaqda şəfqət və xeyirxahlıq). Lakin insan hüquqları sahəsində hüquq və əxlaqın qarşılıqlı münasibəti hərəkətlərin eyni istiqamətli olması kimi səciyyələndirilir, bu da həmin dəyər-normativ sistemlərinin hər birinin spesifik funksiyasının olmasına zidd deyildir.

Müəllifin fikrincə, hərəkətlərin eyni istiqamətli olması elə qarşılıqlı təsirin əsasını təşkil edir ki, bu zaman hüquq və əxlaq, daha ümumi və yaxın cəhətlərlə biri-birinə birləşir. Bu halda, hüquq özünün qanundan fərqləndiyini, əxlaq isə özünü mülki cəmiyyətin etika sahəsi kimi göstərir. Burada şəxsin muxtariyyəti, borca sadiqlik və insanların siyasi cəmiyyətdə digər mövcudluq üsulları ön plana çıxır.

İnsan hüquqları "hüququn, yəni mülki-siyasi varlığın məlum elementar şərtlərinin cəmiyyət tərəfindən sözsüz qanuniləşməsinin sırf təcəssümüdür. Onlar hüququn əsas mənasını, hər cür normativ sistemin vacib komponentini təcəssüm edirsosial tənzimlənmənin xüsusi tipispesifik forması kimi hüququn mahiyyətini ifadə edir, belə ki, "insan hüquqları hüquqsuzhüquq xaricində mümkün olmadığı kimi, insan hüquqları olmadan hüquq da mümkün deyil".

İnsan hüquqlarının əsasını təşkil edən əxlaqi normalar, hər şeydən əvvəl, ümumi münasibətləri (həm beynəlxalq, həm də dövlətdaxili) humanistləşdirməyə yönəlmişdir. Buna görə də burada əxlaq, hər şeydən əvvəl, ümumi münasibətlər sferasında təsir göstərən siyasi etika kimi təzahür edir. Siyasi etikanın əsas xüsusiyyəti imkanlar bərabərliyi, əvəz ekvivalentis. daxil olmaqla, bərabərliyin və vətəndaşların muxtariyyətinin əxlaqi tələblərinin təsdiq edilməsidir.

Məhz elə bu nöqtədə siyasi etika hüquq anlayışı ilə qovuşur. Həqiqi bərabərliyin yalnız bir növü (hüquqi sistemin əsaslandığı formal hüquqi bərabərlik) tarixə məlumdur. İnsan hüquqlarında insanların etiqad etdiyi məsləkdən asılı olmayaraq, hamıya hörmət edilməsinə mənəvi tələb hüquqi bərabərliklə eyni olan hüquqi dəyər dərəcəsinə qaldırılır. Məhz insan hüquqları sahəsində hüquq və əxlaq üçün ümumi olan bu bərabərlik tələbi onların eyni səmtə istiqamətlənmiş qarşılıqlı tamamlama təsirini təmin edir. Bu hər iki anlayış (əxlaqi bərabərlik və hüquqi bərabərlik) baxılan, ətrafında həm əxlaq, həm də hüquq üçün eyni mühüm mənası (azadlıq, ədalət, muxtariyyət) olan dəyərlərin toplandığı sistemin qarşılıqlı təsirinin mərkəzi halqasını əmələ gətirir. Məhz buna görə də insan hüquqlarına daxil edilmiş normaların həm hüquqi, həm də etik əhəmiyyəti var.

Beləliklə, hüquq və əxlaqın qarşılıqlı tamamlanması siyasi etikahüquq kimi tanınan formal bərabərlik prinsipi ətrafında birləşir. Buna görə də, burada hüquq və əxlaq arasında adi ixtilaf yaranmır. İnsan hüquqlarında bir növ nadir əxlaqi-hüquqi qarşılıqlı təsir sferası formalaşır ki, burada da əxlaq və hüquq onları yaxınlaşdıran xüsusiyyəti üzə çıxarır, həm də bütün öz qarşılıqlı tamamlama potensiallarını tətbiq edə bilir. İnsan hüquqlarının genişlənməsinin tarixi prosesi (sonrakı nəsillərin hüquqlarının formalaşması), həm də, elə qarşılıqlı təsir sferasını genişləndirir ki, bu, sözsüz, müsbət tendensiya kimi qiymətləndirilə bilər.

E.D.Lukaşeva yazır: "Əxlaq və hüququn qarşılıqlı tamamlanması təsiri bu sistemlərin əsaslarının ümumi əhəmiyyət kəsb etməsini əyani surətdə göstərir. İnsan hüquqları, müəyyən mənada, əqidələrinin ayrılmasından, azad ünsiyyət və normal yaşayış şəraitindən asılı olmayaraq, hər bir insana bərabər imkanların verilməsinə, şəxsiyyətin hüquqla göstərilmiş əxlaqi azadlığına olan əxlaqi tələblərin konkretləşməsini təmsil edir.

Beləliklə, insan hüquqlarında hüquq və əxlaq bir-biri ilə qarşılıqlı tamamlanma yolu ilə əlaqələnmişdir. Göstərilən normativ dəyər tənzimləyicilərinin bu tip qarşılıqlı təsirini təsdiq edən faktları açıq siyahı şəklində ümumiləşdirək:

Birincisi, insan hüquqları konsepsiyası insan və dövlətin ədalətli qarşılıqlı təsir üsulunun axtarışı nəticəsində əmələ gəlmiş anadangəlmə və ayrılmaz təbii hüquq ideyalarının birbaşa nəticəsidir. Onun əsas mühakiməsi - mövcudiyyəti müstəqil şəxsiyyətin muxtariyyətini, "onun əxlaqlılığının genişliyini" təmin etməli olan əsas hüquqların təbii mənşəyi və qeyri-dövləti xarakteri haqqında hipotezdir.

XVIII əsrin maarifçiləri tərəfindən insan hüquqlarının müdafiəsinə ədalət nöqteyi-nəzərindən dövlətin yeganə mənəvi vəzifəsi, onun təyinatı kimi baxılırdı. Beləliklə, dövlət və şəxsiyyət arasında insan hüquqlarından ibarət olan hüquqi ünsiyyət prinsipi qanun və məhkəmə qarşısında bərabərliyin əxlaqi normaları, özbaşına imtiyazların olmaması və hüquqi dövlətin digər prinsipləri əsasında əvvəlcədən qurulmuşdur.

İkincisi, insan hüquqları, hətta formal-hüquqi mövqedən, sadəcə olaraq, mühüm subyektiv hüquqların məcəlləsi deyildir. İnsan hüquqlarının Ümumi Bəyannaməsi BMT Baş Məclisinin qətnaməsi kimi qəbul edilmişdir, ona görə də, yalnız tövsiyə xarakteri daşıyır və beynəlxalq müqavilə kimi çıxış etmədən, o, mühüm hüquqi sənəd kimi baxıla bilməz. Bu, o deməkdir ki, dünyanın müxtəlif ölkə və regionlarında tətbiq olunması onun təkcə hüquqi deyil, həm də əxlaqi mahiyyətinin tanınmasından asılıdır.

Üçüncüsü, insan hüquqları insana ümumxalq yanaşmanın, ona azad və bərabərhüquqlu, muxtar və müstəqil şəxsiyyət kimi münasibət göstərmənin ayrılmaz komponentidir. Məhz buna görə hümanist ənənə Avropanın Maariflənmə dövründən başlayaraq, belə fikir yürüdür ki, insan hüquqlarının məcmusu elə bir məntiqə uyğun ictimai quruluşun əsas qanunudur ki, burada Kantın formuluna görə hüquq "hər kəsə məxsus olan elə azadlıqdır ki, o, digərinin bu cür azadlığı ilə ümumi qanuna əsasən məhdudlaşır". Hüquq da, əxlaq da azadlıqdır, həm də bu iki normativ dəyər sisteminin daxilində tənzimlənməyən bərabərlik, insanların bərabər ləyaqəti, onların imkan və imtiyazlarının bərabərlik ideyaları saxlanılır. Bununla, onlar elə bir ictimai təşkilatın qurulmasına şərait yaradır ki, o, fərdin azadlığını sıxışdırıb məhdudlaşdırmasın, əksinə, onları yaradıcılıq və inkişafa həvəsləndirsin.

İnsan hüquqlarının belə bir şərhi hüquq fəlsəfəsinin təbii- hüquq ənənəsində saxlanılır. Rusiya Federasiyası Konstitusiyası tərəfindən qəbul edilmiş müasir hüquq anlayışının ilkin şərtləri fərdin hüquqlarının təbii və ayrılmaz xarakterinin tanınması baxımından bu cürdür. Xüsusilə, konstitusiyanın 17-ci maddəsində İ.Kantın yuxarıda göstərilən "hüquq və azadlıqların həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır" "standart hüquq formuluna'' uyğun olan əsas insan hüquqları formulu saxlanılır. Humanist fəlsəfi-hüquqi ənənəyə görə bu formulun əsassız istisnaları ola bilməz".

Müəllif qeyd edir ki, hüquq və əxlaqın qeyd olunmuş qarşılıqlı tamamlanmasına görə əxlaqa zidd davranışın qadağan olunması insan hüquqlarında istisna kimi sayıla bilməz. Belə ki, mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Paktın 20-ci maddəsi müharibənin təbliğ edilməsi, "hüququn tapdalanmasına, düşmənçilik və ya zorakılığa təhrik edən milli, irqiya dini ədavətin xeyrinə olan hər cür çıxışlar" kimi antihumanist, əxlaq qaydalarına zidd hərəkətlərin qadağan olunmasının mümkünlüyü nəzərdə tutulur.

Nəzəri baxımdan bir sıra əxlaq qaydalarına zidd hərəkətin törədilməsinə hüquqi qadağanın qoyulması halında da, digər insanın azadlığının pozulması təhlükəsini yarada bilər. Əxlaq normalarının kobud surətdə pozulması digər şəxslərin hüquqlarında birbaşa əks olunduqda, hüquq onu müdafiə etmək vəzifəsini öz üzərinə götürür.

İnsan hüquqlarında hüquq və əxlaqın qarşılıqlı tamamlanması haqqında tezisdən, birbaşa belə bir nəticə çıxır ki, insan hüquqlarının öyrənilməsi yalnız sırf hüquqi məsələ deyildir. Faktiki olaraq, söhbət insan hüquqlarının xüsusi fəlsəfəsindən gedir. Bu fəlsəfə insan hüquqlarına - məqsədi insan, onun hüquqları, azadlığı, rifahı olan etikyuridik əhəmiyyətli kodeks kimi baxır. Q.V.Maltsev "Yeni təfəkkür və insan hüquqlarının müasir fəlsəfəsi" adlı məqaləsində yazır ki, "bəşəriyyətin gələcək tərəqqisi və yeni dünya quruluşuna doğru irəliləyiş özü ilə insan təbiətinin vəhdətindən, ümumbəşərilikonun inkişaf edən normativ potensialından irəli gələn yeni mənəviyyat və yeni hüquq gətirəcək". Yeni hüquq və mənəviyyat ümumi dəyər əsaslarına istinad edərək, bir-birilərini qarşılıqlı surətdə tamamlayacaq.

 

Vahid ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 1 dekabr.- S.15