İnsan hüquqlarının müdafiəsi və ikili vətəndaşlıq
Bir sıra ölkələrdə vətəndaşlıqdan çıxarılma ilə əlaqədar məhdudiyyətlər tətbiq olunur. Bu prosedurun tətbiq edilməsinin qadağası bütün vətəndaşlara (Almaniya Konstitusiyası, maddə 16) və ya ancaq orada doğulan vətəndaşlara aid edilə bilər (İspaniya Konstitusiyası, maddə 11. 2-ci hissə). Bir sıra hallarda həmin prosedurun tətbiqi naturalizə olunmuş vətəndaşlara görə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə ki, Fransada vətəndaşlıq hüququ qazandıqdan sonra 10 il ərzində vətəndaşlıqdan çıxarılmaya yol verilir.
Y.A.Lukaşevanın redaktoru olduğu "İnsan hüquqları" kitabında yazılır: "Beynəlxalq hüquq standartlarına uyğun olaraq vətəndaşlıqdan məhrum olunmaq özbaşına xarakter daşımamalıdır (İnsan Huquqlarının Ümumi Bəyannaməsi. maddə 15, 2-ci hissə). O, yalnız qanunda nəzərdə tutulmuş proseduraya uyğun, vətəndaşın bütün lazımi təminatları təqdim etməyinin zəruriliyi çərçivəsində həyata keçirilə bilər. Bundan başqa, məhkəmə qaydası ilə qəbul edilmiş qərardan şikayət etmək hüququ nəzərdə tutulmalıdır.
Sovet İttifaqının qanunvericiliyində dövlətin təşəbbüsü ilə vətəndaşlıqdan çıxarılma imkanı təsbit edilmişdir. 1938-ci il tarixli SSRİ Vətəndaşlığı haqqında Qanuna (maddə7) uyğun olaraq, vətəndaşlıqdan çıxarılmanın iki prosedurasu - məhkəmənin hökmü və SSRİ Ali Soveti Rəyasəi Heyətinin Fərmanına əsasən nəzərdə tutulmuşdur. Sonrakı Qanun vətəndaşlıqdan çıxarılmanı vahid prosedurda birləşdirdi və onun tətbiq edilməsi üçün əsaslar müəyyənləşdirdi.
SSRİ Vətəndaşlığı haqqında 1978-ci il Qanununa müvafiq olaraq, əgər şəxs SSRİ vətəndaşının yüksək adını ləkələyən və SSRİ-nin nüfuzuna və ya dövlət təhlükəsizliyinə zərər yetirən hərəkətlər etmişsə (maddə 18), onu SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə vətəndaşlıqdan çıxarmaq olardı. Bundan başqa, qanunvericilikdə vətəndaşlıqdan çıxarılmanın xüsusi halları nəzərdə tululurdu. SSRİ Ali Soveti Rəyasət Heyətinin "SSRİ- dən İsrailə köçən şəxslərin vətəndaşlıqdan çıxması haqqında" 1967-ci il tarixli Fərmanına müvafiq olaraq, həmin şəxslər ölkədən çıxan andan Sovet İttifaqı vətəndaşlığını itirirdilər.
Rusiya Federasiyasının vətəndaşlığı haqqında qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, heç kəs öz vətəndaşlığından və ya öz vətəndaşlığının dəyişilmək hüququndan məhrum oluna bilməz (RF vətəndaşlığı haqqında Qanun, maddə 1, 2-ci hissə). Ancaq bir halda, şəxsin iradəsini nəzərə almadan, Rusiya vətəndaşlığının dayandırılmasına - vətəndaşlıq haqqında qərarın ləğv edilməsinə yol verilir ki, o zaman həmin şəxs yalan məlumat və saxta sənədlər təqdim etmiş olsun.
Vətəndaşlıqdan könüllü çıxmaq vətəndaş tərəfindən müəyyən hərəkət tələb edir. Yaponiyada bu zaman müvafiq sənədlərlə ədliyyə nazirinə müraciət etmək lazımdır. Vətəndaşlıqdan çıxmaq barədə ərizə verməklə nazirin xəbərdarlıq edilməsi günü vətəndaşlıqdan çıxma tarixi kimi hesab edilir. Rusiya vətəndaşlığından çıxmaq şəxsin ərizəsınə görə, həmçinin, qeydiyyat yolu ilə (əgər vətəndaşlıqdan çıxmaq niyyətini bildirən şəxsin heç olmasa valideynlərindən birinin, həyat yoldaşı və ya uşağının başqa vətəndaşlığı varsa, yaxud şəxs daimi yaşamaq üçün başqa ölkəyə getmişsə) mümkündür.
Avropa Şurasına üzv olan ölkələr üçün hamının tanıdığı bir fakt budur ki, şəxs digər vətədaşlıq almayana qədər vətəndaşlığını itirə bilməz. Bu üsul vətəndaşlığı olmayan şəxslərin saylarının artmasının qarşısını almağa istiqamətləndirilmişdir. Bununla bərabər, MDB üzvü olan dövlətlərin və Baltikyanı ölkələrin vətəndaşlıq haqqında qanunları vətəndaşlıqdan çıxmaq imkanını (bu faktı şəxsin xarici vətəndaşlıq qazanması ilə əlaqələndirmədən) nəzərdə tutur.
Müəllif göstərir ki, ikili (çoxlu) vətəndaşlıq şəxsin eyni vaxtda iki (daha çox) dövlətin vətəndaşlığında olması ilə əlaqəli xüsusi statusudur. Oxşar hüquqi vəziyyət şəxsin vətəndaşlıq istəyə biləcəyi ölkə qanunlarının vəziyyəti arasında ziddiyyət olduqda yaranır. İkili (daha çox) vətəndaşlığın əmələ gəlməsini müəyyən edən bir neçə tipik halları göstərmək olar.
Əvvəlki vətəndaşlığı itirmədən naturalizasiya. Bu vəziyyət yeni vətəndaşlığın qazanılması əvvəlkinin saxlanılmasına imkan yaratdıqda, həmçinin, yeni vətəndaşlığı alana qədər şəxs əvvəlki vətəndaşlıqdan çıxması ilə bağlı olan vacib tələbləri yerinə yetirmədiyi hallarda yaranır.
Bir qrup ölkələrdə naturalizasiya faktının özü vətəndaşlığın itirilməsinə səbəb olur (ABŞ). Başqalarında isə bu, yalnız könüllü surətdə vətəndaşlıq qazanıldıqda baş verir (Kanada, Finlandiya, Boliviya). Bununla belə, şəxsə xarici vətəndaşlıq onun öz xahişi ilə deyil, ölkənin qanununa uyğun olaraq doğulması, mənşəyi, ərazi dəyişikiiklərinə görə və s. verilibsə, onda bu şəxsə ölkə vətəndaşı kimi baxırlar. Üçüncü qrup ölkələrdə vətəndaşlığın itirilməsı üçün ondan çıxmağın rəsmiləşdirilməsi lazımdır (Türkiyə, İsveçrə).
Əcnəbilərin naturalizasiyası da müxtəlif yollarla nizama salınır. Onlar bir
stra öikələrdə
onu, ancaq əvvəlki vətəndaşlıqdan
çıxdıqdan sonra
qazanırlar (Almaniya, Hindistan). Digər ölkələrdə ayrı-ayrı istisnalara yol verilir. Belə ki, Yaponiyanın ədliyyə naziri xüsusi hallarda mənsub olduğu dövlətin vətəndaşlığından
imtina etməyi tələb etmədən
əcnəbilərin naturalizasiyasına
icazə verə bilər. Banqladeşdə istisnalar o ölkənin
ərazisində genişmiqyaslı
layihələrə investisiya
qoyan əcnəbilərə
aid edilir.
Digər ölkələrdə (Fransa) əvvəlki vətəndaşlıqdan çıxmağa
naturalizasiya üçün
şərt kimi baxmırlar. Həmçinin, hazırkı zamanda Rusiya vətəndaşlığına
qəbul zamanı xarici vətəndaşlıqdan
qəti imtina tələb olunmur, hərçənd ki, vətəndaşlıq haqqında
Qanunun 3-cü maddəsinin
əvvəlki mətni
bunu saxlamışdı.
E.Lukaşeva
yazır: "Ölkə
vətəndaşı ilə
nikah bağlayan əcnəbi-arvada vətəndaşlığın
avtomatik verilməsi. Oxşar vəziyyətlərə Asiya,
Afrika, Latın Amerikasının bır sıra ölkələrinin
qanunvericiliyində rast
gəlmək olar.
Bəzi hallarda, ərin vətəndaşlığı şərtsiz verilir (Livan, Səudiyyə Ərəbistanı). Başqa hallarda.
ölkənin milli qanunu dövlət
mənsubiyyətinə malik
olan arvada əvvəlki vətəndaşlığı
saxlamağa icazə verirsə, ərin vətəndaşlığından imtina etməsinə yol verilir (Dominikan
Respubilkası, Kamerun,
Benin). Digər hallarda, ərin
vətəndaşlığını qazandıqdan sonra müəyyən müddət
ərzində əvvəlki
vətəndaşlığı saxlamaq olar (Cənubi Koreyada - 6 ay).
Beləliklə, ikili vətəndaşlıq
o hallarda baş verir ki, müxtəlif
dövlətlərin vətəndaşları
ilə nikah bağladıqda ərin vatəndaşlığını almaq əvvəlki vətəndaşlığı itirməyi tələb etməsin, arvadın milli qanunvericiliyi isə əcnəbilərlə
nikah bağlamağa əvvəlki vətəndaşlığı
itirməyin avtomatik şərti kimi baxılmasın.
Əcnəbi
arvada avtomatik
surətdə vətəndaşlıq
verən ölkələrin
sayı azalır. Bu, həmin sferada
beynəlxalq hüquq standartlarının dəyişməsi
ilə əlaqədardır.
Təsadüfi deyil ki, ərə getmiş qadının vətəndaşlığı haqqında 1975-ci il
Konvensiyasının iştirakçıları
nikahın bağlanması,
pozulması, həmçinin,
ərdə olduğu müddət ərzində
ərinin vətəndaşlığını
alması faktının
arvadın vətəndaşlığında
avtomatik göstərilmədiyini
vurğulayır (maddə
I). İndiki zamanda maraqları
olan şəxs tərəfindən vətəndaşlığın
könüllu seçilməsi
prinsipi ailənin vahid vətəndaşlığı
prinsipini daha çox sıxışdırır.
Bundan başqa, arvada ərin
vətəndaşlığının avtomatik olaraq verilməsinə cinsı əlamətlərə görə
müəyyən diskriminasiya
kimi baxırlar.
Qarışıq nikah zamanı doğulmuş uşağa
vətəndaşlığın verilməsi. Tarixən uşağın
vətəndaşlığı ataya görə müəyyənləşdirilirdi. Belə hallara bu gün
də bir sıra ölkələrin
qanunvericiliyində rast
gəlmək olar (Hindistan, Tailand, Cənubi Koreya). Lakin indiki zamanda bunar hamı tərəfindən tanınan
üsullar deyil. Avropa dövlətləri, ABŞ, Yaponiyanın
vələndaşlıq haqqında
qanunları cinsə münasibətdə neytraldır,
onlar vətəndaşlığın
həm ata, həm də ana xətti ilə verilməsinə yol verirlər. Qarışıq nikahdan əmələ
gələn uşaqlar,
müvafiq olaraq, atanın olduğu kimi, ananın da vətəndaşlığını
qazanmaq hüqüquna
malikdirlər.
Ərazi prinsipinə
əsasən, vətəndaşlıq
verən dövlətlərin
ərazisində əcnəbi-valideynlərin
uşaqlarının doğulması.
ABŞ, Kanada, Argentina və Braziliyada ölkə ərazisində
doğulan şəxsləri
vətəndaş kimi
tanıyırlar. Bir
qayda olaraq, öz dövlətlərinin
dövləti xidmətlərində
olan və ya beynəlxlaq təşkilatlarda
işləyən əcnəbilərin
uşaqlarına istisna
hallar aid edilir. Avstriya, Beliçika, Finlandiya, Hollandiya ölkələri ərazisində
doğulan və orada müəyyən müddət yaşayan şəxslərə
yetkinlik yaşına çatdıqdan sonra va ya yetkinlik
yaşına çatana
qədər sadə ərizə vermək yolu ilə vətəndaşlıq
qazanmağa icazə verilir. Belə hallarda uşaqlar eyni vaxtda həm
doğulduqları ölkənin
vətəndaşlığını, həm də valideynlərinin vətəndaşı
olduqları dövlətin
vətəndaşlığını əldə edirlər.
Müəllifin qeyd etdiyi kimi, ikili vətəndaşlığın
əksinə olan ənənəvi hüquqi
və siyasi dəllilər ondan əmələ gəlir ki, vətəndaşlıq
müəyyən dövlətə
münasibətdə qəti
loyallıq tələb
edir. Loyallığın ən yaxşı
ifadəsi dövlətin
ordusunda hərbi xidmətin keçirilməsidir.
İkili
vətəndaşlıq göstərilən
vəzifəni nisbiləşdirir.
Heç
kəs eyni vaxtda iki ölkədə,
xüsusən, onlar digər dövlətlərlə
müharibə şəraitindədirsə,
yaxıd bir-birləri
ilə vuruşurlarsa,
xidmət edə bilməz.
Ölkənin ərazisində ikili vətəndaşlığı olan şəxslər çoxluq təşkil edərsə, bütün
məsələlər ikitərəfli
əsasda tənzimlənir.
1984-cü ildə Fransa və Əlcəzair ikili vətəndaşlığı olanların, hərbi xidməti yaşadığı
ərazidən asılı
olmayaraq, bu ölkələrdən hər
birində keçirə
bilmələri haqqında
saziş imzaladılar.
Təcrübə göstərdi
ki, hərbi xidmətin müddəti Fransada bir il, Əlcəzairdə
isə iki il olmasına baxmayaraq, Fransada yaşayan etnik əlcəzairlilərin çox
hissəsi hərbi xidmətı Əlcəzairdə
keçirirlər.
E.Lukaşeva yazır: "İkili vətəndaşlığa, münasibətdə müxtəlif mövqelər mövcuddur. İtaliyada ikili vətəndaşlığın mümkünlüyü 1992-ci ildən tanınır. Oxşar üsul 1998-ci ilin noyabrında AFR hökuməti tərəfindən Bundestaqda təqdim edilmiş qanun layihəsində təsbit edilir. Bir sıra dövlətlərin qanun layihəsində əvvəlki vətəndaşlığın itirilməməsi şərtilə müəyyən öikələrin vətəndaşlığının qazanılması imkanı qabaqcadan şərtləndirilir. İspaniyada belə üsul iber-Amerika ölkələrinə, yaxud İspaniya ilə xüsusi əlaqəsi olmuş və ya olan ölkələrə aid edilir (Konstitusiyanın 11-ci maddəsinin 3-cü hissəsi) ".
60-cı illərdə Qərbi Avropa dövlətləri - Avropa Şurasının üzvləri ikili vətəndaşlıtın arzuolunmazlığı və ondan müxtəlif üsullarla uzaqlaşmağın zəruriliyi haqqında razılığa gəldilər. Çoxvətəndaşlıq hallarının ixtisar edilməsi və hərbi mükəlləfiyyətlər haqqında 1972-ci il Konvensiyasına uyğun olaraq öz azad istəkləri əsasında naturalizasiya, optasiya və ya bərpa yolu ilə digər üzv dövlətin vətəndaşlığını qazanan yetkinlik yaşına çatmış üzv dövlətlərin vətəndaşları öz əvvəlki vətəndaşlıqlarını itirirlər. Bundan başqa, Konvensiyanın iştirakçıları Konvensiyanın üzv-dövlətlərinin vətəndaşı olan şəxslər tərəfindən hər bir vətəndaşlıq qazanma halları barədə xəbər vermək vəzifəsinı öz üzərlərinə götürmüşlər (1997-ci il Konvensiyasının Əlavə protokolu. maddə I). Lakin indiki zamanda bir sıra Avropa ölkələri əhalinin sürətlə artması və miqrasiya proseslərinin inkişafı ilə əlaqədar ikili vətəndaşlığı münasib hesab edir.
VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 3 dekabr.- S.15