Hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri

Hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial- iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddironlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil, sosial sığorta, maliyyə, mənzil və səhiyyə sahəsindəki güzəştlərə bölünürlər.

Namiq Əliyev yazır: "Əmək üzrə güzəştlər hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək fəaliyyəti sahəsində ayrı-ayrı üstünlüklərin verilməsindən ibarətdir.

Hərbi xidmətdən tərxis olunarkən aldıqları təhsil və mövcud ixtisaslarına uyğun olaraq, dövlət hərbi qulluqçularına işə düzəlmələrinə təminat verir. Yerli icra hakimiyyəti başçıları müraciət edildiyi gündən, bir aydan gec olmayaraq, ixtisaslarını nəzərə almaqla hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların işə düzəlmələrini təmin etməlidirlər. Bir ay ərzində işə düzəlmədikləri halda, müvafiq yerli hakimiyyət orqanının büdcəsi hesabına hərbi xidmətdən pensiya hüququ olmadan tərxis olunmuş hərbi qulluqçulara aylıq müavinət verilir.

Müddətli həqiqi hərbi xidmətə çağırılanadək işləmiş şəxslər həmin idarə, müəssisə və ya təşkilatda keçmişya bərabər vəzifədə işə düzəlmək hüququna malikdirlər.

Zabit heyətindən olan şəxslərin və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvləri işə düzəlmə zamanı və işçilərin sayının və ya ştatların ixtisarı zamanı işdə saxlanılma üstünlük hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları, dövlət idarə, müəssisə və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri və hərbi hissələrin komandirləri, müraciət olunduqdan bir aydan gec olmayaraq, hərbi qulluqçuların arvadlarının işə düzəlmələri üçün tədbirlər görməyə borcludurlar. Hərbi qulluqçuların arvadlarına illik məzuniyyətlər, təbii ki, onların arzusu ilə, ərlərinin məzuniyyəti dövründə verilir. Əmək qanunvericiliyinin müntəzəm surətdə pozulması halları istisna olmaqla müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun arvadı ilə müdiriyyətin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasına yol verilmir. İdarə, müəssisə və təşkilat ləğv edildikdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların arvadları idarə. müəssisə və təşkilat ləğv edildikdən sonra iki həftədən gec olmayaraq, yerli icra hakimiyyətinin başçıları tərəfindən işə düzəlməlidirlər. Ərinin (arvadının) başqa yerə xidmətə keçirilməsi ilə əlaqədar hərbi qulluqçuların arvadları (ərləri) ilə əmək müqaviləsi pozulduqda, onlara orta aylıq əmək haqqı məbləğində müavinətlər verilir.

Qanunvericilikdə yerli icra hakimiyyətinin başçılarına, nazirliklərə və idarələrə, dövlət idarə, müəssisə və təşkilatlarına hərbi komandanlığın xahişi ilə hərbi hissələrin olduğu və hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı olmadığı şəhərlərdə, qəsəbələrdə və kənd yerlərində yerləşən yaşayış məntəqələrində kiçik müəssisələrin, filialların, sexlərin (istehsalatların) yaradılması imkanı nəzərdə tutulmuşdur. Ərinin xidmət keçdiyi yerdə işə düzəlmək imkanı olmadıqda, hərbi qulluqçuların işləməyən arvadlarına fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir".

Müəllifin fikrincə, hərbi qulluqçuların və onların ailə üzvləri üçün təhsil sahəsindəki güzəştlər vacib hesab olunur. Yerli icra hakimiyyəti orqanlarının başçılarının üzərinə kadrların, yenidən hazırlanması və ixtisasartırma sistemi təhsil müəssisələrinə, ilk növbədə, zabit heyətindən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulardan, hərbi xidmətdən tərxis edilənlərdən olan işçilərin göndərilməsini təmin etmək vəzifəsi qoyulmuşdur.

N.Əliyevin qeyd etdiyi kimi, sosial sığorta sahəsindəki güzəştlər də az əhəmiyyətli deyildirlər. Belə ki, hərbi xidmətdən tərxis olunanlara maddi yardım və məişət xidmətinin göstərilməsi üçün yerli icra hakimiyyəti başçısı tərəfindən idarə, müəssisə və təşkilatların və vətəndaşların könüllü keçirdikləri vəsait hesabına onların sosial müdafiə fondu yaradıla bilər. Hərbi qulluqçuların arvadlarına yeri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə stajından asılı olmayaraq aldığı əmək haqqı həcmində müavinətlər verilir.

Qanunvericilikdə hərbi qulluqçular və onların ailə üzvlərinin maliyyə güzəştlərinin müəyyən edilməsinin və həyata keçirilməsinin hüquqi təminatları təsbit edilmişdir. Belə ki, ailənin hər bir üzvünün payına düşən gəlir ölkədə müəyyən edilmiş yaşayış minimumundan aşağı olan hərbi qulluqçulara Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə pul müavinətləri verilir. Hərbi qulluqçular və onların ailə üzvləri vergiyə cəlb olunma və yığımlar üzrə qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan istifadə edirlər. Belə ki, hərbi xidmətdən ehtiyata buraxılmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və ya yaşa, səhhətinin vəziyyətinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə istefaya çıxmış, 20 təqvim iliondan artıq xidmət ili olan hərbi qulluqçular torpaq vergisitorpağa icarə haqqı ödəməkdən azad edilirlər. Hərbi qulluqçular dövlət hesabına müəyyən edilmiş normalar üzrə ərzaq məhsulları və şey alırlar; ərzaq və şeyə görə pul kompensasiyası almaq hüququna malikdirlər. Həyat dəyərinin indeksi dəyişildikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti pul kompensasiyalarının normalarına yenidən baxır.

Hərbi qulluqçular və onların ailə üzvləri dəmir yolu, hava, dəniz və avtomobil nəqliyyatlarında daşımalar üzrə güzəşt hüququna malikdirlər. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdirlər.

Yerli icra hakimiyyəti başçılarının üzərinə ailənin hər bir üzvünün payına düşən gəlir, ölkədə müəyyən edilmiş yaşayış minimumundan az olduqda, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə maddi yardım göstərilməsi qoyulmuşdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların, hərbi tədris müəssisələri kursantlarının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularmülki gənclər sırasından olanların) uşaqlarına müavinətlər verilir. Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə də müavinətlər verilir.

Mənzil güzəştləri hərbi qulluqçular və onların ailə üzvləri üçün xususi əhəmiyyət kəsb edir. Belə ki, ehtiyata buraxılmış və ya yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə istefaya çıxmış zabitlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, yerli hakimiyyət başçısı tərəfindən mövcud qeydiyyat qaydalarına riayət etməklə, seçilmiş yaşayış yerinə gəldikləri gündən sonra, altı aydan gec olmayaraq mənzillə, ilk növbədə, təmin edilirlər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular 15 və daha artıq xidmət illərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sayının ixtisarı ilə əlaqədar tərxis olunanlar isə, 5 təqvim ilindən az olmayan xidmət illərinə malik olduqda, həmin qaydalar üzrə mənzillə təmin edilirlər. Bu məqsədlə yaşa görə tərxis olunan hərbi qulluqçular komandanlığın vəsatəti ilə seçdikləri yaşayış yeri üzrə yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahısına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuların mənzil almaq üçün uçota götürülmələri barədə 3 ay müddətində komandanlığa məlumat verməlidirlər.

N.Əliyev yazır: "Ehtiyataya istefaya buraxılmış şəxslərə seçdikləri yaşayış yerinə gəldikləri gündən sonra 3 aydan artıq müddətə və mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə həmin şəxslərin müvəqqəti yaşayış yeri üzrə yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilir.

Hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi dövründə əlil olmuşbununla əlaqədar olaraq xidmətdən tərxis olunmuş hərbi qulluqçulara seçdikləri yaşayış yeri üzrə mənzil növbədənkənar verilir.

"Polkovnik", ona bərabər və ondan yuxarı rütbəli zabit heyətindən olan, həqiqi hərbi xidmət keçən və ehtiyataya istefaya buraxılmış şəxslərə, elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə mənzil sahəsi verilir.

Zabit heyətindən olan şəxslər, hərbi xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə, zabit heyətindən olan, ehtiyataya yaşa, səhhətinin vəziyyətinə, ştatların ixtisarına, yaxud ailə vəziyyətinə görə istefaya buraxılmış və 15 təqvim ilidaha çox xidmət illərinə malik olan şəxslər özlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin tutduqları mənzilin və kommunal xidməti xərclərini 50 faizlik güzəştlə ödəyirlər.

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həmin yaşayış məntəqəsində hərbi xidmət keçmə müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti, yaxud mənzil kooperativlərinə daxil olmaq, fərdi yaşayış evlərini əldə etmək və tikmək hüququna malikdirlər.

Mənzil-tikinti, yaxud mənzil kooperativlərinə daxil olanya fərdi yaşayış evi tikən, yaxud əldə edən və digər daimi mənzilə malik olmayan hərbi qulluqçulara mənzilin haqqı üzrə və ya fərdi yaşayış evinin tikintisi üçün bank krediti üzrə borcların ödənilməsində xidmət yeri üzrə aşağıdakı qaydada əvəzsiz maliyyə yardımı göstərilir: 15 təqvim ilidaha artıq olan müddətdə fasiləsiz olaraq qusursuz xidmət etmiş hərbi qulluqçulara - 50 faizi miqdarında, 20 təqvim ilidaha artıq olan müddətdə fasiləsiz olaraq qüsursuz xidmət etmiş hərbi qulluqçulara - 100 faizi miqdarında.

Kooperativ mənzillərin haqqı və ya dövlət bankının kreditləri üzrə borcların ödənilməsində əvəzsiz maliyyə yardımının göstərilməsi qaydaları yuxarıda göstərilən hərbi qulluqçular sırasından mənzil-tikinti (tikinti) kooperativlərinin üzvləri olan, hərbi xidmətdən ehtiyataya istefaya buraxılmış şəxslərə şamil edilir.

15 və daha artıq təqvim ili müddətində xidmət ilinə malik hərbi qulluqçulara ehtiyataya istefaya buraxıldıqdan sonra ölkənin daimi yaşayış üçün seçəcəkləri yaşayış məntəqələrində mənzil-tikinti (tikinti) kooperativlərinə üzv olmaq hüququ verilir".

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 6 dekabr.- S.15