Hərbi qulluqçuların hüquqlarının
müdafiəsi: ailələrinə təyin edilən ailə
başçısının itirilməsinə görə pensiya
Qanunverici hərbi qulluqçuların ailələrinə təyin edilən ailə başçısını itirməsinə görə pensiyaların minimum məbləğlərini müəyyən edir. Ailənın əmək qabiliyyəti olmayan hər bir üzvünə görə hesabda həmin pensiyaların məbləğləri yaşa görə pensiyanın minimum məbləğinin 75 faizindən və hər iki valideynini itirmiş uşaqların hər birinə, habelə, hərbi əməliyyatlar və ya hərbi qulluqçunun xidməti vəzifələrinin yerinə yetirildiyi dövrdə həlak olan əmək qabiliyyəti olmayan hər bir ailə üzvünə yaşa görə pensıyanın mininum məbləğinin 100 faizindən az ola bilməz.
H.Əliyev yazır: "Ailə başçısını itirməsinə görə pensiya vəfat edənin ailə üzvünün əmək qabiliyyəti olmayan hesab edildiyi bütün dövr üçün (bax, yuxarı), 60 yaşına çatmış kişi və 55 yaşına çatmış qadın ailə üzvlərinə isə ömürlük təyin edilir.
Pensiya almaq hüququna malik olan bütün ailə üzvlərinə bir ümumi pensiya təyin edilir. Ailə üzvünün tələbi ilə onun pensiya payı ayrılır və ona ayrıca ödənilir. Həmin pay pensiyadan pay ayrılması barədə ərizənin verildiyi aydan sonrakı ayın birinədək ayrılır.
Ailə başçısını itirməyə görə pensiya təyin edilmiş ailənin təıkibində ayrı-ayrı üzvlərinin və ya bütövlükdə, ailənin pensiya hüququnu itirməsinə səbəb olan dəyişiklik baş verərsə, həmin dəyişikliyin baş verdiyi aydan sonrakı ayın birindən pensiya yenidən hesablanır və ya onun ödənilməsi dayandırılır.
Hüquqi tənzimləmənin xüsusi sahəsini pensiyaların təyin edilməsi, hesablanması və ödənilməsi qaydası təşkil edir.
Hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiyaların hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), əsgəri və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır.
Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafei naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası, bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır.
Hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailə başçısını itirməyə görə pensiyalar ailə başçısını özünə pensiya hesablandığı təminat xərcliyindən hesablanır.
Fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə, o cümlədən, Azərbaycan Respublikasının yüksək dağlıq yerlərində yaşayan hərbi qulluqçular sırasından olan pensiyaçılara və onların ailələrinə həmin yerlərdə yaşadıqları dövrdə pensiyalar (o cümlədən, minimum məbləğdə) həmin yerlərdə qeyri-istehsal sahələrinin fəhlə və qulluqçular üçün müəyyən edilmiş, lakin 1,5 əmsalından çox olmayan əmsal tətbiq edilməklə hesablanır. Bu qayda hərbi qulluqçuların pensiyaları təyin edilərkən əsas götürülmüş, təminat xərcliyinə həmin əmsallar daxil edilmədikdə tətbiq edilir".
Hərbi qulluqçular və onların ailə üzvləri pensiyaların təyin edilməsi haqqında ərizələri Azərbaycan Respublikasının Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin pensiya orqanlarına verirlər.
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar Azərbaycan Respublikasının Müdafıə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin pensiya orqanları tərəfındən təyin edilir.
Pensiyanı təyin edən orqanlar pensiyaların təyin edilməsi haqqında sənədlərə onların daxil olduğu gündən 10 gündən gec olmayaraq baxırlar.
H.Əliyev bir daha yazır: "Hərbi qulluqçulara pensiyalar xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısının vəfat etdiyi gündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi gündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur:
- xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara:
- əlilliyin müəyyən edildiyi gündən, azadlıqdan məhrum edilənlərə isə - azadlıqdan məhrumetmə yerlərindən azad edildikdən sonra pensiya üçün müraciət etdiyi gündən;
- həmin hərbi qulluqçularn və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə - pensiya almaq hüququ yarandığı gündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya hüququ əldə etmiş valideynlərə və ər-arvada - pensiya almaq üçün müraciət edildiyi gündən.
Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir.
Pensiya məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandığı aydan sonrakı ayın birindən hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyalar yenidən hesablanır. Həm də pensiyaçı pensiyanın artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir.
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaların ödənilməsi Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin pensiya orqanları tərəfındən tərtib edilmiş sənədlər əsasında, qeydiyyatından asılı olmayaraq, pensiyaçının faktiki yaşadığı yer üzrə əmanət bankının idarələri tərəfindən həyata keçirilir.
Pensiyaçının əmək haqqının və ya digər gəlirinin olmasından asılı olmayaraq, pensiyalar tam ödənilir.
Müəllifin fikrincə, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiya almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki üç ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında alınmadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
Müəllifin fikrincə, qulluqçular sırasından olub qocalar və əlillər üçün internat evlərində (pansionatlarda) yaşayan tənha pensiyaçılara pensiya ilə internat evdə (pansionatda) saxlama haqqı arasında fərq ödənilir, lakin bu təyin edilmiş pensiyanın 25 faizindən və yaşa görə pensiyanın minimum məbləğinin 20 faizindən az olmamalıdır. Qocalar və əlillər üçün internat evdə (pansionatda) yaşayan pensiyaçının öhdəsində ailə başçısını itirməyə görə pensiya almalı olan əmək qabiliyyəti olmayan ailə üzvləri varsa, pensiya belə qaydada ödənilir: pensiyanın 25 faizi, lakin yaşa görə pensiyanın minimum məbləğinin 20 faizindən az olmayan hissəsi pensiyaçının özünə, qalan, lakin təyin edilmiş pensiyanın 50 faızindən çox olmayan hissəsi isə göstərilən ailə üzvlərinə ödənilir.
Hərbi qulluqçuların ailə üzvlərindən olan pensiyaçılara qocalar və əlillər üçün internat evlərdə (pansionatlarda) yaşadıqları dövrdə təyin edilmiş pensiyanın 10 faizi, lakin yaşa görə pensiyanın minimum məbləğinin 20 faizindən az olmayaraq ödənilir. Onların pensiyalarının məbləği internat evdə (pansionatda) saxlanılma haqqından çox olduqda, pensiya ilə saxlanma haqqı arasındakı fərq təyin edilmiş pensiyanın 10 və yaşa görə pensiyanın minimum məbləğinin 20 faizindən az olmayaraq ödənilir.
Pensiyaçı stasionar müalicədə (xəstəxanada, klinikada, qospitalda və digər müalicə müəssisələrində), habelə, leprozoridə olduğu müddətdə onun pensiyası tam ödənilir.
Hərbi qulluqçular sırasından olan pensiyaçılara və onların ailə üzvlərinə çatası və onun vəfatı ilə əlaqədar alınmamış pensiya məbləğləri mirasın tərkibinə daxil edilmir və onun ailəsinin ailə başçısını itirməyə görə pensiya ilə təmin olunmalı şəxslərə aid edilən üzvlərinə ödənilir.
Lakin pensiyaçının vəfat etdiyi günədək onunla birlikdə yaşamış valideynləri və arvadı (əri), habelə, digər ailə üzvləri ailə başçısını itirməyə görə pensiya ilə təmin edilən şəxslərə aid edilmədikdə də, bu məbləğləri almaq hüququna malikdirlər.
Ailənin bir neçə üzvü müraciət etdikdə, ödənməli məbləğ onların arasında bərabər bölünür. Yuxarıda göstərilən məbləğlər pensiyaçının vəfatından ən geci 6 aydan keçənədək müraciət edildikdə ödənilir. Pensiyaçının olümü ilə ədaqədar dəfn üçün onun ailəsinə üç aylıq pensiya məbləğində müavinət verilir. Pensiyaçını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn edirsə, onlara müavinətin göstərilən məbləği çərçivəsində faktik dəfn xərclərindən çox olmayan müavinət verilir.
Azərbaycan Respublikasından daimi yaşayiş üçün keçmiş SSRİ-nin təfkibinə daxil olmuş digər dövlətlərə göçən hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar ümumi əsaslarla təyin edilir və ödənilir.
Daimi yaşayış üçün digər xarici dövlətlərə köçmüş hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikasında pensiya təyin edilmir. Daimi yaşayış üçün xaricə köçən hərbi qulluqçular sırasından olan pensiyaçılara və onların ailə üzvlərinə getməzdən əvvəl Azərbaycan Respublikasında təyin edilmiş pensiyanın 6 aylıq məbləği ödənilir.
Azərbaycan Respublikasından daimi yaşayış üçün keçmiş SSRİ-nin tərkibinə daxil olmuş digər dövlətlərə göçən hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar ümumi əsaslarla təyin edilir və ödənilir.
Daimi yaşayış üçün digər xarici dövlətlərə köçmüş hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikasında pensiya təyin edilmir. Daimi yaşayış üçün xaricə köçən hərbi qulluqçular sırasından olan pensiyaçılara və onların ailə üzvlərinə getməzdən əvvəl Azərbaycan Respublikasında təyin edilmiş pensiyanın 6 aylıq məbləği ödənilir.
Vahid Ömərov,fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 7 dekabr.- S.15