IX yuxu. Eduard Şevardnadze
Atam bu dəfə yuxuma Gürcüstan Respublikasının sabiq prezidenti Eduard Şevardnadze ilə gəlmişdi. Şevardnadzenin əlində 5 litrlik çaxır boçkası var idi. Dedim ata, bu gözəl insanla harada rastlaşmısan? Dedi Gürcüstanın Rustavi Teatrı sənin "Şəhərli kürəkən" pyesinlə bizim cənnətə qastrola gəliblər. Tamaşa çox uğurlu keçdi. Tamaşaçılar dönə-dönə artistləri səhnəyə dəvət etdilər. Mən truppanın rəhbəri Eduard Şevardnadzeyə yaxınlaşıb dedim. Bu pyesin müəllifi mənim oğlum Ramiq Muxtardır. O, çox sevindi və mənə dedi ki, mütləq məni oğlunla görüşdür. Ona deməli çox sözüm var. Sonra o cibindən iki stəkan çıxarıb, çaxır süzdü və dedi. İçək bunları azərbaycanlılarla gürcülərin sağlığına. Mən atamı kənara çəkib soruşdum. Ata, cənnətdə də içki içmək olar? Dedi oğul, bizim cənnətdə heç sirkə də içmək olmaz. Ancaq gürcülərin cənnətində də, cəhənnəmində də çaxır mütləq olur. Dedim, onda onlarda cənnətlə cəhənnəmin nə fərqi? Dedi oğul, onlarda belədir ki, cəhənnəmə düşən adam üsküklə çaxır içir. Ancaq cənnətə düşənlər kəl buynuzu ilə içir. Bu cəhənnəmdə olanlar üçün böyük əzab və zülmdür. Sonra Eduard Şevardnadze mənə dedi ki, səninlə Tiflisdə olan görüşümü de, atan eşitsin. Dedim, yaxşı olardı ki, o söhbəti vaxtilə sizin yanınızda işləmiş prezident aparatının şöbə müdürinin müavini İmir Məmmədlinin dilindən eşidəsiniz. Mən İctimai kanala zəng edib, oranın radiosuna rəhbərlik edən İmir Məmmədliyə dedim ki, İmir müəllim, xahiş edirəm ki, mənim Eduard Şevardnadze ilə Tbilisidə olan görüşümü danış, atam Muxtar kişi eşitsin.
İmir Məmmədlinin dedikləri: mən o vaxt Gürcüstan Respublikasının aparatında şöbə müdirinin müavini işləyirdim. Demək olar ki, Eduard Şevardnadzenin ən sevimli dostu və silahdaşı idim. 2003-cü ilin avqust ayı idi. Bu vaxt prezident Şevardnadze məni yanına çağırıb dedi. İmir, Ramiq Muxtar adlı bir yazıçı mənə rus dilində gürcü - Azərbaycan dostluğundan bəhs edən bir pyes göndərib. İstəyirəm biləm, bu yazıçı Gürcüstan vətəndaşıdır, ya yox? Dedim, cənab prezident, Ramiq Muxtar Azərbaycan vətəndaşıdır, həm də gürcü xalqının böyük dostudur. Ancaq mən heç zaman dram əsəri oxumamışam. Həmişə teatrlarda hazırlanan tamaşalara baxmışam. Ancaq yazıçının göndərdiyi "Şəhərli kürəkən" pyesi çox xoşuma gəldi. Elə bil ki, bu yazıçı bizim Gürcüstanda yaşayıb. Çünki hadisələrdən görünür ki, o, gürcü xarakterini dərindən guya bilir. Dedim, cənab prezident, Qafqaz xalqları bir-birinin xarakterini və mənşəyini yaxşı bilir. E.Şevardnadze mənə dedi ki, onda sən Ramiq Muxtarla əlaqə saxla və onu Tbilisiyə dəvət et. Mən ona ölkəmizin ən ali şərəf ordenini təqdim edəcəm. Həm də göstəriş ver, pyesi təcili gürcü dilinə tərcümə edib, tamaşaya qoysunlar. Sən özün də pyesi mütləq oxu. Mən həmin gün Ramiq Muxtarın "Şəhərli kürəkən" pyesini Siyavuş Məmmədzadənin rus dilində olan tərcüməsini oxudum və çox bəyəndim. Ramiq Muxtara zəng edib avqustun 3-də Tbilisiyə gəlməsini xahiş etdim və ona bu haqda heç bir söz demədim. O, Tbilisiyə gəldi və mənimlə öz kabinetimdə görüşdü. Bu vaxt Eduard Şevardnadzenin köməkçisi zəng edib, İmirə dedi ki, 15 dəqiqədən sonra prezident sizi qəbul edəcək. Yenə də mən Ramiq Muxtara bu haqda heç bir söz demədim. Biz kabinetə daxil olanda, Eduard Şevardnadze ayaq üstə məni gülər üzlə qarşıladı. Orden masanın üstündə idi. Prezident elə bu gün - 3 avqust 1993-cü il sərəncamı ilə ordeni Ramiq Muxtara təqdim etdi. Sonra mənə dedi ki, banketdə prezident aparatının bütün şöbə müdirləri iştirak etsinlər. Axşam saat 18.00-da 50 nəfərlik gözəl masa bəzənmişdi. Gürcüstanda yaşayan ziyalı azərbaycanlılar və prezident aparatının məmur işçiləri həmin banketdə iştirak edirdilər. Az müddət ərzində "Şəhərli kürəkən" pyesim Leyla Nəsibovanın tərcüməsi ilə gürcü dilinə tərcümə olundu və Rustavi Teatrına təqdim olundu. Pyes teatr kollektivinin çox xoşuna gəlmişdi.
Eduard Şevardnadze mənə dedi ki, bu gün mənim ruhum çox şaddır. Çünki onu qəlbən sevən, onun silahdaşı və əqidə dostu olan Ramiq Muxtarla mən görüşdüm. Sonra mən atama dedim ki, gəlin Qax rayonuna gedək. Qoy Eduard Şevardnadze orada yaşayan gürcülərlə görüşsün. Atam mənimlə razılaşdı. Mən Qaxda yaşayan tələbə dostum Limon xanıma zəng edib, süfrə hazırlamasını xahiş etdim və dedim: Limon xanım, Qaxda yaşayan gürcü ziyalılarını evinə dəvət et. Mən Ulu Öndərimiz Heydər Əliyevin ən yaxın dostu olun Eduard Şevardnadze ilə sizə qonaq gəlirik. Biz Qaxa çatanda, artıq gürcü millətindən olan xeyli adam Limon xanımın həyətinə toplaşmışdı. Eduard Şevardnadze gürcü xalqının nümayəndələri ilə bir-bir görüşdü. Onların hansı problemlərinin olduğunu soruşdu. Qax icra hakimiyyətindən çox razı qalan gürcülər bu rayonda xoşbəxt və qayğısız yaşadıqlarını bildirdilər və Prezident İlham Əliyev haqqında xoş sözlər söylədilər. Biz həmin axşam Qaxda fəaliyyət göstərən Gürcü Kukla Teatrında mənim "Dəvə dağ" pyesimə tamaşa etdik. Bu pyesdə bir hiyləgər erməni Arakelin daxilinin iyrənc aləmi təsvir edilmişdi. Pyes Eduard Şevardnadzeyə çox xoş gəldi və dedi: "Bu ermənilər vaxtilə gürcü familiyası götürməklə öz məkrli siyasətlərini bu gün büruzə verdilər. Onlar əzəli gürcü torpağı olan Cavaxetiyanı bizdən qoparmaq istəyirlər. Necə ki, Abxaziyada ermənilər rus tələsinə düşərək, bizdən ayrılmağı üstün tutdular. Sən bu Arakel obrazında əsl erməni obrazını yaratmısan. Bunların çörəyi hər zaman dizlərinin üstündə olub. Nə yaxşı ki, siz azərbaycanlılara qarşı erməni kişilərinin törətdikləri faciələrə sizi sevən erməni qadınları daxilən razı olmurlar. Çünki onlar siz kişilərdən ancaq insnalıq, sevgi münasibətləri görüblər".
Sonra Eduard Şevardnadze 1987-ci ildə Heydər Əliyevə qarşı Qorbaçovun düşmənçilik niyyətini danışdı və büroda Heydər Əliyevə kömək edə bilmədiyinə görə özünü qınadı. Büroda ağsaqqal sayılan Liqoçovun lal dayanmağını mən də bağışlamadım. Haqq-ədalət isə öz yerini tapdı. Heydər Əliyev yenidən qaynar siyasət aləminə qayıtdı. Xalqı onu sevdi. Özünə başçı təyin etdi və bu gün də Azərbaycan dünyada inkişaf etmiş dövlətlər siyahısındadır. Mən inanıram ki, onun oğlu bu gün Azərbaycana rəhbərlik edən İlham Əliyev də atasının bu şərəfli yolunu uğurla davam etdirəcək və tezliklə Dağlıq Qarabağda mən Azərbaycan himnini eşidəcəyəm. Amin.
X Yuxu. Atam Muxtar kişi
Səs.-
2016.- 7 dekabr.- S.12