Azərbaycan xalqının unudulmaz Lideri - Heydər Əliyev

YAP Xaçmaz rayon təşkilatı Ulu Öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirib

 Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı rayon təşkilatının nəzdində fəaliyyət göstərən  Heydər Əliyev adına İdeoloji Mərkəzdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov açıq elan edərək Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti barədə geniş məlumat verib.

Bu gün inkişaf və tərəqqi yolunu tutan güclü Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən irəliyə doğru aparılır. Belə ki, ölkəmiz artıq dünya birliyində öz məxsusi yerini tutmuşdur. 

Konfransda YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri  Sevinc Sədullayeva "Tarix və şəxsiyət" və "Heydər Əliyev fenomeni", Elvin Məmmədov "Dünya tarixində Azərbaycanın dahisi", YAP Xaçmaz rayon təşkilsatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzinin direktoru Cavad Mehmanov " Heydər Əliyev  ideyaları yaşayır və qalib gəlir", Yaqut Məsimova  " Heydər Əliyev və Xaçmaz" , Kəmalə Nağıyeva  "Heydər Əliyev milyonların kədəri ilə əbədiyyətə qovuşdu" mövzuları ilə çıxış ediblər.

Sonda məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənilib.

Rəfiqə HÜSEYNOVA

Səs.- 2016.- 7 dekabr.- S.11