İnsan hüquqları və vətəndaş hüquqları,
vətəndaşlığın xüsusiyyətləri
Yuxarıda qeyd olunmuşdur ki, vahid hüquqi statusa daxil olan hüquqların həm müəyyən dərəcədə fərdin insan və ya vətəndaş kimi özünü göstərməsindən asılıdır. RF-nin Konstitusiyası əsas huquq və azadlıqları insanın və vətəndaşın hüquq və azadlıqlarına ayırır. Belə yanaşma bizim konstitusion tənzimləmə üçün ənənəvi deyil, bu tənzimləmə insanın vəziyyətini, bütövlükdə dövlət hakimiyyətinə tabe olan, öz hüquqlarını ondan "hədiyyə" şəklində alan vətəndaş kimi onun dövlətlə olan qarşılıqlı əlaqəsinə çevirirdi. İnsan və vətəndaş arasındakı fərqlənməni müəyyənləşdirərək, RF-nin Yeni Konstitusiyası elə ümumbəşər dəvərləri bərpa edir ki, onlar burjua inqilabları zamanı təsdiq edilmiş və təcəssümünü bəşər tarixində ilk dəfə bərabərlik, azadlıq, səadət hüququnu təsbit edən qanunverici aktlarda (1776-cı ilin İstiqlal Deklarasiyası, 1789-cu il Hüquqlar Haqqında Bill (ABŞ), 1789-cu ilin İnsan və Vətəndaş Hüquqları Deklarasiyası (Fransa)) tapmışdır. İlk dəfə bu müqayisəni fransız Deklarasiyası tətbiq etmişdir.
"İnsan hüquqları" kitabında yazırlar: "Bu cür fərqləndirmənin, insanı ikiləşdirməyin mənası nədir? O, birbaşa vətəndaş cəmiyyəti ilə dövlətin fərqlənməsindən əmələ gəlir, insanın yalnız dövlət ilə qarşılıqlı əlaqədə olması kimi birtərəfli baxışı aradan qaldırır, onun öz müqəddəratını həll etmə sferasını genişləndirir. Belə insana, özlüyündə, muxtar fəaliyyət sahəsi ayrılır və burada hərəkətverici qüvvə kimi onun şəxsi maraqları üzə çıxır. Belə maraqların həyata keçirilməsi şəxsi mülkiyyət, ailə, şəxsi həyatın bütün sferasına əsaslanan vətəndaş cəmiyyətində baş verir və insanın anadangəlmə məxsus olduğu təbii hüquqlara istinad edir. Bu münasibətlərə müdaxilə etməkdən çəkinən dövlət onları yalnız öz müdaxiləsindən deyil, eləcə də kimliyindən asılı olmayaraq, digərlərinin müdaxiləsindən mühafizə etməlidir. Beləliklə, vətəndaş cəmiyyətində insan hüquqları əsasında öz müqəddəratını həlletmə, şəxsiyyətin özünü reallaşdırması, onun muxtariyyətinin və istənilən qeyri-qanuni müdaxilədən asılı olmamasının təmini üçün şərait yaradılır.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibət sferasını əhatə edir, burada o, nəinki öz hüquqlarının qeyri-qanuni müdaxilədən mühafizəsini, hətta onların həyata keçirilməsində dövlətin fəal təsirini də nəzərdə tutur. Vətəndaş statusu onun dövlətlə olan öz xüsusi əlaqəsindən - vətəndaş institutundan irəli gəlir (RF Konstitusiyası, maddə 6)".
RF Konstitusiyasının "İnsan və vətəndaşın hüquq və azadlıqları" adlanan 2-ci fəslinin bütün maddələri hüquq və azadlıqları ardıcıl olaraq göstərilən prinsip üzrə ayırır. Bu, öz ifadəsini maddələrin formulunda tapır. O yerdə ki, söhbət insan hüquqlarından gedir, o zaman konstitusiya "hər kəsin hüququ var", "hər kəs edə bilər", "hər kəsə qarant verilir" və s. formullarından istifadə edir. Belə formullardan istitadə edilməsi göstərilən hüquq və azadlıqların RF vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olub-olmamasından asılı olmayaraq, Rusiya ərazisindəki hər bir insan üçün tanındığını göstərir.
Bu qanunvericiliyin 28-ci maddəsi göstərir ki, RSFSR xalqlarının dilləri barəsində RF qanunvericiliyini pozan hüquqi və fiziki şəxslərin hərəkətləri məsuliyyətə səbəb olur və onlar barəsində RSFSR və RSFSR daxilindəki respublikaların qanunvericiliyinə uyğun müəyyən olunmuş qaydada şikayət verilir.
Rusiya qanunvericiliyində söz azadlığının məhdudlaşdırılması ilə bağlı digər qadağalar vardır ki, bunlar da yuxarıda göstərilən beynəlxalq standartlara tam uyğundur. Belə ki, RF CM-in 242-ci maddəsi cəmiyyətin mənəviyyatı üçün təhlükə olan pornoqrafik materiallar və əşyaların qeyri-qanuni yayılmasına görə məsuliyyət nəzərdə tutur.
Adıçəkilən kitabda göstərilir ki, şərəf, ləyaqət və rəsmi adı qoruyub saxlamaq məqsədilə söz azadlığının zəruri məhdudiyyəti RF CM-in 152-ci maddəsinin 1-ci hissəsinə daxil edilmişdir. Buna müvafiq olaraq vətəndaş məhkəmə vasitəsilə onun şərəf, ləyaqət və ya rəsmi adını ləkələyən məlumatların (əgər bu məlumatları yayan onların həqiqətə uyğun olduğunu sübut edə bilməsə) təkzib edilməsini tələb etməyə haqlıdır. Əgər vətəndaşın şərəf, ləyaqət və ya rəsmi adını ləkələmiş məlumatlar kütləvi informasiya vasitələri ilə yayılmışsa, onlar həmin informasiya vasitələri ilə də təkzib edilməlidir (maddə 152 hissə 2).
Kütləvi informasiya vasitələri haqqında 27 dekabr 1991-ci il tarixli Qanunun 62-ci maddəsi nəzərdə tutur ki, kütləvi informasiya vasitələri ilə həqiqətə uyğun olmayan, vətəndaşın namus və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində vətəndaşa dəyən mənəvi (qeyri-əmlaki) zərər, yaxud ona dəyən qeyri-əmlaki zərər məhkəmənin qərarı ilə müəyyən etdiyi ölçüdə kütləvi informasiya vasitələri, həmçinin, günahkar vəzifəli şəxslər və vətəndaşlar tərəfindən ödənilir.
Beləliklə, ən vacib sərvətləri - dövlət ictimai təhlükəsizliyi, əhalinin sağlamlığı və mənəviyyatını, digər şəxslərin maraqlarını gözləyən təhlükənin aradan qaldırılması məqsədilə hüquq və azadlıqların məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulan əsaslar mövcuddur.
Qeyd etmək lazımdır ki, bu universal əsaslardan başqa hüquq və azadlıqlar fövqəladə vəziyyət və ya müharibə şəraitində Qanunla məhdudlaşa bilər. Belə ki, RF Konstitusiyasının 56-cı maddəsi nəzərdə tutur ki, fövqəladə vəziyyət şəraitində vətəndaşların təhlükəsizliyinin və konstitusiya quruluşunun federal konstitusiya qanununa uyğun müdafiəsinin təmin edilməsi üçün hüquq və azadlıqların ayrı-ayrı məhdudiyyəti, onların təsir dairəsini və müddətini göstərməklə müəyyən edilə bilər. Bu zaman göstərilən maddənin üçüncü hissəsi belə qeyd edir: "Rusiya Federasiyası Konstitusiyasının 20, 21, 23 (1-ci hissə), 24, 28, 34 (1-ci hissə), 40 (1-ci hissə), 46-54-cü maddələrində nəzərdə tutulmuş hüquq və azadlıqlar məhdudlaşdırılmamalıdır.
İstənilən müasir dövlətin əhalisi yekcins deyildir. Onun tərkibində cins, yaş, milliyyət, dini etiqad, yaşayış yeri və peşə mənsubiyyətindən asılı olaraq müxtəlif qruplar vardır. Hüquq və vəzifələrin həcmi ilə bağlı fərqlənməni aşkar etmək, yaşadığı dövlət ilə qarşılıqlı əlaqələrin xarakterini müəyyənləşdirmək üçün vətəndaşlıq anlayışına müraciət etmək vacibdir.
"İnsan hüquqları" kitabında, bir daha göstərir ki, hüquq ədəbiyyatında vətəndaşlığa ya insanla dövlət arasında sabit hüquqi əlaqə, müəyyən hüquqi faktlarla bağlı (ölkə ərazisində doğulma, naturalizasiya xahişi ilə müracidət, ikili vətəndaşlığın qazanılması, vətəndaşlığın itirilməsi) yaranan, dəyişən və ya kəsilən hüquqi münasibət kimi, ya da konkret ölkədə şəxsin müəyyən hüquqi vəziyyəti kimi baxılır. Sonuncu mənada vətəndaş ölkə daxilində və xaricdə şəxsin dövləti mənsubiyyətinin hüquqi tanınmasını, ona bu dövlətin qanunvericiliyində nəzərdə tutulmuş tam həcmdə hüquq və vəzifələr kompleksinin verilməsini tələb edən xüsusi statusdur.
Vətəndaş statusu siyasi hüquqların verilməsinin, sərbəst olaraq ölkənin hüdudlarından çıxmaq və maneəsiz vətənə qayıtmaq şərti ilə dövləti xidmətə buraxılmanın qarantıdır. Əksər dövlətlərdə hökumətin sosial və iqtisadi proqramları, əmək və sosial təminat sahəsində qanunvericilik vətəndaşların marağına yönəlmişdir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən yalnız ölkə vətəndaşları milli və etnik azlıqların nümayəndəsi kimi hüquqi müdafiəyə ümid edə bilərlər.
Vətəndaşlıq ölkənin və insanın qarşılıqlı öhdəçiliyini yaradır. Dövlət insandan xüsusi loyallıq gözləyir (Təsadüfi deyil ki, dövlət ya Vətənə xəyanəti yalnız ölkənin vətəndaşları edə bilər). Öz növbəsində, vətəndaşların xaricdə hakimiyyət və ya şəxsi adamlarla problemləri yaranarsa, ölkənin müdafiəsi və himayədarlığına ümid edirlər. Bu qarşılıqlı öhdəliklər şəxsi və toxunulmaz xarakter daşıyır, onlar vətəndaşın uzun müddət ölkə ərazisində olmadığı, yaxud onun hüdudlarından kənarda yaşadığı zaman dayandırılır. Bundan fərqli olaraq dövlət hakimiyyəti əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə o vaxt aid edilir ki, onlar ölkənin ərazisində olsunlar. Bu münasibətlər daha çox formal xarakter daşıyır və bir qayda olaraq, möhkəm qarşılıqlı öhdəliklər əmələ gətirmir.
Tarixən vətəndaşlıq Fransa inqilabının törəməsidir. Absolyutizm dövründə yaranmış, monarxdan şəxsi asılılıq kimi təbəəlik konsepsiyasının əksinə olaraq, ölkənin siyasi həyatında fəal iştirak etmək qabiliyyəti olan şəxs kimi vətəndaş konsepsiyası, bərabərhüquqlu vətəndaş icması kimi xalq konsepsiyası irəli sürüldü. Qrup halında mənsubiyyətin (ailə, korporasiya, region) ənənəvi təyin forması öz növbəsini dövlətə - istənilən şəxsin əsas eyniləşdirmə mənbəyinə verdi. Fransanın ardınca başqa Avropa ölkələri də öz qanunvericiliklərində "təbəə" əvəzinə "vətəndaşlıq" anlayışını işlətməyə başladı. Lakin Rusiyada bu termin hüquqi-normativ aktlarda yalnız XX əsrin əvvəllərində tətbiq olunmağa başladı: bütün əhali üçün ümumi olan Rusiya Respublikasının vətəndaşı adı ÜMİK (Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi) və XKŞ-nin (Xalq Komissarları Şurası) 10 noyabr 1917-ci il tarixli "Zümrə və vətəndaşlıq rütbələrinin məhv edilməsi" haqqında direktivə salınmışdır.
İkinci Dünya müharibəsindən sonra "vətəndaşlıq" termini daha geniş mənada işlədilməyə başladı. Şəxsin ümumi tarix, mədəniyyət və ənənələrlə birləşmiş dövlətlər ittifaqına mənsubiyyəti ilə bağlı olan xüsusi status kimi Avropa İttifaqı, Millətlər Birliyi vətəndaşlığı kimi onu şərh edirdilər. İttifaq vətəndaşlığının qazanılması və ya itirilməsi üçün hansısa xüsusi qaydalar mövcud deyildir. Üzv-dövlətin vətəndaşlığı ilə bağlı istənilən dəyişikliklər şəxsin hüquqi vəziyyəti üçün İttifaq (cəmiyyət) çərçivəsində müəyyən nəticələr törədir. Belə ki, ölkə vətəndaşlığının itirilməsi, həm də cəmiyyətin vətəndaşlığının itirilməsinə gətirib çıxarır, bu şəxs eyni vaxtda digər üzv-dövlətin vətəndaşlığını əldə etməsin".
Adıçəkilən kitabda yazılır: "Cəmiyyət vətəndaşının statusu göstərilən birliyin tərkibinə daxil olmayan üçüncü ölkələr tərəfindən də tanınır, lakin bir qayda olaraq, onun müəyyən hüquqları yalnız dövlətlərin - cəmiyyət üzvlərinin ərazisində əmələ gəlir. Verilmiş hüquqların həyata keçirilmə şəraiti, adətən, öz dövlət mənsubiyyəti olan ölkənin hüdudlarından kənara çıxmaqdır. Təbii ki, olduğu dövlətin ərazisində şəxsə cəmiyyətin vətəndaşı kimi yox, ölkənin vətəndaşı kimi baxırlar.
İttifaq vətəndaşının hüquqlarının həcmi (əgər konkret ölkənin vətəndaşının hüquqlarının adi kataloqu ilə müqayisə edilsə) olduqca məhduddur. 1997-ci il Rusiya və Belorus İttifaqının Nizamnaməsinə müvafiq olaraq İttifaqın hər bir vətəndaşı hər iki dövlətin ərazisinin hüdudlarında sərbəst hərəkətetmə və daimi yaşama; vətəndaşı olduğu dövlətin nümayəndəliyi olmayan üçüncü ölkələrin ərazilərində diplomatik və konsul müdafiəsinə; İttifaqın işlər idarəsində iştirak etməyə; digər dövlətin ərazisindəki əmlaka yiyələnmək, istifadə və idarə etmək hüququna malikdir (maddə 18). Bu zaman vətəndaşı olmadığı dövlətin ərazisində daimi yaşayan İttifaq vətəndaşı yaşadığı dövlətin ərazisində bələdiyyə seçkilərində seçici və ya namizəd kimi iştirak edə bilər.
Hər bir ölkənin daxili hüquq institutu kimi vətəndaşlıq şəxsin verilmiş ölkəyə mənsubiyyətini, vətəndaşlığın əldə edilməsi və itirilməsinin üsul və qaydalarını; vətəndaşlığın qazanılma üsulu və ya ikili (çoxlu) vətəndaşlıq faktı ilə şərtləndirilmiş hüquqi vəziyyətin xüsusiyyətlərini təyin edən meyarları nizamlayan hüquq normalarının məcmuusudur".
Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 8 dekabr.- S.15