X Yuxu. Atam
Muxtar kişi
İlk
növbədə, atamla oxucuları tanış
etmək istəyirəm. Yuxumu sonra
danışacağam. Atam Muxtar Abbas
oğlu Nağıyev (Ənnağıbəyov) 1913-cü ildə
İrəvanda mülkədar Məşədi Abbas bəyin
ailəsində dünyaya gəlib. Onların evi bu
gün də İrəvan şəhərində Opera və
Balet Teatrının yanında Çaykovski adına
küçədə yerləşir. Hazırda
həmin evdə 10-a yaxın ailə yaşayır. Xalası övladları Topçubaşovlar, bibisi
övladları isə İrəvan kəngərliləridir.
Atam 1933-cü ildə Nəriman Nərimanov adına
Bakı Tikinti Texnikumunu bitirdikdən sonra Leninqrad şəhərində
Meşə Sənaye Tikinti İnstitutuna daxil olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsinin o vaxtkı
birinci katibi M.C.Bağırov 1938-ci ildə Leninqrada olarkən,
atam əlaçı bir tələb kimi, onun
qarşısında çıxış etmişdir. Mircəfər Bağırov onu yanına çağırıb
soruşmuşdu. Neçənci kursda
oxuyursan? Atam 4-cü kursa keçdiyini
demiş və Bağırov ona məsləhət
görmüşdür ki, gedib oxuduğu institutun rektorundan
4-cü kursa keçməyi haqqında arayış alsın.
"Bizə gənc savadlı kadrlar
lazımdı. Səni özümlə Azərbaycana
aparacağam" demişdi. Atam
danışırdı ki, biz təyyarə ilə 14 saata
uçub Bakıya gəldik. Mircəfər
Bağırov Mərkəzi Komitənin işlər müdirinə
məni pal-paltarla təmin etmək göstərişi verdi. Özü isə mənimlə 10 dəqiqə
söhbət etdi və dedi: "Mən səni
Naxçıvana yeni yaranmış istehsalat idarəsinə rəis
göndərirəm. Naxçıvan camaatı
başqa rayonlardan fərqlənib. Elə
et ki, öz təmiz adın orada ləkələnməsin".
Mən Naxçıvana gəldim. Həmin təşkilat
dəmiryol vağzalında yerləşirdi. Az müddət ərzində işlərimi
qaydaya saldım. Müharibə təzə
başlamışdı. 1941-ci ilin
payız ayı idi. Mircəfər
Bağırov Naxçıvana gəlmişdi. O şəhəri
qaranlıq, bərbad vəziyyətdə görüb, təcili
vilayət partiya komitəsində büro
çağırdı və məni şəhər sovetinə
təyin etdi. "Çalış mən ikinci dəfə
buraya gələndə bu şəhəri abad vəziyyətdə
görüm dedi". Ondan sonra atam Naxçıvan MSSR Nazirlər
Sovetində işlər müdiri, 5 nömrəli Tikinti
Trestinin rəisi və 17 N-li Naxçıvan MSSR Nazirlər
Soveti yanında Yol-İstismar İdarəsinin rəisi işləmişdir.
Ondan yadigar qalan bir çox tikililəri bu
gün də göz oxşayır. Naxçıvan
şəhəri ilə dəmiryol vağzalını birləşdirən
yeni yolu atam 3 ay müddətinə inşa etdirmişdir.
O dəfələrlə fəxri fərman, order və medallar
almış, dəfələrlə deputat seçilmiş və
dövlət təqaüdünə çıxdıqda onun
bacarıqlı, təşkilatçı bir işçi kimi
yenidən vaxtilə özü tikdirdiyi aereporta rəis
qoymuşdur. 1969-cu ildə Ulu Öndər Heydər
Əliyev Azərbaycan Mərkəzi Komitəsinə 1-ci katib
seçildikdən sonra oktyabr ayında atamı Bakıya
işləməyə dəvət etmişdir. Lakin atam Naxçıvan şəhərinə o qədər
bağlanmışdır ki, Bakıya gəlməkdən
imtina etmişdi. Həm də onun cəmi 6 il birgə yaşadığı həyat
yoldaşının məzarı Naxçıvan qəbristanlığındadır.
O, ömrünün 34 yaşından 68 yaşınadək
subay qalıb evlənmədi və biz - 3 övladını
çox böyük çətinliklə böyütdü.
Ulu Öndərimiz Heydər Əliyev
Yazıçıların Qurultayında mənimlə söhbət
edən zaman 1947-ci ildə anamın dəfn mərasimində
iştirak etməsini və həmin hadisəni
xatırladım: "Muxtar Abbasoviç əyilib tabutu
qucaqladı və dedi: "Pakizə, sən mənim ilk və
sonuncu məhəbbətim oldun. Bizi ana nənəmiz
Fizzə xanım ahıl yaşında böyüdüb
boya-başa çatdırdı". Naxçıvanın
hörmətli ziyalıları yenidən evlənməyi atama
məsləhət gördülər, lakin o, razı
olmadı. Atam fars, rus və erməni
dillərini çox mükəmməl bilirdi. Vaxtilə
Azərbaycan Respublikasının Nazirlər Sovetinin sədri
Sadıq Rəhimov onu Yerevana ezam etmişdi. Naxçıvan Teatrı üçün göndərilən
tuf daşlarını ermənilər saxlamışdılar.
Atam o vaxt Ermənistanın Dövlət Plan
Komitəsinin sədri ilə görüşmüş və
ondan xahiş etmişdir ki, tikinti dayanmasın deyə daş
karvanını Naxçıvana göndərsinlər. Həmin
erməni məmuru atamın erməni olduğunu zənn edib
demişdi: "Gedib azərbaycanlılar sənə qurban
olsunlar ki, bu iş üçün səni göndəriblər.
Yoxsa mən qəti əmr vermişdim ki, pul
köçürülməyənə kimi, daşı
göndərməsinlər". Sonra o atamdan
soruşmuşdu: "Sizlərlə necə yola gedirlər?"
Atam deyirdi ki, mən başa düşdüm ki,
bu, məni erməni bilib. Ona görə söhbətimdə
şirinlik yaratmaq məqsədilə dedim: "Paxıl millət
elə bizik".
Atam daim məsələsini həll etdikdən sonra ezamiyyət
vərəqəsini imzalamaq üçün ona təqdim etməmişdi. Sonra Naxçıvan MSSR-in
Nazirlər Sovetinin ümumi şöbəsinin müdiri Şəfiqə
xanım İrəvana
gedən zaman atam ezamiyyət vərəqəsini ona verib,
xahiş etmişdi ki, bunu dövlət-plan komitəsi sədrinə
ver təsdiqləsin. Sonra Şəfiqə xanım gəlib
atama demişdi ki, plan komitəsinin sədri ezamiyyət vərəqəsinə
baxıb, mənə dedi. Bura axı bir erməni
yoldaş gəlmişdi. Mən isə dedim ki, o, əslən irəvanlı olduğundan erməni
dilini təmiz bilir. Sonra atamla onun dostluq əlaqələri
başlamışdı. 1918-ci ildə İrəvanda
olan türk qarnizionunun rəhbəri Cəlaləddin Paşa
axırıncı dəfə şam yeməyini babamgildə
yeyən zaman demişdi: "Məşədi Abbas bəy,
İstanbul əldən gedir, biz 3 günə
qayıtmalıyıq. Gəlin sizi Türkiyəyə
köçürək". Atamın
dayıları Qars şəhərinə köçməyə
razılaşmışdılar. Babamgil isə
İranın Mərənd şəhərinə gəlmişdilər.
Çünki babamın ən yaxın dostu
Qanlı Məşədi İsmayıl orada yaşayır.
Atam 1925-ci ilədək 5 il farsca oxuyub.
Xülasə, azan vaxtı olan kimi, atam əlində yapon
maqintafonu gəldi. Dedim, bu maqintafonu niyə özünə yük etmisən?
Dedi oğul, sənin səsini yazıb, cənnətə
aparmalıyam. Sən mənim başımı
qalmaqala salmısan. Dedim ata, açıqla görüm,
mənim nə günahım olub axı? Dedi oğul,
yanındakı otağın qapısına yazıb
yapışdırmışdım ki, bu otaq mənim oğlum
Ramiq Muxtara məxsusdur. Bunu görən 30-dan
artıq qadınlar-qızlar mənə hücum etdilər ki,
sənin oğlunun nə haqqı var ki, cənnətə gəlsin.
Onun yeri cəhənnəmlikdir. Dedim
xanımlar, mənim oğlum öz təmiz əməlləri
ilə xalqın hörmətini qazanıb. Təkcə
1-2 faktı deyim. Siz görün ki, o, necə
xeyirxah işlər görüb. Şahbuz rayonunda
yaşayan 20 yaşlı Şəmil Qəhrəmanova şərləyib
8 il iş vermişdilər. Oğlum Heydər
Əliyevin qaynanası Leyla xanıma yazdığı məktubla
Heydər Əliyev özü bu işə qarışdı və
günahsız oğlanın həbsdən azad olunmasına
göstəriş verdi. Erməni
tərcüməçisi Belifon Aleksanyanın oğlu Rafiqi o
vaxt Şahbuzdan Ali Sovetinə deputat seçilən Rəşid
Behbudovun vasitəsilə həbsdən azad etdirib, ailəsinə
qovuşdurdu. Vaxtilə Naxçıvan
şəhər sovetinin sədri işləmiş Heydər Həsən
oğlunu 11 illik cəzadan xilas edib, onu bəladan
qurtarmışdı. Son illərdə o,
aldığı Prezident təqaüdünün 38 min
manatını atasız və şəhid övladları
üçün Beynəlxalq Bankın Nəsimi filialına
köçürmüşdür. Bu yaxında banka borcu olan Ema adlı bir nəfərin 70 min
dollarını onun xatirinə
bağışlamışdır. Mənim
oğlumun yeri cənnətlikdir. Qızlar dedilər ki,
Muxtar kişi sənin bu sözlərinə
inandıq. Bəs oğlunun pis əməllərindən
niyə danışmırsan. Dedim qızlar, mən
oğlumun səsini yazıb sizə gətirəcəyəm. İndi danış görüm oğlum, nə
günahların olub? Dedim ata, bir "E" adlı
qız mənə zəng edib görüşmək istədi.
Mən onunla söhbət etdim. O dedi ki, mən
sənə vurulmuşam. Dedim gözəl qız, birinci sən
gözəl ailənin oğluna nişanlanmısan. Əgər sevmirdinsə, gərək nişanlanmayaydın.
Dedi məni atam zorla nişanladı. Dedim mən başqa
qızla görüşürəm və onunla ailə qurmaq
istəyirəm. Sonra məhləmizdə
başqa bir qız mənimlə ailə qurmaq istəyirdi.
Mən ona dedim ki, mən sənə bacı gözü ilə
baxıram. Bu baş tutan iş deyil. Lap axır
zamanda həyat yoldaşım rəhmətə gedən vaxt
öz yanımda işləyən 18 yaşında olan qız
mənə ərə gəlmək istəyirdi. Mən
ona dedim ki, qızım, sən mənim oğlumdan 3 yaş
böyüksən. Sən mənim
övladlarıma analıq edə bilməzsən. O isə
inadından əl çəkməyərək,
damarını kəsməklə mənə hədə-qorxu
gəlirdi. Lakin mənim bir günahım olub.
O da tələbə vaxtı Bakıda Z adlı bir qızla mən
sevişirdim. Ona dönük
çıxmağıma görə bu gün də mən 50
ildir ki, bu məsuliyyəti öz çiyinlərimdə
daşıyıram. O da hazırda sağdır cənnətdə
ola bilməz. İnstitutda
oxuyan vaxt S adlı tələbə bir qız Teatr
İnstitutunda oxuyan vaxt mənə sevgi məktubu
yazmışdı. Mən rəhmətlik Mustafa
Topçubaşovla Musiqili Komediya Teatrında lojada oturub "Məşədi
İbad" tamaşasına baxan vaxt, fasilədə gözəl
aktrisa Xuraman Hacıyeva mənə yaxınlaşıb, bir
kiçik məktub verdi. O məktubu yazan qız institutun
Teatrşünaslıq fakültəsində oxuyurdu. Bakıda əgər 5 gözəl qız vardısa,
biri o idi. Bizim görüşməyimizi
bilən institutun rektoru məni iki dəfə institutdan qovdu.
Bir dəfə bəstəkar Nəriman Məmmədovun,
ikinci dəfə isə məşhur xanəndə Haşim Kələntərlinin
xahişi ilə instituta bərpa olundum. Lakin
qız bu sirri məndən gizlədirdi. Sonralar mənə
dedi ki, rektor mənimlə evlənmək istəyir və
deyir: Həm vəzifəmi, həm də partiya biletimi atıb
gedib səninlə Moskvada yaşamaq istəyirəm. Qız isə kabinetin qapısını
çırpıb, nalayiq sözlərlə onu təhqir
etmişdi. Mən bu yaxınlarda
gözümü müacilə etdirmək üçün xəstəxanaya
getmişdim. Göz həmiki o qədər
gözəl idi və Leyla Bədirbəylini
xatırladırdı. O, mənim gözümə
baxdı və 10 gün dərman tökməyi məsləhət
gördü. Mən isə evə gələn
kimi dərmanı unudub, həmin həkim xanıma şeir
yazdım. Üç gün ərzində
şeir hazır oldu. Mən həkim
xanıma zəng edib, əllərinin şəfalı
olmağından və artıq qəzet oxumağımdan
danışdım. O, təəcübləndi ki, ən
azı 10 gün dərmanı qəbul etməlisən. Daha bilmədi ki, hələ heç aptekdən dərman
da alınmayıb. Dedim həkim, sizə bir şair həsr
etmişəm. İcazə versəniz oxuyaram.
Mən şeiri söylədim. Aralığa 1 dəqiqəlik sükut
çökdü. Bir dəqiqə keçdikdən sonra
o, mənə dedi: Şair, sizdən xahiş edirəm gəlin
bu şeiri rəfiqəmin yanında oxuyun. Mən
başıalovlu ora getdim. Şeir
"Kaş səni görməyəydim" adlanır.
Kaş
kor olub dünyanın zülmətində qalardım,
Mən səni görməyəydim.
Lövbərimi
ən uzaq bir limanda salardım,
Mən səni görməyəydim.
Sakit keçən ömrümə təzə bir dərd
calandı.
Sönmüş
sevgi ocağım atəşinlə nurlandı,
Eşqimə yoxsa cavab, korluq səadət imiş.
Niyə
getdin həkim, ay canı yanıb ölmüş,
Ürəyimi açmağa, dadıma çatmır dilim.
Məni Məcnun edəcək, bu sonda gələn sevgim,
Sanki sehirlənmişəm baxammıram gözünə.
Mənim ehtiyacım var bircə kəlmə sözünə,
Yuxum çəkilib ərşə başqa adam olmuşam,
Xoşbəxtliklə ölümün arasında qalmışam.
Atam narazı halda başını bulayıb
dedi. Ay oğul, sənin
75 yaşın var. Hələ də sevgidən şeir
yazırsan. Gör sən cavanlıqda nə
oyunlardan çıxmısan. Mən cənnətdəki
qızların dedklərinə inandım. Deyəsən,
sən də Əkrəm Əylisliyə qoşulub cəhənnəmə
gedəcəksən. Orda mənim oğlum
olduğuvu bir kəsə söyləmə. Mən
atamın bu sözünə güldüm və dedim: O
qızlara deyərsən ki, Ramiq Muxtar heç bir kəsin
yanında günahkar deyil. Bütün
oyunları özləri başlayıb, özləri də
qurtarıb. Mən aydan arı, sudan
duruyam.
Növbəti yuxu. Dədə
Şəmşir
Səs.-
2016.- 9 dekabr.- S.8