Əbədiyaşar Lider!
Xaçmazlılar
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini
andı
Xaçmaz
rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası
Xaçmaz rayon təşkilatının birgə təşkilatçlılığı
ilə rayonda fəaliyyət göstərən Heydər
Əliyev Mərkəzində "Ümumilli Lider
xalqımızın böyük oğlu" və "Əbədiyaşar Lider"
mövzularında Dahi Öndər Heydər Əliyevin anım
gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri
giriş sözü ilə açan Xaçmaz rayon icra
hakimiyyəti başçısının müavini İlhamə
Nəzərova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin
Azərbaycan dövlətinə və xalqına olan
böyük məhəbbəti bugünün inkişaf və
tərəqqi edən ölkəmizdə əks
olunmaqdadır: "Bu gün məhz Onun tərəfindən əsası
qoyulmuş siyasət ölkəmizin dünya dövlətləri
tərəfindən yüksək səviyyədə qəbul
olunması və s. əhəmiyyətli amillərlə əsaslandırıla
bilər. Həmin siyasət Onun layiqi davamçısı
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməkdədir.
Tədbirdə
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim
Ağayev, YAP Xaçmaz rayon təşkilatının nəzdində
fəaliyyət göstərən ideoloji mərkəzin rəhbəri
Cavad Mehmanov və YAP Xaçmaz rayon təşkilatının
gənclər birliyinin üzvü Elman Məmmədov
çıxış edərək parlaq zəkası, dövlətçilik
təcrübəsi, yenilməzliyi və cəsarəti ilə
müstəqil Azərbaycan dövlətinin məhvolma təhlükəsindən
qoruyub-saxlayan, onu yaşadan və dövlətin bütün
atributlarını qurub-yaradan Ümummilli Lider Heydər
Əliyevin vətən və xalq qarşısında xidmətlərindən
danışıblar.
Rövşən
Rəsulov
Səs.- 2016.- 10 dekabr.- S.14