HƏRBİ QULLUQÇULARIN DÖVLƏT ŞƏXSİ-İCBARİ SIĞORTASININ HÜQUQİ TƏNZİMLƏNMƏSİ

 

              

        Hərbi qulluqçuların sosial müdafiəsinin hüquqi tənzimlənmə sistemində hərbi qulluqçuların həyatının və səhhətinin dövlət şəxsi-icbari sığortasının qayda və şərtlərini tənzimləyən hüquqi normalar mühüm əhəmiyyət kəsb edir. Yuxarıda göstərilən münasibətlər dairəsini tənzimləyən əsas hüquq mənbələrini "hərbi qulluqçuların dövlət şəxsi-icbari sığortası (bax: Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, ¹ 5, m. 399) və "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları (bax: Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 1, m. 2; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997, ¹ 3, m. 226; Azərbaycan, 1999, 5 fevral) təşkil edir. Bundan əlavə, bu qismdə digər qanunlar, habelə, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlar: Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları və s. çıxış edə bilər.

          Namiq Əliyev yazır: "Göstərilən hüquq münasibətlərinin subyektlərini, bir tərəfdən, dövlət sığorta orqanları, digər tərəfdən isə, silahlı qüvvələrin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı qurumların hərbi qulluqçuları, milli təhlükəsizlikdaxili işlər orqanlarının şəxsi heyəti, habelə, toplanışlarda olan hərbi mükəlləfiyyətlilər təşkil edir. Qanuna əsasən, hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin min misli miqdarına bərabər məbləğə sığorta olunur. Sığorta haqqı sığortaçının xərcləri nəzərə alınmaqla sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Eyni zamanda, zəruri hallarda qanun icra hakimiyyəti orqanlarına sığorta haqqını və sığorta məbləğini artırmaq imkanı verir. Bu, o deməkdir ki, qanunda göstərilən rəqəmlər minimal rəqəmlərdir.

          Sığortalanmış hadisə baş verdikdə, hərbi qulluqçulara sığorta mobləğindən aşağıdakı faizlər ödənilir:

          - sığorta olunan xidmətdə (toplanışda) olduğu dövrdə həlak olduqda - 100 faiz;

          - sığorta olunan xidmətdə (toplanışda) olduğu dövrdə yaralandıqda (kontuziya aldıqda) və xidmətdən (toplanışdan) tərxis olunandan sonra üç il müddətində xəstəlik nəticəsində vəfat etdikdə - 100 faiz;

          - sığorta olunan xidmətdə (toplanışda) olduğu dövrdə xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda) - 100 faiz;

          - sığorta olunanın hərbi xidmətdən tərxis olunandan sonra xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edildikdə: I qrup - 80 faiz; II qrup - 60 faiz; III qrup - 40 faiz;

          - sığorta olunan xidmətdə (toplanışda) olduğu dövrdə: a) ağır yaralandıqda, yaxud səhhətinin pozulması ilə əlaqədar xidməti vəzifələrinin yerinə yetirilməsi üçün yararsız hesab olunduqda - 25 faiz; b) yüngül yaralandıqda - 5 faiz".

          Müəllif göstərir ki, sığortanın həyata keçirilməsi qaydasının hüquqi tənzimlənməsi diqqətəlayiqdir. Hərbi qulluqçuların dövlət şəxsi icbari sığortası üçün hər il dövlət büdcəsindən vəsaitlər ayrılır. Hərbi qulluqçuların dövlət icbari sığortasını həyata keçirərkən icra hakimiyyəti orqanları hər rübdə dövlət büdcəsindən ayrılan vəsaitlərdən sığortaçılara tələb olunan sığorta ödəmələrinin məbləğlərini verirlər. Sığortaçı hər rübdə müvafiq icra hakimiyyəti orqanına bitmiş rübün yekunlarına dair hesabat verir. Müvafiq sənədləri aldıqdan sonra 7 gün müddətində sığortaçı, yaxud onun ərazi strukturları qanunla müəyyən edilmiş şərtlərlə və məbləğdə sığortalanmış hərbi qulluqçuyaya onun vərəsələrinə sığorta ödəmələri verirlər. Sığortalanmış hadisə təkrarən baş verdikdə, əvvəl ödənilmiş sığorta məbləği nəzərə alınır.

          Sığorta məbləğinin alınması üçün sığortalanmış hərbi qulluqçuya onun vərəsələri dövlət sığorta orqanına və ya onun ərazi strukturlarına ərizə və şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, aşağıdakı sənədləri təqdim etməlidirlər:

          a)  hərbi qulluqçu həlak olduqda (vəfat etdikdə);

          - sığortalanmış hərbi qulluqçunun ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

          - vərəsəlik hüququnu təsdiq edən sənəd;

          - sığorta olunmuş hərbi qulluqçu xidmətdən (toplanışdan) tərxis olunandan sonra üç il ərzində xidmət (toplamış) keçdiyi dövrdə yaralanma (kontuziya) və ya xəstəlik nəticəsində öldükdə, həmçinin, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.

          b)  əlil olduqda:

          - əlilliyin müəyyən edilməsi haqqında (əlilliyin qrupu, səbəbləri və başvermə tarixi göstərilməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notarial qaydada təsdiq edilmiş surəti;

          - hərbi bilet (və ya onu əvəz edən sənəd);

          c) ağır və ya yüngül yaralandıqda:

          - yaralanmanın dərəcəsi və səbəbləri barədə hərbi həkim komissiyasının arayışı;

          d) səhhətinin pozulması ilə əlaqədar hərbi qulluqçu xidməti vəzifələrinin yerinə yetirilməsinə yararsız hesab edildikdə:

          - əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsindən çıxarış;

          - hərbi bilet (və ya onu əvəz edən sənəd).

          Sığorta olunmuş hərbi qulluqçuya onun vərəsələri sığortalanmış hadisənin baş verməsindən sonra 3 il ərzində sığorta ödəmələrinin alınması üçün müraciət etmək hüququna malikdirlər. Onlara yalnız iki halda sığorta ödəmələrinin verilməsindən imtina edilə bilər:

          - sığorta olunmuş hərbi qulluqçu barəsində sığortalanmış, hadisə ilə, bilavasitə bağlı olan qəsdən törədilmiş cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta  olunmuş hərbi qulluqçu sərxoş halda hərəkət etdikdə.

          Hərbi qulluqçunun dövlət şəxsi icbari sığortası ilə bağlı yaranan bütün mübahisələr məhkəmə qaydasında həll edilir.

 

          Vahid Pərvizoğlu yazır: "Beləliklə, təkcə hərbi qulluqçuların deyil, insan hüquqları probleminin bütün aspektləri - mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar, bu hüquqların təmin olunmasında beynəlxalq, dövlət və ictimai institutların rolu, ayrı-ayrı əhali kateqoriyalarının - qadınların, uşaqların, əlillərin, istehlakçıların, qaçqınların, məhbusların, əməkçi miqrantların və s.-nin xüsusi hüquqları, habelə, hüquq-müdafiə fəaliyyətinin səmərəli metodları xüsusi diqqət çəkir. Adıçəkilən mövzular üzrə, BMT-nin Cenevrədəki İnsan Hüquqları Mərkəzinin hazırladığı orijinal mətnlərin tərcüməsi və yaxud peşəkar yerli mütəxəssislərin müəllif mətnləri əsasında broşürlər hazırlanmışdır.

          İnsan hüquqları haqqında ən vacib beynəlxalq hüquqi sənədlər: bəyannamələr, konvensiyalar, qətnamələr və kodekslərdən, insan hüquqları və beynəlxalq hüquqla məşğul olan mütəxəssislər, mətbuat işçiləri, eləcə də geniş oxucu kütləsi bu sənədlərdən səmərəli şəkildə faydalana bilərlər. Məsələn, hamımıza yaxşı məlumdur ki, erməni separatçıları Dağlıq Qarabağ məsələsində öz iddialarını həmişə guya beynəlxalq konvensiyalarda təsbit edilən millətlərin öz müqəddəratlarını təyin etmə hüququ ilə əsaslandırmağa çalışıblar. Amma həmin beynəlxalq sənədlərlə, xüsusilə də, "Milliyaxud etnik, dinidil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamə" və Avropa Şurasının "Milli Azlıqlar haqqında Çərçivə Konvensiyası", həmçinin, "Təbii ehtiyatlar üzərində alınmaz suverenlik" adlı BMT-nin Baş Assambleyasının 14 dekabr 1962-ci il tarixli qətnaməsi ilə birbaşa tanışlıq bu iddiaların əsassız olduğunu sübut edir. Həmin sənədlərdə milli əhali qruplarına və müxtəlif azlıqlara verilən bir çox hüquqlar sadalanmaqla yanaşı, bu da, birmənalı şəkildə qeyd edilir ki, bu hüquqları nəzərdə tutan heç bir beynəlxalq müddəa "Dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi prinsipləri də daxil olmaqla, BMT-nin əsas məqsədləri və prinsiplərinə, zidd olan hər hansı bir fəaliyyətə yol verilməsi kimi şərh edilə bilməz".

          Göründüyü kimi, həmin sənədləri dərindən öyrənməyimiz, təkcə fərdi hüquqlarımızı deyil, həm də milli dövlətçiliyimizlə bağlı hüquqlarımızı beynəlxalq aləmdə müdafiə edə bilməyimiz üçün çox faydalı ola bilər.

         

          Vahid ÖMƏROV,

      fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 13 dekabr.- S.15