İnsan hüquqları və əməkçi miqrantlar

1990-cı ilin dekabrında Baş Assambleya bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya qəbul etmişdir. Bu Konvensiya əməkçi miqrantların hüquqlarının müəyyənləşdirilməsinə və həmin hüquqların qorunmasına və onlara hörmət edilməsinə yönəldilən səylərin tarixində yeni bir fəsil açmışdır. O özündə məcburi hüquqi gücə malik mövcud sazişlərə, insan hüquqları sahəsində Birləşmiş Millətlər Təşkilatının tədqiqatlarına, ekspertlərin keçirdikləri müşavirələrdə alınan nəticələrə və onların tövsiyələrinə, habelə, son iyirmi ildə Birləşmiş Millətlər Təşkilatının orqanlarında əməkçi miqrantlarla bağlı müzakirələrin materiallarına və həmin orqanların qətnamələrinə əsaslanan hərtərəfli beynəlxalq müqaviləni əks etdirir.

BMT-nin Cenevrə şöbəsinin insan hüquqları mərkəzi göstərir ki, insan hüquqlarına dair bütün digər beynəlxalq sazişlər kimi bu Konvensiya da ayrı-ayrı dövrlərin qanunları və məhkəmə-inzibati prosedurları üçün nümunə olan standart normaları müəyyənləşdirir. Bu Konvensiyanı təsdiq edən və ya ona qoşulan dövlətlərin hökumətləri, zəruri tədbirlər qəbul etməklə, onun müddəalarını həyata keçirməyi öz öhdələrinə götürürlər. Onlar öz üzərlərinə hüquqları pozulan əməkçi miqrantlara məhkəmə yolu ilə müdafiə olunmaq imkanını təmin etmək təəhhüdünü götürürlər.

Bu fakloloji bülletendə əvvəlcə, əməkçi miqrantlar və onların ailələri üçün daha çox çətinlik törədən problemlər, sonra isə onların hüquqlarının təşviq edilməsinə və qorunmasına yönəldilən beynəlxalq səviyyədə qəbul edilmiş tədbirlər təsvir edilir.

Əmək miqrasiyası XX əsrdə meydana gəlməyib. Hələ görülən üçün muzd verilməsi tətbiq edildiyi vaxtlardan qadınlar və kişilər axtarmaq məqsədilə öz doğma yerlərini tərk edib başqa ölkələrə yollanmışlar. Fərq yalnız ondadır ki, bu gün əməkçi miqrantların sayı bəşər tarixinin istənilən dövründəkindən olduqca çoxdur. Milyonlarla insan dolanışığını təmin edə bilmək və ya muzdu ödənilən axtarmaq məqsədilə gəldikləri ölkələrdə xaricilər kımi yaşayırlar. Elə bir kontinent və dünyanın elə bir regionu yoxdur ki, oranın öz əməkçi miqrantları olmasın.  İnsanların axtarmaq məqsədilə bir ölkədən digərinə köçmələrinin əsas səbəbi yoxsulluq və kifayət qədər qazana biliməmək və yaxud özünüöz ailəsini təmin etmək üçün kifayət qədər istehsal edə bilməməkdir. Bu səbəblər təkcə yoxsul ölkələrdən varlı ölkələrə miqrasiya üçün səciyyəvi deyildir; yoxsulluq, habelə, inkişaf etməkdə olan bir ölkədən digərinə, - tapa bilmək perspektivi, çox uzaqdan da olsa, nisbətən aydın görünən - digər inkişaf etməkdə olan ölkəyə köçmələrin də başlıca səbəbidir. İnsanların axtarmaq məqsədilə ölkədən kənara çıxmalarının digər səbəbləri də mövcuddur. Müharibələr, vətəndaş müharibələri, irqi, etnik mənsubiyyət, dərisinin rəngi, dini, diliya siyasi əqidəsi kimi əlamatlərə görə ayrıseçkilik əsasında insan təhlükəsizliyinin təhdid və təqib olunması - bütün bunlar əməkçi miqrant axınlarına təsir göstərən amillərdir.

Bəzi dövlətlər öz vətəndaşlarını xaricdə axtarmağa təşviq edirlər, digərləri isə fəal surətdə xarici işçi qüvvəsini cəlb etməyə çalışırlar. Bəzi hallarda dövlətlər arasında işçi qüvvəsinin miqrasiyası ilə bağlı ikitərəfli sazişlər mövcuddur.

  Müqavilə üzrə və ya digər rəsmi razılaşma əsasında və yaxud öz təşəbbüsləri ilə xaricdə işləməyə yollanan əməkçi miqrantlar idealda getdikləri ölkələrin dili, mədəniyyəti və hüquqi, sosialsiyasi sistemləri barədə ümumi məlumat almalıdırlar. Onlara gedəcəkləri ölkədə ala biləcəkləri əmək haqqı, üzləşə biləcəkləri şəraiti və ümumi yaşayış şərtləri haqqında əvvəlcədən məlumat verilməlidir.

Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiyanın 33-cü maddəsinə uyğun olaraq, iştirakçı dövlətlər aməkçi miqrantları və onların ailə üzvlərini, onların xahişinə əsasən, imkan daxilində öz dillərində Konvensiyada nəzərdə tutulan hüquqlarmuzdla işləyəcəkləri ölkələrdə inzibati və digər formallıqlara riayət etmələrinə imkan verən digər məsələlər barədə pulsuz məlumatlandırmaq üçün məqsədəuyğun hesab etdikləri bütün tədbirləri görməlidirlər. Bundan əlavə, Konvensiyanın 37-ci maddəsi əməkçi miqrantların və onların ailə üzvlərinin "öz ölkələrini tərk etməzdən qabaqya ən geci muzdla işləyəcəkləri ölkəyə girdikləri anda" bütün buraxılış şərtləri haqda, həmçinin, "işləyəcəkləri ölkədə" riayət etməli olacaqları şərtlər və bu şərtlərə hər hansı bır dəyişiklik edilməsi məqsədilə müraciət edə biləcəkləri orqan" haqqında məlumatlandırılmaq hüququnu elan edir.

BMT-nin Cenevrə Şöbəsinin İnsan Hüquqları Mərkəzinin göstərdiyi kimi, miqrasiya axınlarının nizamlanması rəsmi işlə təminetmə xidmətlərinin köməyi ilə həyata keçiriləndə miqrantlar xaricdə yaşamaq və işləmək üçün, heç olmasa, minimum hazırlıq almaqda daha yaxşı imkanlara malik olurlar, bu cür muzdla işəgötürmə və işlə təmin olunma ilə özəl agentlərin məşğul olduqları hallarda isə, onların bu imkanları xeyli məhduddur. Lakin bu da, danılmaz bir faktdır ki, əməkçi miqrantların xeyli hissəsi zəruri informasiyaya malik deyillər və xaricdə yaşamaq və işləmək üçün pis hazırlaşdırılmışlar. Bundan əlavə, onların əksəriyyəti insan hüqüqları və əsas azadlıqlar haqqında heç bir anlayışa malik deyillər. Halbuki onların həmin hüquq və azadlıqlarına beynəlxalq müqavilələr və milli qanunlar əsasında təminat verilmişdir.

Əməkçi miqrantlar xaricilərdir. Təkcə bu səbəbə görə yaşayıb işlədikləri icmalarda onlara şübhəylə yanaşa və düşməncəsinə münasibət bəsləyə bilərlər. Maliyyə baxımından əksəriyyəti aztəminatlı olan əməkçi miqrantlar yaşadıqları ölkələrin ən məzlum sosial qruplarının əzab çəkdikləri iqtisadi, sosial və mədəni məhrumiyyətlərdən əzab çəkirlər.

Məşğulluq sahəsində əməkçi miqrantlara qarşı yürüdülən ayrı-seçkilik bir çox formalarda, məsələn, müəyyən növlərinin onlara verilməməsində və ya müəyyən növlərinin daha çox onlara verilməsində, peşə hazırlığına yol tapmalarının çətinləşdirilməsində özünü göstərir. Əmək hüquqlarına gəldikdə isə, çox zaman ölkə vətəndaşları ilə miqrantlara qarşı müxtəlif, başqa-başqa standartlar tətbiq edilir; müqavilələrinin şərtlərində də miqrantların müəyyən imtiyazlardan məhrum edilməsi nəzərdə tutula bilər.

Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiyanın 25-ci maddəsinin l-ci bəndində deyilir ki, "əməkçi miqrantlar mükafatlandırma məsələlərində dövlətin muzdlu işə götürülən vətəndaşlarına tətbiq ediləndən az əlverişli olmayan rəftardan istifadə edirlər"; əmək və məşğulluğun digər şərtlərinə münasibətdə də belə olmalıdır. Həmin maddənin 3-cü bəndinə uyğun olaraq iştirakçı dövlətlər əməkçi miqrantların bu hüquqlardan məhrum edilməmələrinin təmin olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

Miqrantları müəyyən peşələr çərçivəsində və konkret regionlarda qalmağa məcbur edən inzibati-hüquq normaları, həmçinin, bərabər əməyin qeyri-bərabər qiymətləndirilməsi və ödənməsi nümunələri məlumdur. Belə hallar da məlumdur ki, şəraitini nizamlayan qayda-qanunların fəaliyyəti əməkçi miqrantlara şamil edilmironlar həmkarlar ittifaqlarının fəaliyyətində iştirak etmək hüququndan məhrumdurlar.

Miqrantları əlavə işçi qüvvəsi hesab etmək və ölkə vətəndaşları üçün daha az cəlbedici olan növlərini onlara saxlamaq meyili çox geniş yayılmışdır. Əməkçi miqrantların həyat şəraiti çox vaxt qənaətbəxş olmur. Bir yerə yığılaraq, adaptasiya (uyğunlaşma) prosesini ciddi şəkildə mürəkkəbləşdirən əsas amillərə - aşağı səviyyəli gəlir, yüksək mənzil haqqı, miqrantların ailələrinin həcmi və yerli əhali tərəfindən xarici elementlərə qarşı əvvəlcədən mənfi münasibət daxildir.

Əməkçi miqrantlar sosial təminat sisteminə ödənişlər versələr də, onların özləri və ailələri heç də həmişə yaşadıqları ölkənin vətəndaşlarına verilən imtiyazlardan va sosial xidmət imkanlarından istifadə edə bilmirlər.

Bir çox hallarda əməkçi miqrantlar ailələrini öz vətənlərində qoyurlar. Tənhalıq həyatı miqrantlara yaşadığı icma ilə normal əlaqələri inkişaf etdirməyə mane oluronun rifahına mənfi təsir göstərir. Bu faktoloji bülletendə xatırladılan bəzi beynəlxalq-hüquq sənədlərində nəzərdən keçirilən əsas məsələlərdən biri budur və həmin sənədlərdə dövlətlərə əməkçi miqrantların öz ailələrinə qovuşmalarına yardım göstərmək təklif edilir.

Beynəlxalq səviyyədə müzakirə edilən problemlərdən biri də əməkçi miqrantların və onların ailələrinin öz mədəni özəlliklərini itirmədən qəbul edildikləri dövlətlərdəki sosial mühitə inteqrasiyalarıdır. Dəfələrlə qeyd edilmişdir ki, yad dildə təlim görən və yeni adət-ənənələrə uyğunlaşmağa çalışan miqrant uşaqlarından, qarşılaşdıqları çətinlikləri dəf etmək məqsədilə xüsusi tədbirlər görülmədiyi təqdirdə, yaşadıklarınınkına bərabar nəticələr gözləmək olmaz. Bəzi ölkələrdə miqrant uşaqlarının qəbul edilməsi nəticəsində ümumi təhsil standartlarının aşağı düşəcəyindən narahat olan yerli valideynlərin onlara qarşı qərəzli mövqe tutmaları ciddi xarakterli problemə çevrilmişdir.

İnsan Hüquqları Mərkəzinin məlumatına görə, beynəlxalq hüquqi sənədlərdə əməkçi miqrantların özbaşına sürgündən, məsələn, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra sürgün edilmədən qorunması, həmçinin, onların, sürgün edilmələri barədə sərəncamlardan şikayət etmək hüququ nəzərdə tutulur.

Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiyanın 22-ci və 56-cı maddələri sürgün və özbaşına sürgün məsələlərinə həsr olunmuşdur.

22-ci maddənin 1-ci bəndi kollektiv sürgün tədbirlərini birbaşa qadağan edir. Sürgün haqqında qərar səlahiyyətli orqan tərəfindən qanuna uyğun olaraq (22-ci maddənin 2-ci bəndi) və yalnız muzdla verən dövlətin qanunvericiliklərində nəzərdə tutulan səbəblərə görə (56-cı maddənin 1-ci bəndi) qəbul edilə bilər. 22-ci maddənin 4-cü bəndinə əsasən, son qərarın məhkəmə orqanı tərəfındən verildiyi halların istisna edilməsi, marağı olan şəxslər" özlərinin sürgün edilmələrinə qarşı əgər bunu dövlət təhlükəsizliyinin ən ali mənafeləri tələb etmirsə, öz işinin səlahiyyətli orqan tərəfindən yenidən baxılması üçün dəlillər təqdim etmək hüququna malikdirlər.

Əməkçi miqrantlar özləri istədikləri təqdirdə, vətənə qayıtmaq hüququna malikdirlər. Beynəlxalq müzakirələrin gedişində belə bir rəy yaranmışdır ki, bu məsələ miqrantın mənsub olduğu dövlət ilə onu qəbul edən dövlət arasında əməkdaşlıq əsasında nizamlanmalıdır. Geri qayıdan miqrantlar məsləhət-məlumat qurumlarının xidmətlərindən və xaricdə yiyələndikləri vərdişlərdən istifadə etmək imkanlarına malik olmalıdırlar.

Əməkçi miqrantarın insan hüquqlarına və əsas azadlıqlara riayət olunmaması üçün ən böyük təhlükə, o hallarda yaranır ki, onların muzdla tutulmaları, xaricə köçmələri və tapmaları qanunlardan yan keçib, gizli surətdə həyata keçirilir. İnkişaf etməkdə olan bir çox ölkələrdəki kütləvi yoxsulluq, işsizliktam olmayan məşğulluq insafsız icarədarlar və özəl agentlərin muzdlu işçi qüvvəsi tutmaları üçün əlverişli mühit yaradır, bəzi hallarda işçilərin gizli yolla xaricə keçirilmələri cinayətkar xarakter alır.

Rəsmi statusa malik olmayan, qeyri-qanuni miqrant təbii istismar obyektinə çevrilir. O, tamamilə icaradarlardan asılı olur və istənilən işə, istənilən əmək və həyat şəraiti ilə razılaşmağa məcbur edilə bilər. Ən pis halda, əməkçi miqrantların vəziyyəti kölələrin və ya qədim dövrdəki əsirlərin vəziyyətinə bərabər olur. İfşa edilən sürgün olunmaqdan qorxan qeyri-qanuni miqrantlar müdafiə olunmaq üçün müvafiq orqanlara çox nadir hallarda müraciət edirlər və bir çox ölkələrdə onların mənafelərinə toxunan inzibati qərarlardan şikayət etmək hüquqları yoxdur.

 

Vahid Ömərov,

fələsfə üzrəfə fəlsəfə doktoru

Səs.- 2016.- 15 dekabr.- S.15