Portuqaliyada Azərbaycan
multikulturalizmi tədrisinin
monitorinqi aparılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə
başladığı vaxtdan
bəri yerli və xarici universitetlərdə Azərbaycan
multikulturalizminin tədrisi
layihəsini həyata
keçirir.
Bu fənnin universitetlərdə
aktuallığının və
uğurlu layihə kimi davamlılığının
təmin edilməsi, fənni tədris edən müəllimlərin
fərdi öhdəliklərinin
yoxlanılması məqsədilə
hər semestrin sonunda BBMM-in müəyyən
etdiyi şəxslər
tərəfindən monitorinqlər
aparılır.
Portuqaliyanın Lusofona Universitetində Azərbaycan multikulturalizmi
fənninin növbəti
monitorinqini “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu aparıb. Monitorinq zamanı
Hikmət Babaoğlu Lusofona Universitetində Azərbaycan multikulturalizmi
fənninin dinləyicilərinə
ölkəmizdəki multikultural
mühit, tolerant durum mövzusunda
mühazirə oxuyub.
Mühazirədə Azərbaycan multikulturalizmi
fənnini tədris edən professor Gülnarə
Hüseynzadə və
fənnin dinləyicisi
olan tələbələr
iştirak ediblər.
Mühazirənin sonunda tələbələrin
Azərbaycan multikulturalizmi
modelinə, mədəniyyətinə,
adət-ənənələrinə dair müxtəlif sualları cavablandırılıb.
Monitorinq zamanı Hikmət
Babaoğlu universitet rəhbərliyi
ilə də görüşüb.
Görüşdə Azərbaycanla əməkdaşlığın
çox yüksək qiymətləndirildiyi
və gələcəkdə də bu əməkdaşlığın
davamlı olması arzusu bildirilib.
Səs.-
2016.-20 dekabr.- S.11.