Zima” Uşaq Estrada Musiqisi Festivalı: Bu, necə oldu
Dekabrın 17-də ölkənin baş səhnəsində
- Heydər
Əliyev Sarayında
“Zima” Uşaq Estrada Musiqisi
Festivalı böyük
uğurla başa çatdı. Tədbirdə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bu, təsadüfi
deyildi. Leyla Əliyeva maraqlı
aksiyaları və tədbirləri, istedadlı
gəncləri həmişə
dəstəkləyir, çox
vaxt irimiqyaslı maraqlı layihələrin
təşəbbüskarı və təşkilatçısı
rolunda çıxış
edir. Xüsusi qeyd edək
ki, “Zima” festivalının
ideyası məhz Leyla xanımın oğullarına - 8 yaşlı
Əli və Mikayıla məxsusdur.
Festivalın təşkilatçısı - “BEAT GROUP” şirkəti bakılılara
əsl musiqi bayramı bəxş edib. Əsas qala-konsert, parlaq,
rəngarəng şou
və yüzlərlə
uşaq təbəssümü
şənliyin qonaqlarının
və iştirakçılarının
yaddaşlarından uzun
müddət silinməyəcək.
Festival Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.
Məlum
olduğu kimi, arzu edən hər bir istedadlı
uşaq bu festivalın iştirakçısı
ola bilərdi.
Bunun üçün sevimli mahnını ifa etmək, onu videoməlumat kimi yazmaq və təşkilat komitəsinə
göndərmək yetərli
idi. Münsiflər heyətinin ciddi
seçimindən sonra
finala cəmi 22 gənc istedad keçdi. Qala-konsertdə
səhnəyə Aysel
Əfəndiyeva, Aytən
Hacıyeva, Aliyə Əliyeva, Atilla Məmmədov, Bahar Babazadə, Lalə Zeynallı, Məryəm Mayqari, Nəzrin Əsədova, Nərgiz Əliyeva, Nemət Tağıyev, Nigar Bayramlı, Nigar Rəhimova, Nuru Qasımov, Rüstəm Kərimov, Rüfət Məmmədov, Səbinə
Abbasbəyli, Səbinə
Quluzadə, Sevil Əsədullayeva, Suada Ələkbərova, Timur Nərimanov, Fərid Hüseynov və Fidan Hüseynova çıxdılar. Məxsusi olaraq
şou iştirakçılarını
dəstəkləmək üçün
Sankt-Peterburqdan gəlmiş
“Qolos. Deti” layihəsinin finalçısı
Azər Nəsibov festivalın ulduz qonağı oldu. Layihə üzərində bir qrup istedadlı mütəxəssis işləyib.
“Zima”nın rejissoru Əməkdar İncəsənət Xadimi
Ülviyyə Könüldür.
Şounu
Ranar Musayev və Suel Heybətova
aparıblar. Layihənin musiqi
prodüseri Rüstəm
Rzayev, vokal üzrə pedaqoq Ukraynanın Əməkdar
Artisti Rimma Şapovalovadır. Uşaqların obrazları üzərində
dizayner Zümrüd Mirzəliyeva işləyib,
icraçı prodüser
rolunda Yelena Rıbalko
çıxış edib.
Festivalın özünəməxsus
musiqili əhvalat olan
hər bir nömrəsinin
ifaçısı tədbirin qonaqları tərəfindən
sürəkli alqışlarla qarşılanıb və yola salınıb. Çıxışlar başa çatandan sonra iştirakçılara festivalın xatirə
diplomu təqdim edilib.
Nəzrin Əsədovaya Paris “Disneyləndi”nə
yollayış verilib. Bu
şənliyi görə bilməyənlərin diqqətinə
çatdırırıq ki, “Zima” festivalı yaxın vaxtlarda
Azərbaycan Televiziyasında nümayiş
etdiriləcək.
Səs.-
2016.- 20 dekabr.- S.4