İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ
HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 19 sentyabr 1995-ci ildən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qabul olunmuşdur. Qanun 4 fəsildən ibarətdir. I-ci fəsil əsas anlayışlar və ümumi müddəalara həsr olunmuşdur ki, biz yuxarıda bu anlayışlar barədə məlumat vermişik.
2-ci fəsil "İstehlakçıların hüquqları" adlanır. İstehlakçının aşağıdakı hüquqları bu fəsildə öz əksini tapmışdır. Azərbaycan Respublikasında istehlakçılar aşağıdakı hüquqa malikdirlər:
- malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icrasının sərbəst seçilməsinə:
- istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
- malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
- malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun va düzgün məlumat əldə etməyə;
- qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsilə;
- öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəmələrə müraciət etməyə;
- ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə;
- istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir;
- satıcı, istehsalçı, icraçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin, mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
Bu fəslin "zəmanət öhdəlikləri" bölməsi bu gün ən çox istehlakçı hüquqlarının pozulduğu sahədir. Bu bölmədə istehlakçının aşağıdakı hüquqları təsbit olunmuşdur:
- istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir;
- zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlanma kağızında (yarlıqda) və yaxud mala (iaşə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir;
- yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir;
- zəmanət müddətləri malın satıldığı gündən, yararlılıq müddəti isə hazırlandığı gündən hesablanır;
- istehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə 3 ildən gec olmamaq şərtilə öz tələblərini irəli sürmək hüququna malikdir;
- zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanətin müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
Qüsurlu olan mal satılarkən istehlakçının aşağıdakı hüquqları var:
- istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə, satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
a)
lazımi keyfiyyətli mala dəyişdirilmək;
b)
malın qüsurlarını
icraçının (satıcının,
istehsalçının) hesabına aradan qaldırmaq və ya
qüsurların aradan qaldırılması üçün
istehlakçının və ya üçüncü şəxsin
çəkdiyi xərcin əvəzini ödəmək;
v) malı,
həmin mala uyğun digər modelli (markalı, tipli və
i.a.) mal ilə dəyəri yenidən hesablanma şərtilə
əvəz etmək;
~ satıcı
(icraçı) istehlakçıdan lazımi keyfiyyəti
olmayan malı geri götürməyə, yuxarıda qeyd olunan
maddələrdən birini yerinə yetirməyə borcludur;
-
istehlakçının mal dəyişdirmək
tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi
andan iki ay müddətində ödənilməlidir;
- istehlakçıya
keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik
malın yararlılıq müddəti ərzində aşkar
olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli
və ya malın dəyərinin məbləğini
qaytarmalıdır;
- istehlakçı
malın qüsurunun əvəzsiz olaraq aradan
qaldırılmasını tələb edirsə, qüsur 14
gün ərzində və ya (tərəflərin
razılığı ilə başqa müddətdə aradan
qaldırılmalıdır,
- istehlakçının
tələbi ilə satıcı (icraçı) məişət
texnikasının və nəqliyyat vasitələrinin təmir
edildiyi və ya dəyişdirildiyi müddət
üçün ona əvəzsiz olaraq (evinə
çatdırmaqla) oxşar mal verilməlidir. Təmir (dəyişdirmə),
habelə, malın qüsurlarının aradan
qaldırıldığı və ya dəyişdirildiyi
müddət üçün oxşar malı
vermək məsələsinin yerinə yetirilməsi (14
gün) ləngidildikdə, satıcı (icraçı)
istehlakçıya mal verməklə bir vaxtda müəyyən
edilmiş müddətin ötürüldüyü hər
gün üçün ona malın satış qiymətinin
bir faizi məbləğində dəbbə pulu ödəyir;
-
istehlakçının tələbinə
qəbz, mal və ya kassa çeki, zəmanət müddəti
olan mallar üzrə isə texniki pasport və ya onu əvəz
edən digər sənədlər təqdim edildikdə
baxılır;
-
satıcı istehlakçıya mal
satarkən ona qəbz, mal, kassa çeki və ya digər
yazılı sənəd verməlidir;
- istehlakçı malın keyfiyyətinin
yoxlanılmasında şəxsən, yaxud da nümayəndəsi
vasitəsilə iştirak etmək hüququna malikdir.
İş görülməsinə
və xidmət göstərilməsinə dair müqavilələrin
şərtləri pozularkən istehlakçılar
aşağıdakı hüquqlara malikdir:
-
icraçı iş görülməsinə
və xidmət göstərilməsinə dair müqavilənin
icrasına vaxtında başlamırsa və ya çox ləng
işləməsi işin vaxtında başa
çatmamasına dəlalət edirsə,
istehlakçının müqavilədən imtina etmək və
itkilərin ödənilməsini tələb etmək
hüququ var;
- işlərdə
(xidmətlərdə) müqavilə şərtlərindən
əhəmiyyətli dərəcədə kənara
çıxıldıqda, yaxud başqa mühüm
qüsurlar olduqda, istehlakçı həmin qüsurları
aradan qaldırmaq üçün icraçıya əlavə
müddət verərsə, bu müddətdə də iş
(xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv
olunmasını və itkilərin ödənilməsini tələb
etmək və ya icraçının hesabına
qüsurların aradan qaldırılmasını
üçüncü şəxslərə tapşırmaq
hüququ var.
Şərh.
Misal üçün N adlı şəxs K adlı avtomobil
tamiri müəssisəsində avtomobilini rənglətdirmək
üçün müqavilə bağlayıb. Lakin N avtomobilinin rənglənməsindən
narazı qalıb (müəyyən nöqsanlar olduğu
üçün). N əlavə müddət
verir, lakin K müəssisəsi qüsurları aradan
qaldıra bilmir. Bu zaman N istənilən
avtomobil təmiri müəssisəsində nöqsanı
aradan qaldırmaq niyyətini bildirir və bu zaman K müəssisəsi
bütün xərcləri öz üzərinə
götürməklə üzləşir.
- icraçı
müqavilənin şərtlərindən kənara
çıxaraq, işi (xidməti) pisləşdirmirsə,
yaxud işdə (xidmətdə) başqa qüsurlara yol
vermişdirsə, istehlakçının istəyinə
uyğun olaraq, göstərilən qüsurların
icraçının hesabına əvəzsiz olaraq müvafiq
müddətdə aradan qaldırılmasını və ya
işin (xidmətin) qüsurlarını öz vasitələri
ilə aradan qaldırarkən, çəkdiyi zəruri xərclərin
ödənilməsini, yaxud işin (xidmətin) haqqının
müvafiq surətdə azaldılmasını tələb etmək
hüququ var;
- istehlakçının
materiallarından görülmüş işlərdə (xidmətlərdə)
müqavilə şərtlərindən əhəmiyyətli
kənaraçıxma və ya digər mühüm
qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə
uyğun olaraq, bu işlərin icraçının eynicinsli və
keyfiyyətli materialından hazırlanmasını, yaxud
müqavilənin ləğv olunmasını və itkilərin
ödənilməsini tələb etmək hüququ var.
Qanunun
"İş görülməsinə və xidmət
göstərilməsinə dair müqavilələrin şərtləri
pozularkən, istehlakçıların hüquqları"
bölməsində, eləcə də, dəbbə pulu
adlanan anlayışdan istifadə edilmişdir. Belə
ki, istehlakçı qüsurların aradan
qaldırılması üçün istehsalçıya
(icraçıya) vaxt verərsə və bu vaxt ərzində
də qüsurlar istehlakçı (icraçı) tərəfindən
aradan qaldırılmazsa, onda istehsalçı (icraçı
hər gün üçün) iş görülməsi
üçün razılaşdırılmış məbləğin
1%-i miqdarında dəbbə pulu ödəməlidir.
Qanunda, həmçinin,
istehlakçının qüsurları aşkar etməsi
zamanı istehsalçıya (icraçıya) qarşı
iddia qaldırması üçün vaxt intervalı da nəzərdə
tutulub. Əgər zəmanət müddəti müəyyən
olunmayıbsa, istehlakçı istehlakçı
(icraçı) qarşısında 1 il
müddətində iddia qaldıra bilər.
İstehlakçıların
malların (işlərin, xidmətlərin) təhlükəsiz
olması hüquqların aşağıdakı kimi təsbit
olunmasıdır;
- istehlakçı
malların (işlərin, xidmətlərin) adi şəraitdə
istifadə olunmasının, saxlanılmasının və
daşınmasının onun həyati
sağlamlığı, eləcə də, ətraf mühit
üçün təhlükəsiz olmasının, həmçinin,
onun əmlakına ziyan vurulmasının təmin olunması
hüququna malikdir;
-
qanunvericilik aktları ilə və ya
digər normativ sənədlərlə vətəndaşların
həyatı, sağlamlığı va əmlakı, ətraf
mühitin mühafizəsi üçün təhlükəsizlik
tələblərinin müəyyən edildiyi mallar (işlər,
xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən,
məcburi sertifikasiyadan keçirilməlidir.
Göstərilən
tələblərə uyğunluğunu təsdiq edən
sertifikat olmadıqda, belə malları (o cümlədən,
xarici malları) Azərbaycan Respublikasında satmaq və
istifadə etmək qadağandır. Belə malların
Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə
razılıq üçün gömrük orqanlarına təqdim
edilən, müvafiq səlahiyyətli orqan tərəfindən
verilmiş və ya da tapılmış uyğunluq
sertifikatı əsas verir;
- istehlakçı
malın (işin, xidmətin nəticəlarinin) istifadəsi,
daşınması və saxlanılması qaydalarına
düzgün əməl etdikdə, lakin həmin mal (iş,
xidmət) onun həyatına, sağlamlığına, əmlakına
və ya ətraf mühitə zərər vurduqda və ya zərər
vura bilərsə, istehsalçı (icraçı,
satıcı) onun istehsalını (satışını) zərər
vura bilən səbəblər aradan qaldırılanadək
dayandırmalı, zəruri hallarda isə həmin dövriyyədən
çıxarılması və istehlakçıdan geri
qaytarılması üçün tədbirlər görməlidir;
- istehsalçı
(icraçı) malda (işdə, xidmətdə) ehtimal
doğuracaq xətər (risk) və təhlükəsiz istifadəsi
barədə beynəlxalq təcrübələrdə qəbul
edilmiş işarələr vasitəsilə
istehlakçıya məlumat verməyə borcludur;
-
malın (işin, xidmətin)
konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində
istehlakçının həyatına, sağlamlığına
və ya əmlakına dəymiş zərər, qanunvericilikdə
daha yüksək məsuliyyət nəzərdə
tutulmayıbsa, günahkar tərəfindən
istehlakçıya tam ödənilməlidir.
Şərh.
Qanunda istehlakçının hüquqlarının
pozulması zamanı mənəvi ziyanın ödənilməsi
də nəzərdə tutulmuşdur və mənəvi
ziyanın miqdarı məhkəmə tərəfindən
müəyyən olunduğu nəzərə
çatdırılır.
- satıcı
(icraçı) istehlakçını maraqlandıran
malın (işin, xidmətin) qiyməti, istehlak xassələri
(ərzaq malları barəsində isə həm də tərkibi,
yararlılıq müddəti, kaloriliyi, sağlamlıq
üçün zərərli maddələrin normativ sənədlərin
tələbləri ilə müqayisəli miqdarı), əldə
edilməsi şərtləri, təminat öhdəlikləri
və iddiaların irəli sürülməsi, malın
işlədilməsi, saxlanılması və təhlükəsiz
istifadəsi üsulları və qaydaları barəsində
istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Satıcı
(icraçı) istehlakçıya müəssisənin
satdığı malların ticarət qaydaları və xidmət
növləri barəsində də dolğun və
düzgün məlumat verməlidir.
-
istehsal edilmiş malın üzərində
istehsal və ya ticarət markası, mal nişanı və ya
xidmət nişanı olmalıdır. İstehsal
markasında istehlakçının (icraçının)
adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin)
işarəsi göstərilir. Hazırlanmış
mal istehsal markasına uyğun gəlməlidir.
Sahibkarlıq fəaliyyəti
ilə məşğul olan şəxsin
hazırladığı malın (işi, xidməti) etiketi
(yarlığı) olmalıdır. Etiketdə
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
hüququ verən sənədin nömrəsı, onu təsdiq
edən orqanın adı, zəruri hallarda onun
sertifikatlaşdırılması, xüsusi tələblərə
cavab verən mallar (işlər, xidmətlər)
üçün isə dövlət standartlarının
nömrəsi haqqında məlumat verilməlidir;
- satılan
mal barəsində yanlış məlumatın və ya kifayət
qədər dolğun olmayan məlumatın verilməsi,
istehlakçının lazımi xassələrə malik
olmayan malı (işin, xidmətin) almasına səbəb
olmuşdursa, onun müqaviləni ləğv etmək və
itkilərin ödənilməsini tələb etmək
hüququ vardır;
- məcburi
sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan
məhsulun reklamı qadağandır.
Vahid Ömərov
Səs.- 2016.- 27 dekabr.- S.15