İnsan hüquqları və
məhbuslar
Nizam-intizam qətiyyətlə gözlənilməli, lakin yalnız müəssisədə nəzarətin etibarlılığını və birgə yaşayış qaydalarına riayət olunmasını təmin etmək üçün zəruri olan məhdudiyyətlər qoyulmalıdır. Məhbuslara inzibati qaydada müəssisənin özünə xidmət göstərmək üçün işləmək cəzası verilməlidir. Lakin bu qayda sosial, tərbiyəvi, yaxud idman fəaliyyətinin müəyyən növlərinə görə məsuliyyətin yenidən tərbiyə məqsədilə yaradılan qrupların tərkibində nəzarət altında işləyən məhbusların öz üzərinə qoyduğu özünüidarə sisteminin lazımi surətdə fəaliyyət göstərməsinə mane olmamalıdır.
Aşağıdakı amillər həmişə qanuna, yaxud səlahiyyətli inzibati hakimiyyət orqanlarının sərəncamı ilə müəyyən edilməlidir:
a) intizamsızlıq hərəkəti olan
davranış;
b) məhbusa verilə biləcək cəza
növü və müddəti;
c) cəzalandırmaq hüququ olan orqan.
N.Əliyev
yazır: "Cəza yalnız belə qanuna, yaxud sərəncama
görə verilə bilər, həm də, heç bir məhbus
eyni hərəkətə görə təkrar cəzalandırıla
bilməz. Heç bir məhbusa onun təqsirkar
bilindiyi hərəkət barəsində ona əvvəlcədən
xəbər verilmədən və özünə bəraət
qazandırmaq üçün fikrini açıqlamaq
imkanı verilmədən cəzalandırıla bilməz.
Səlahiyyətli orqanlar bu qəbildən olan hər
bir işə diqqətlə baxmalıdır. Zəruri və mümkün hallarda məhbusa
özünü tərcüməçi vasitəsilə
müdafiə etmək imkanı verilməlidir. Bədən xəsarəti cəzası, qaranlıq
kameraya salmaq və qəddar, insanlıqdan kənar, yaxud insan ləyaqətini
alçaldan cəza növləri intizamsızlıq hərəkətinə
görə cəza kimi qadağan olunmalıdır. Ciddi
həbs, yaxud qidanın azaldılmasını nəzərdə
tutan cəzalar yalnız həkim məhbusu müayinədən
sonra həmin cəzaya tab gətirə biləcəyini
yazılı şəkildə təsdiq etdikdən sonra verilə
bilər. Bu, cəzalandıranlara fiziki, yaxud
psixoloji xətər yetirə bilən cəza növlərinə
də aiddir. Bu təbii cəzalar
yuxarıda göstərilən qaydalara qətiyyən zidd
olmamalı, yaxud onlardan kənara çıxmamalıdır.
Həkim hər gün belə cəzalara məruz
qalmış məhbuslara baş çəkməli və məhbusun
fiziki, yaxud psixi vəziyyəti səbəblərindən cəzanın
dayandırılması, yaxud dəyişdirilməsini zəruri
hesab edərsə, bu barədə öz fikrini direktora
çatdırmalıdır."
Qandal, dəli köynəyi, zəncir kimi sakitləşdiricı
vasitələrdən heç vaxt cəza vasitəsı kimi
istifadə edilməməlidir. Bundan əlavə,
qandaldan və zəncirdən, ümumiyyətlə, sakitiləşdirici
vasitə kimi istifada etmək olmaz. Digər sakitləşdirici
vasitələrdən ancaq aşağıdakı hallarda
istifadə edilə bilər:
1) nəql edilərkən qaçmanın
qarşısını almaq üçün - bu şərtlə
ki, məhbuslar məhkəmə orqanları, yaxud inzibati
orqanlar qarşısında duran kimı buxovlardan azad edilməlidir;
2) tibbi xarakterli səbəblərə görə
və həkimin göstərişi ilə;
3) başqa tədbirlər təsirsiz olduqda, məhbusun
özünə, yaxud başqalarına xətər, yaxud maddi
zərər yetirməsinə mane olmaq üçün
direktorın əmri ilə; belə hallarda direktor həkimlə
təcili məsləhətləşməli və yuxarı
inzibati orqanlara məruzə təqdim etməlidir. Sakitləşdirmə üsulları və vasitələrini
mərkəzi həbsxana idarəsi müəyyən edir.
Bu vasitələr ciddi surətdə lazım
olduğundan artıq tətbiq edilməməlidir.
Müəllif
göstərir ki, hər bir məhbusa həbsxanaya qəbul
edilərkən, mənsub olduğu kateqoriyaya aid məhbuslarla
davranış qaydalarına, müəssisənin intizam tələblərinə,
habelə, yol verilən informasiyanı almaq və ərizə
vermək vasitələrinə, həmçinin, onun hüquq
və vəzifələri barədə özünə hesabat
verməsinə və həmin müəssisənin həyat
şəraitinə uyğunlaşmasına imkan yaradan
bütün digər müəssisələlərə dair
yazılı informasiya verilir. Savadsız məhbuslar
şifhı qaydada məlumatlandırılmalıdırlar.
Hər bir məhbus iş günlərində müəssisənin
direktoruna, yaxud onun vəkil etdiyi əməkdaşa ərizə
vermək və şikayət etmək imkanına malik
olmalıdır. İnspeksiya vaxtı məhbuslar,
mümkün olduqda, həbsxana inspektorlarına xahiş, yaxud
şikayatlə müraciət etmək iqtidarında
olmalıdır. Onlar inspektorla, yaxud
inspeksiyanın hər hansı başqa əməkdaşı
ilə direktorun, yaxud müəssisənin digər əməkdaşlarının
iştirakı olmadan danışmaq hüququna malik
olmalıdır. Hər bir məhbus mərkəzi
həbsxana orqanlarına, məhkəmə hakimiyyəti
orqanlarına, yaxud digər səlahiyyətli orqanlara xahiş
və şikayətlə müraciət imkanına malik
olmalıdır; lakin məzmun baxımından senzuraya məruz
qalmayan bu xahiş və şikayətlər lazımi formada tərtib
edilməli və göstərilən kanallarla mərkəzi həbsxana
idarəsinə, məhkəmə hakimiyyəti orqanlarına,
yaxud digər səlahiyyətli orqanlara verilməlidir. Səthi, məzmunsuz xahiş və şikayət
halları islisna olmaqla, onlara tezliklə baxılmalı və
ləngidilmədən cavab verilməlidir.
N.Əliyev
yazır: "Məhbuslara müntəzəm olaraq
vaxtaşırı və lazımi nəzarət altında ailələri
və təmiz adları ilə tanınan dostları ilə həm
yazışma, həm də görüş vasitəsilə əlaqə
saxlamaq imkanı verilməlidir. Həbsdə olan
əcnəbi vətəndaşları öz dövlətlərinin
diplomatik və konsulluq əməkdaşları ilə əlaqə
saxlaması üçün məqbul imkanlar təmin edilməlidir.
Məlum ölkədə diplomatik, yaxud konsulluq nümayəndələri
olmayan vətəndaşları olan məhbuslar, həmçinin,
qaçqınlar və vətəndaşlığı
olmayan şəxslər onların mənafeyini qorumağı
öz üzərinə götürmüş dövlətin
diplomatik nümayəndələri ilə, yaxud onların
müdafiəsilə məşğul olan istənilən
milli, yaxud beynəlxalq orqanla əlaqə saxlamaq imkanına
malik olmalıdır.
Ən vacib yeniliklər,
qəzet və jurnalları, yaxud xüsusi həbsxana nəşrlərini
oxumağa, radioya qulaq asmağa və mühazirələrdə
iştirak etməyə icazə verilməlidir.
Hər bir müəssisənin bütün kateqoriyalara mənsub
olan məhbusların istifadə edə biləcəyi
kitabxanaları olmalıdır. Burada istər əyləncəli,
istərsə də bilgi məzmunlu kitablar olmalıdır.
Bütün məhbuslar kitabxanadan istifadə etməyə
həvəsləndirilməlidirlər.
Eyni dinə etiqad edən kifayət qədər məhbus
olan müəssisələrdə həmin dinə mənsub
ixtisaslı ruhanilər təyin edilməli, yaxud onların
orada müvafiq ayinləri icra etmələrinə icazə
verilməlidir.
Əgər belə məhbusların sayt kifayət qədər
çoxdursa və müvafiq imkan varsa, ayini icra edən din
xadimi tam iş gününə təyin edilməlidir. Yuxarıdakılara əsasən təyin edilən,
yaxud müəssisəyə buraxılan ixtisaslı din
xadiminin müntəzəm surətdə dini ayinlər icra etmək
və bunun üçün ayrılmış vaxtda
vaxtaşırı öz dininə mənsub məhbusların
yanına gedib, təklikdə onlarla dini mövzularda söhbət
etmək imkanı olmalıdır. Məhbusları
hər hansı dinin ixtisaslı nümayəndəsi ilə təmas
saxlamaq imkanından məhrum etmək olmaz. Digər tərəfdən,
əgər məhbus din xadiminin onun yanına gəlməsinə
etiraz edərsə, onun istəyinə tam hörmətlə
yanaşılmalıdır. Hər bir məhbus
öz müəssisəsinin divarları arasında
keçirilən dini ayinlərdə iştirak etməklə və
yanında öz dininə məxsus dini kitablar saxlamaqla dini
ehtiyaclarını, həyata keçirilməsi mümkün
olduğu qədər təmin etmək hüququna malik
olmalıdır.
Məlum müəssisədə mövcud qaydalara əsasən,
məhbusun öz yanında saxlamaq hüququ olmadığı
pulu, qiymətlı əşyaları, paltarı və digər
əmlakı məhbus qəbul edilərkən,
özünün iştirakı ilə saxlanmağa verilir. Bu əmlakın
siyahısı məhbus tərəfindən imzalanır.
Onun etibarlı şəraitdə saxlanması
üçün tədbirlər görülməlidir. Məhbus həmin müəssisədən azad edilərkən,
ona məxsus bütün əmlak və pul - xərclənməsinə
icazə verilmiş məbləğ, onun müəssisədən
kənara göndərilməsinə icazə verilmiş əşyalar,
yaxud sanitariya mülahizəbrinə görə məhv edilməsi
zəruri sayılmış paltar istisna olmaqla, özünə
qaytarılmalıdır. Məhbus ona məxsus
pulu və əşyaları qol çəkib alır. Bu qayda məhbusun həmin müəssisədə
olarkən aldığı bütün pul vəsaitinə və
əşyalara da aiddir. Məhbusun
üstündə dava-dərman varsa, onlarla nə etmək barəsində
həkim qərar çıxarır.
Məhbus öldükdə, yaxud ciddi surətdə xəstələndikdə,
yaxud ağır yaralandıqda, yaxud psixi cəhətdən xəstələr
üçün müəssisəyə keçirildikdə,
direktor bunu dərhal onun ərinə, yaxud arvadına - əgər
varsa, - onun yaxın qohumlarına və hər halda, onun
özünün əvvəllər göstərdiyi şəxsə
bildirir. Yaxud qohumlardan hər hansı birinin ölümü
məhbuslara dərhal xəbər verilir. Yaxın
qohumu ağır xəstə olduqda, şərait imkan verirsə,
məhbusun mühafizə altında, yaxud sərbəst şəkildə
ona baş çəkməsinə icazə verilməlidir.
Hər bir məhbusun həbs edilməsini, yaxud
başqa müəssisəyə keçirilməsini ailə
üzvlərinə dərhal xəbər vermək hüququ
olmalıdır.
Məhbuslar həbs yerinə gətirilərkən, yaxud
bir həbs yerindən digərinə keçirilərkən,
onları maksimal darəcədə kənar baxışlardan
yayındırmaq və təhqirlərdən, maraq göstərilməsindən
və hər hansı aşkarlanma hallarından qorumaq
üçün bütün tədbirlər görülməlidir. Məhbusların
kifayət qədər ventilyasiyası olmayan, yaxud
işıqlandırılmayan, yaxud har hansı digər fiziki cəhətdən
həddindən artıq ağır şəraitdə
başqa yerə daşınması qadağan edilməlidir.
Məhbuslar idarənin hesabına
daşınır, həm də onların nəql edilməsi
hamı üçün eyni şəraitdə həyata
keçirilir.
Müəllif qeyd edir ki, həbsxana idarəsi
orqanları bütün kateqoriyalardan olan işçilərin
diqqətlə seçilməsinin qayğısına
qalmalıdır. Belə ki,
həbsxana müəssisələrinin yaxşı
işləməsi bu əməkdaşların
vicdanlığından, humanistliyindən, səriştəsindən
və şəxsi keyfiyyətlərindən
asılıdır. Həbsxana müdiriyyəti daim öz əməkdaşlarına
və bütünlükdə ictimaiyyətə
özünün böyük ictimai əhəmiyyətə
malik iş gördüyü inamını
aşılamalıdır. Bu inamın möhkələnməsi
üçün o, ictimai informasiyanın imkanlarından istifadə
etməlidir. Yuxarıda göstərilən məqsədlərə
nail olmaq üçün həbsxana müdiriyyəti əməkdaşları
dövlət qulluqçuları statusundan istifadə edən və
yaxşı davrandıqları, səmərəli işlədikləri
və onlara həvalə olunmuş vəzifələri fiziki cəhətdən
yerinə yetirmək iqtidarında olduqdarı təqdirdə, vəzifələrini
saxlayacaqlarına əmin olan
ixtisaslaşdırılmış həbsxana idarəsi
işçiləri kimi tam iş vaxtı ilə təmin edilməlidirlər.
Onların maaşı elə müəyyən edilməlidir
ki, bu işlə məşğul olmağı bacaran kişi və qadınları həmin işə
cəlb etmək və saxlamaq mümkün olsun. Bu işin
müstəsna çətin şəraitini nəzərə
alaraq, həmin adamlara müvafiq güzəştlər edilməli
və iş şəraiti yaradılmalıdır. Bu personal kifayət qədər savadlı və
inkişaf etmiş olmalıdır. İşə qəbul
edilməzdən əvvəl onu ümumi va
konkret vəzifələrini yerinə yetirməyə
hazırlamaq, bundan sonra isə ondan nəzəri və praktik
planda imtahan vermək tələb edilməlidir. Bu
əmakdaşlar işə qəbul ediləndən sonra
bütün gələcək fəaliyyətləri boyu
işdən ayrılmamaqla, aralıq vaxtlarda təşkil edilən
hazırlıq kursları keçməklə, öz
ixtisaslarını saxlamalı və artırmalıdırlar.
Həbs yerlərinin bütün əmakdaşları özlərini
həmişə elə aparmalı və vəzifələrini
elə yerinə yetirməlidirlər ki, məhbuslar
üçün örnək olsunlar va
onların hörmətini qazansınlar. İmkan
daxilində, ştat cədvəlinə kifayət qədar
psixiatr, psixoloq, sosial işçilər, müəllimlər,
peşə təlimçiləri kimi mütəxəssislər
daxil edilməlidir. Sosial işçilər,
müəllimlər və peşə təlimçiləri
daimi əməkdaş kimi təyin edilməlidir. Bununla
belə, yarımçıq iş günü ilə, yaxud
ictimai əsaslarla işləyən şəxslər də
işlərinə biganəlik göstərməməlidir. Müəssisələrin direktoru vəzifəsinə
xarakterinə, inzibati bacarığına,
hazırlığına və təcrübəsinə
görə kifayat qədər ixtisaslı şəxslər təyin
edilməlidir. Direktor tam ştatla işləyərək
bütün vaxtını ona həvalə olunmuş vazifələrin
yerinə yetirilməsinə sərf etməlidir. O, ya ona
həvalə olunmuş müəssisənin ərazisində,
ya da onun, bilavasitə, yaxınlığında
yaşamalıdtr. Bir direktora, eyni zamanda, iki və
daha çox müəssisənin idarə olunması həvalə
edildikdə, o, hamin müəssisələrin hər birinə
tez-tez baş çəkməlidir. Həmin
müəssisələrə rəhbərlik orada yaşayan məsul
əməkdaşa tapşırılmalıdır. Müassisənin direktoru, onun müavini və əksər
əməkdaşları məhbusların əksəriyyətinin
danışdığı, yaxud onların əksəriyyətinin
başa düşdüyü dili bilməlidır. Lazım olan yerlərdə tərcüməçinin
xidmətindən istifadə edilməlidir. Tam
ştatla işləyən bir və ya bir neçə həkimin
olmasını doğruldan iri müəssisələrdə
onlardan, heç olmasa, biri ya müəssisənin özündə,
ya da bilavasitə, onun yaxınlığında
yaşamalıdır. Həkim digər
müəssisələrə hər gün baş çəkməlidir;
həm də həkim, böhranlı hallarda dərhal
çağırılması mümkün olması
üçün, kifayət qədər yaxınlıqda
yaşamalıdır.
Həm kişi,
həm də qadınların saxlandığı müəssisələrdə
qadın şöbəsi məsul qadın əməkdaşa
həvalə olunmalı, bu şöbənin bütün
otaqlarının açarları saxlanmaq üçün ona
təhvil verilməlidir. Kişi əməkdaşlar
qadın şöbəsinə yalnız qadın əmakdaşlarının
müşayiəti ilə buraxılır. Qadın məhbusların qayğısına qalmaq və
onlara nəzarət etmək yalnız qadın əməkdaşlara
həvalə edilir. Lakın bu, kişi
əməkdaşlarına, məsələn, həkim və
müəllimlərə öz vəzifələrini qadın
müəssisələrində, yaxud digər müəssisələrin
qadınlar üçün ayrılmış şöbələrində
yerinə yetirmələrinə mane olmamalıdır. Müəssisələrin
personalının məhbuslara münasibətlərində
zorakılığa yalnız özünümüdafiə
hallarında, yaxud qaçmağa cəhd, həmçinin,
qüvvədə olan qanun, yaxud qaydalara əsaslanan əmrlərə
aktiv, yaxud passiv müqavimət
göstərildiyi hallarda əl atmaq hüququ var.
Zorakılığa əl atan əməkdaşlar zəruriyyət
həddində dayanmalı, bu qəbil münaqişə barəsində
müəssisənin direktoruna dərhal xəbər verməlidir.
Həbsxana əməkdaşlarının aqressiv niyyətlərini
büruzə verən məhbusların qarşısını
almağa imkan verən xüsusi fiziki hazırlığı təmin
edilməlidir.
Funksiyalarını yerinə yetirərkən məhbuslarla,
bilavasitə, təmasda olan əməkdaşlar müstəsna
hallarda silah gəzdirməlidir. Həm də
yalnız müvafiq hazırlıq görmüş əməkdaşların
silah gəzdirmək hüququ olmalıdır.
İnspeksiya. Həbs cəzası müəssisələri
və xidmətlərində səlahiyyətli hakimiyyət
orqanlarının təyin etdiyi ixtisaslı və təcrübəli
inspektorlar tərəfindən müntəzam surətdə
inspeksiya keçirilmalidir. İnspektorlar, o cümlədən,
həbs yerlərinin qüvvədə olan qanun və sərəncamlara
müvafiq surətdə idarə olunduğunu və onların
işinin həbs cəzası və islah xidmətləri
qarşısında qoyulan tələblərə uyğun olduğunu yəqin
etməlidirlər.
VAHİD
ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 28 dekabr.- S.15