Kütləvi informasiya vasitələri və insan hüquqları

Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. İnsan hüquqlarının gerçəkləşdirilməsi ideyası hələ bir çox onilliklər ərzində mübahisə və ictimai-siyasi gərginliklər mənbəyi olaraq qalacaqdır. Zərifə Musayeva yazır: "XX əsrin sonu insan hüquqlarının dünyada tam qələbəsi ilə məşhurlaşmağa başladı. Əgər əsrin 20-ci illərində dünyada insan hüquq və azadlığına hörmət edən 12 ölkə qeydə alınmışdısa, 60-cı illərdə bu ölkələrin sayı 36-ya bərabər idi. 90-cı illərdə isə artıq müxtəlif qitələri əhatə edən 60 ölkə insan hüquqlarının beynəlxalq müdafiə təşkilatları tərəfindən azad və demokratik ölkə hesab edilirdi. 80-cı illərdə, kommunist siyasi rejimi dağıldıqdan sonra milli maraq və ümumi rifah naminə insan hüquqlarını qurban verən qüdrətli dövlət ideyası dəbdən düşdü. İndi insan hüquqların əleyhinə çıxan və bunu aşkarcasına bəyan edən çox az dövlət və insan tapmaq olar. Dünyanın bir çox ölkələrində insan hüquqları, faktiki olaraq, pozulmaqda davam etsə də, dünya ictimaiyyəti insan hüquqları və azadlıqları ideyasını, mədəniyyət fərqlərindən asılı olmayaraq, hər bir cəmiyyətin can atacağı ümumbəşəri bir dəyər kimi qəbul edir.

Movcud dəyərin gerçəkləşdirilməsi yönümündə müvafiq ictimai-siyasi strukturlarla yanaşı, KİV də müstəsna rol oynayır. KİV insanların informasiya almaq hüquqlarının təminatçısı olmaqla insan hüquqlarının pozulması yolunda ən önəmli nəzarətçilərdən biridir.

  İnsan Htüquqları üzrə Avropa Məhkəməsi bildirir ki, mətbuat azadlığı elə xüsusi müdafiə formasi tələb edir ki, bu, KİV-ə "həyati əhəmiyyət kəsb edən ictimai nəzarətçi rolunu oynamağa", ictimaiyyəti maraqlandıran informasiya və ideyaları ona çatdırmağa imkan versin. Bu sahədə güclü qanunvericilik bazasının olması, haqqında söz açılan müdafiə sisteminin yaradılması üçün başlıca şərtdir."

Beləliklə, yaşadığımız əsrin sonunda, tam qətiyyətlə söyləmək olar ki, cəmiyyətdə dördüncü hakimiyyət rolunu oynayan KİV, cəmiyyətin demokratikləşdirilməsi yolunda mühüm amil olmaqla yanaşı, həm də müvafiq toplumda insan hüquqları və azadlıqlarının müdafiəçisi rolunu oynayır.

əllifin fikrincə, insanın siyasi və iqtisadi azadlıqları kimi onun mənəvi azadlığı da ən önəmlı şərtlərdən biridir. Şəxsiyyətin söz və fikir azadlığı cəmiyyətin demokratikləşdirilməsi yönümündə mühüm rol oynamaqla yanaşı, həm də mövcud cəmiyyətin ictimai-siyasi tərəqqisinin başlıca şərti kimi də çıxış edir. Söz, fikir və mətbuat azadlığı cəmiyyətin sinir sisteminin mərkəzi nahiyəsidir. Jurnalist A.Əliyevin təbirincə söyləmiş olsaq, "insanın bütün əsəb telləri beyinin boz maddəsinə bağlı olduğu kimi, cəmiyyətin də bütün "örkənləri", son nəticədə gəlib söz azadlığı adlandırmağımız "doğanaqdan" keçir".

Bütün siyasi rejimlərdə cəmiyyətdə KİV üzərində nəzarət uğrunda mübarizə gedir. Cəmiyyətdə söz və fikir azadlığını gerçəkləşdirən KİV demokratik idarəçilik formalarının bərqərar olması üçün müstəsna rol oynamalı olur. Avtoritar, xüsusilə də, totalitar rejimlərdə dövlət hakimiyyəti mətbuat, radio və televiziya üzərində güclü nəzarət qoyur və beləliklə, KİV-i rəsmi təbliğat ruporuna çevirir.

Ümumiyyətlə, mövcud siyasi skeptizm burada da öz izlərini buraxmışdır. Bununla belə, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan  Konstitusiyasında da (1995) vətəndaşların özünümüdafiə azadlığı təsbit edilmişdir. Müvafiq akta əsasən, Azərbaycan vətəndaşları informasiya toplamaq, yaymaq və almaq huquqlarına malikdirlər (maddə 50). Bu hüquqların real təminatçılarından biri kimi KİV çıxış edir. Beləliklə, KİV insan hüquqlarının qorunmasının praktiki taminatçılarından biridir.

İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin I paraqrafında deyilir: "Hər kəsin azad özünümüfadə etmək hüququ var". Konstitusiyalarda da təsbit olunduğu kimi, bu hüquq özünə, fikir azadlığını, sarhədlərdən asılı olmayaraq, hökumət müdaxiləsi olmadan informasiya toplamaq və almaq, ideyaları yaymaq hüquqlarını daxil edir. Z.Musayeva yazır: "Avropa Məhkəməsi hüquqi dövlətdə, KİV-in, xüsusilə də, mətbuatın oynadığı mühüm rolu dönə-dönə israr edir. Mətbuat ikili rolu yerinə yetirdiyindən (informasiya daşıyıcısı və asayiş qoruyucusu), ona daha geniş səlahiyyətlər verilməlidir. Mətbuat İnsan Hlüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsini pozmamaqla, ictimai maraq kəsb edən informasiya və ideyaları yaymalıdır. Mətbuat informasiyanı çap etdirmək, ictimaiyyət isə onu almaq hüququna malikdirlər.

Beləliklə, "Assoşeyted Press" agentliyinin keçmiş rəhbəri Kent Kuperin də söylədiyi kimi, "cəmiyyətin informasiya almaq hüququ var". Müvafiq şüarı öz kitabına başlıq seçən jurnalist H.Kross 1953-cü ildə belə yazırdı: "Geniş xalq kütləsininin hakimiyyətin nə ilə məşğul olduğunu bilməyə haqqı var və mətbuat cəmiyyətin tamhüquqlu nümayəndəsi kimi bu barədə iformasiyanı toplamağa və dərc etməyə borcludur", "İnformasiya almaq hüququ" şüarı mətbuat azadlığı prinsipini həm də KİV-in cəmiyyət qarşısında xüsusi məsuliyyəti kimi dərk edən və buna görə özlərini dövlət orqanlarının bütün pillələrinin fəaliyyətini müşahidə etməyə, vətəndaşları haktmiyyətin özbaşınalığından qorumağa borclu bilən bütün jurnalistlərin böyük əksəriyyətinin bayrağına çevrilişdir.

İnformasiya almaq hüququ konsepsiyası Amerika mətbuatına uzunmüddətli, uğurlu kampaniya aparmaq üçün stimul verdı və bu kampaniya 1967-ci ildə Konqresin "İnformasiya azadlığı haqqında" qanun qəbul etməsi ilə nəticələndi. Bundan sonra ştatların çoxunda hökumətin iclasları açıq keçirilməyə başladı, rəsmi protokollar jurnalistlər üçün açıq elan edildi. Yeni qanun və qaydalar jurnalistləri tam qane etməsə də, hər halda, dövlət orqanlarının işi haqqında əhalini məlumatlandırmağa imkan yaratdı. Beləliklə, cəmiyyətin informasiya almaq hüququ hakimiyyət strukturlarının qapılarının ictimaiyyətə açılması ilə, bilavasitə əlaqədardır." İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fikrincə, hüquqi dövlətdə mətbuat xüsusi rol oynamaqla, ideya və fikirlərin yayılmasında müstəsna əhəmiyyət kəsb edir. Özünü ifadəetmə azadlığı (fikir və söz azadlığı) demokratik cəmiyyətin təməl daşı olmaqla, onun gələcək inkişafının başlıca şərtidir. Konvensiyanın II paraqrafına əsasən, cari prinsip təkcə rəğbətlə qəbul edilən və təhqirəmiz hesab edilməyən informasiya və ideyalara aid olmayıb, həmçinin, təhqiramiz, qeyri-adi və provokasiya xarakterli informasiya və ideyalara da aiddir. Bax, əsl demokratiyanın tələbləri də elə budur - plüralizm, baxışların müxtəlifliyi və zidd fikirlərin qəbul edilməsi.

Professor T.Piterson özünün 1956-cı ildə nəşr etdirdiyi "Mətbuatın dörd nəzəriyyəsi" kitabında yazır: "Mətbuat mütləq insan azadlığından savayı heç nə ilə hesalaşmamalıdır. Mətbuat məsuliyyətli, yaxud məsuliyyətsiz ola bilər, həqiqəti, yaxud yalanı dərc edə bilər. Burada qorxulu heç bir şey yoxdur. Çünki oxucular və tamaşaçılar kifayət qədər ağıllıdırlar və yaxşı ilə pisi biri-birindən ayırmaq iqtidarındadılar. Belə baxışlar azad ideya bazarının yaranmasına məhdudiyyət qoyulmadan hamının səsini eştməyə imkan verir, bu isə həqiqətə çatmağın ən düzgün yoludur".

İctimai maraqlarla əlaqədar olan, yaxud siyasi debatlar əsnasında bildirilən, yaxud hər hansı bir siyasi xadımlə əlaqədar olan informasiyalar ciddi-cəhdlə qorunmalıdırlar. Avropa Məhkəməsinin sözləri ilə söyləmiş olsaq: "Mətbuat azadlığı, ictimaiyyətə öz siyasi liderləri haqqtında fikrin formalaşdırılmasında, onların davranış və ideyaları barədə rəyin yaradılmasına ən səmərəli məsələlərə dair şərh vermək imkanı yaratmaqla yanaşı, siyasi debatlarda azad iştirak etmək istəyi də doğurur. Bütün bunlar isə, demokratik cəmiyyət konsepsiyasının əsasını təşkil edir."

Mətbuat azadlığı, ilk növbədə,  hakimiyyət orqanlarının fəaliyyətini işıqlandırmaq üçün lazımdır. Demkratik inkişaf etmiş cəmiyyətdə mətbuat hökumətdən və digər hakimiyyət institutlarından  asılı olmur. Məhz bu müstəqillik mətbuata siyasi çətinliklərin cərəyan etdiyi forum rolunu oynamağa imkan verir.

Z.Musayevanın fikrincə, azad cəmiyyətdə vətəndaşın ayrılmaz hüquqlarından biri olan mətbuat azadlıığını daim müdafiə etmək lazımdır. Bu hüquq hökumətin, digər   ictimai və şəxsi institutların bəyanatlarını, hərəkətlərini müzakirə və tənqid etməyə tam şərait yaradılmasını nəzərdə tutur. Geniş ictimaiyyətin informasiya almaq hüququnu hər şeydən üstün tutmaq, hakimiyyətin bütün təbəqələrinın işi haqqında məxfi olmayan informasiyanı əldə etmək üçün qətiyyətlə səy göstərmək lazımdır.

Mətbuat öz azadlığını yalnız informasiya vermək, yaxud ictimai diskussiyalara şərait yaratmaq üçün qazanmayıb. Bu azadlıq mətbuata həm də cəmiyyətdə müstəqil müşahidəçı rolu oynamaq, bütün təsiri güc mərkəzlərinin, o cümlədən, hakimiyyətin bütün təbəqələrinin işinə yorulmadan nəzarət etmək üçün lazımdır, Mətbuat azadlığı xalqa məxsusdur, onu dövlətin və şəxsi institutların hər cür təcavüzündən qorumaq lazımdır. İnsan hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsi öz fikrini ifadə etmək azadlığına qarşı dövlət hakimiyyəti tərəfindən qoyula biləcək məhdudiyyətləri təkzib edir.

Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 19-cu maddəsində bu barədə müvafiq müddəa yoxdur. 19-cu maddənin müzakirəsi zamanı cari fikir bir çox nümayəndə heyəti tarəfindən dəstəklənmədiyi üçün    kənarlaşdırıldı. Yekdil fikir bundan ibarət oldu ki, mətbuat azadlığına qarşı təhlükəni təkcə dövlət hakimiyyətinin müdaxiləsində deyil, həmçinin, özəl şəxslərin də nəzarətində görmək lazımdır. İnsan hüquqları üzrə komitənin 19-cu maddə ilə əlaqədar ümumi tövsiyələrində də göstərildiyi kimi, "müasir KİV-in inkişafı ilə əlaqədar, mətbuat üzərində nəzarətin qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmək lazımdır. Bu isə, 19-cu maddənin 3 paraqrafında göstərilən özünü ifadə etmək azadlığınının gerçəkləşdirilməsi demək olardı."

əllif göstərir ki, Avropa Məhkəməsi və Avropa Şurası İnsan Hüquqları üzrə Komissiyası belə qeyd edirlər ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasını imzalamış dövlətlər, öz vəzifələrini təkcə mətbuata müdaxilə etməməklə məhdudlaşdırmamalı, həmçinın, əməli tədbirlər də həyata keçirməlidirlər. Mətbuat azadlığı ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Komissiyası belə bəyan edir ki, özəl fikir və informasiya azadlığı elə bir şərait yarada bilər ki, dövlət, həddən artıq mətbuat bolluğuna rəğmən öz vəzifələrini lazımınca yerinə yetirə bilməsin.

Avropa Şurası Nazirlər Komitəsi 1982-cı ildə insan hüquqları ilə bağlı belə bir bəyanat verdi: "Dövlətin əsəs vazifəsi, fikir və informasiya azadlığına qarşı hər hansı bir cəhdin qarşısını almaq, müxtəlif kütləvi informasiya vasitələrinin stimullaşdırılmasına doğru yönəldilmiş siyasət aparmaq, informasiya mənbələrinin rəngarəngliyini artırmaq və cəmiyyətdə fikir və ideya plüralizmini təmin etməkdən ibarətdir"'.

Mətbuat azadlığı ilə əlaqədar dövlətlərin götürdükləri öhdəliklər, yəni 10-cu maddənin dəstəklənməsi və onun bir qədər başqa aspektdən interpretasiyası Avropa Şurası İnsan Hüquqları üzrə Komissiyasının 1985-ci ildə keçirilmiş Siviliya Kollokviumunda da öz əksini tapır. Qeyd olunan 10-cu maddə bir daha təsbit olunduqudan sonra bildirildi ki, "demokratik cəmiyyətdə dövlət informasiya və fikir azadlığına necə riayət olunduğuna nəzarət etməklə yanaşı, KİV-in fəaliyyətinə dövlət orqanlarının müdaxiləsinin qarşısını almalı, plüralizmi təmin etməli, bərabərsizliyi aradan qaldırmalıdır."

Avropa Şurası Nazirlər Komitəsi və Parlament Assambleyası təkidlə israr edirlər ki, iştirakçı dövlətlər mətbuat azadlığı üçün pozitiv tədbirlər həyata keçirsinlər, mətbuat plüralizmini təmin etsinlər - köməyi ilə redaksiyaları və onların siyasətlərini asılı vəziyyətdə qoymasınlar.

 

VAHİD ÖMƏROV,  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 31 dekabr.- S.15