Səyyar “ASAN xidmət”
Əmircan qəsəbəsində
Səyyar “ASAN xidmət”
yanvarın 28-dən fevralın 6-dək Suraxanı rayonu Əmircan qəsəbəsində
Bakı şəhərinin sakinlərinə xidmət göstərəcək.Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər
ki, səyyar şəkildə
göstərilən xidmətlər Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Daxili
İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən
təqdim olunur.Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq
vəziyyəti aktlarının dövlət
qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi
və dəyişdirilməsi, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin
dəyişdirilməsi, əmək pensiyalarının təyin
edilməsi, mənzillər üzərində
mülkiyyət hüquqlarının ilkin
və təkrar dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki
pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə,
dövlət qeydiyyatına alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən
arayışların verilməsi, fərdi yaşayış
evləri üzərində mülkiyyət hüquqlarının
təkrar dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki
pasportların verilməsi daxildir.Səyyar “ASAN xidmət”in həyata
keçirilməsinin əsas məqsədləri dövlət
xidmətlərinin vətəndaşlara daha
rahat, yeni və innovativ üsullarla təqdim
edilməsi, vətəndaşlar üçün
əlçatanlığın təmin edilməsi və vətəndaş
məmnunluğuna nail olunmasıdır.
Səs.-
2016.- 29 yanvar.- S.4