Prezident İlham Əliyev Birləşmiş
Ərəb Əmirliklərində rəsmi səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar. Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Fevralın 1-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirdi. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə etdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıldı. Dövlətimizin başçısı məlumat verdi ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd etdi. Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edildi, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. Dövlətimizin başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət etdi.
Birləşmiş Ərəb Əmirliklərində
rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini
ziyarət edib. Dövlətimizin
başçısına məlumat verildi ki, məscid Birləşmiş Ərəb
Əmirliklərinin qurucusu Şeyx
Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü
ilə inşa edilib. Onun məzarı da
buradadır. Prezident İlham
Əliyev Şeyx Zayed
bin Sultan Əl Nəhyanın
məzarını ziyarət etdi. Şeyx Zayed məscidi
ölkənin ən böyük məscidi
hesab edilir. Cümə
və bayram namazlarında buraya
gələnlərin sayının 40 min nəfərə
çatdığı bildirilir. Məscidin
nadir elementlərindən biri
də əsas ibadət otağının
xalçasıdır. Bu xalça
dünyanın ən böyük
xalçası sayılır. Ümumi sahəsi
5627 kvadratmetr olan
xalçanın çəkisi 35 tondur. Məscid
kompleksinin kitabxanasında İslam
dininə aid bir
sıra klassik nəşrlər, 200 ildən
çox yaşı olan
qəpiklər, xəttatlıq nümunələri var. Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev
məscidin xatirə kitabına ürək sözlərini
yazdı.
Səs.- 2016.- 2 fevral.- S.1