Media Azərbaycan
Prezidentinin diqqət mərkəzindədir
Azərbaycan
dövləti mətbuata qayğısını heç vaxt əsirgəməyib
"Biz
çalışmalıyıq ki, görülən
bütün işlər haqqında cəmiyyətimizə
dolğun məlumat çatdıraq. Eyni
zamanda, mövcud olan problemləri də tam şəkildə
diqqətə çatdıraq. Mətbuatda
gedən tənqidi materiallar mənim fəaliyyətimə də
köməkdir. Mən bəzi şeyləri
belə verilişlərdən, məqalələrdən
götürürəm. Bu, çox önəmlidir.
İqtidarla mətbuat arasında daim əlaqə,
ünsiyyət olmalıdır. Mən
bununla demək istəmirəm ki, bu əlaqə daim çox
xoş olmalıdır, yaxud da müsbət olmalıdır.
Yox, amma bu, olmalıdır".
İlham ƏLİYEV
Demokratik quruluşun, vətəndaş
cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib
hissələrindən biri də məhz söz və mətbuat
azadlığının maksimum səviyyədə təmin
olunmasıdır. Kütləvi informasiya
vasitələri cəmiyyət həyatının
bütün sahələrinə təsir göstərən
qüdrətli vasitələrdən biri kimi ictimai rəyin
formalaşmasında, habelə ictimai-siyasi proseslərin
inkişaf istiqamətlərinin müəyyənləşməsində
mühüm rol oynayır. Təsadüfi
deyil ki, ictimai rəyə təsir göstərmək
imkanlarına görə kütləvi informasiya vasitələri,
məcazi mənada "dördüncü hakimiyyət"
adlandırılır. Azərbaycanda
iqtisadi proseslərlə siyasi islahatların bir-birini
tamamlaması zərurətini realist siyasətçi kimi daim
önə çəkən Cənab İlham Əliyev ötən
12 ildə söz və mətbuat azadlığının
yüksək səviyyədə təminatı
üçün bütün zəruri tədbirləri həyata
keçirmişdir.
Azərbaycan
milli mətbuatının 140 illik yubileyinin yüksək səviyyədə
qeyd olunması, milli jurnalistikanın inkişafında rolu
olmuş qələm sahiblərinin
mükafatlandırılması, 40-dək qəzetə və
informasiya agentliyinə birdəfəlik yardımların verilməsi,
Mətbuat Şurasının yeni binasının təntənəli
açılış mərasiminin keçirilməsi,
jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan müəəyyən
vəsatlərin ayrılması bu diqqət və
qayğının bariz təcəssümüdür. Ümumilikdə, dövlətin birinci şəxsi səviyyəsində
nümayiş etdirilən qətiyyət və siyasi iradənin
nəticəsidir ki, bu gün kütləvi informasiya vasitələri
istənilən məsələ ilə bağlı
mövqeyini açıq ifadə edə bilir, xüsusən də
müstəqil fəaliyyət göstərən qəzetlərin
bu sahədə hansısa problemi yoxdur.
Ölkədə azad fikrə, tənqidi mövqeyə
dözümlü münasibət mövcuddur. Jurnalistlər
istənilən dövlət orqanını, yüksək vəzifəli
məmuru tənqid edə bilirlər. Prezident İlham
Əliyev Mətbuat Şurası İdarə Heyətinin
üzvləri ilə görüşdə bununla bağlı
vurğulamışdı: "Bizdə söz
azadlığı var. Biz söz azadlığını
qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan
iqtidarı tənqidlərə də, hətta təhqirlərə
də dözümlüdür. Mən
Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət
ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis
qarşılanır. Mediada yalan
informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox
geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan
sonra bu yalanın ətrafında müzakirələr aparmaq,
elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu
yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq
xəbər kimi yenə qaytarmaq - bütün bunları biz
bilirik. Mən hesab edirəm ki, bu siyasi
mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən
getməlidir".
Mətbuatın böyük himayədarı
Azərbaycanda demokratikləşmə proseslərinin
ölçü meyarına - barometrinə çevrilən
söz və mətbuat azadlığının
inkişafı, ümumilikdə respublikanın hüquq
sisteminin liberallaşdırılması və müasirləşdirilməsi
prosesi ilə üzvi surətdə bağlıdır. Xatırlatmaq
lazımdır ki, Ulu Öndər Heydər Əliyevin
1993-cü ilin iyununda hakimiyyətə
qayıdışından sonra cəmiyyət həyatının
bütün sahələrində olduğu kimi, kütləvi
informasiya vasitələrinin inkişafı, söz, mətbuat
azadlığının təminatı sahəsində də
yeni imkanlar açılmışdır. Vətəndaş
cəmiyyəti quruculuğunu özünün inkişaf modeli
kimi qəbul edən Azərbaycan Respublikası son 10 ildə
insan hüquqları, söz və mətbuat
azadlığının təmini ilə bağlı bir
sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.
Müstəqil mətbuat orqanlarının təsis
edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə
zəruri qanunvericilik bazası yaradılmışdır.
Müstəqil Azərbaycanın 1995-ci ilin
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
olunmuş ilk Konstitusiyasının 50-ci maddəsində
ölkə vətəndaşlarının söz, məlumat
toplamaq, öz rəyini sərbəst ifadə etmək və
digər azadlıqları təsbit olunmuşdur. Digər qanunvericilik aktlarında da əksini
tapmış bu azadlıqlar ölkə vətəndaşlarının
qanuni üsullarla informasiya axtarmaq, əldə etmək, hazırlamaq,
ötürmək, istehsal etmək və yaymaq hüququna
dövlət tərəfindən verilən təminata əsaslanır.
Qüvvədə olan "Kütləvi
informasiya vasitələri haqqında" qanuna əsasən,
kütləvi informasiya vasitələrinin təsis olunması,
onlara sahiblik, onlardan istifadə və idarə edilməsi
qanunvericilikdə nəzərdə tutulan hallardan savayı, məhdudlaşdırıla
bilməz. Ümummilli Lider Heydər Əliyevin 6 avqust
1998-ci il tarixli "Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində tədbirlər
haqqında" Fərmanı ilə kütləvi informasiya
vasitələri üzərində senzura ləğv
olunmuş, bu sahənin inkişafını
stimullaşdıran bir sıra zəruri tədbirlər həyata
keçirilmişdir. 2001-ci ildə Avropa
Şurası kimi mötəbər bir təşkilatın
tamhüquqlu üzvlüyünə qəbul olunmuş respublikamız
ölkədə söz, mətbuat azadlığının,
fikir plüralizminin gücləndirilməsi istiqamətində
yeni təcrübə və imkanlar əldə etmişdir.
Son 12 ildə "Kütləvi informasiya vasitələri
haqqında", "İnformasiya azadlığı
haqqında" və digər qanunlar qəbul edilmiş, bu zaman
Avropa Şurasının mütərəqqi rəy və təklifləri
nəzərə alınmışdır. Bütün
bunların nəticəsi olaraq hazırda Azərbaycanda söz
və mətbuat azadlığı sahəsindəki mövcud
vəziyyət qabaqcıl demokratik ölkələrlə
müqayisə edilə bilər. Bu
baxımdan, biz daim müşahidə etmişik ki, KİV-in
üzləşdiyi bir sıra problemlər nəzərə
alınmaqla mətbuata davamlı olaraq qayğı və diqqət
göstərilir. Məsələn, unutmaq olmaz ki, mətbuatın
maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi
məqsədilə "Qəzetlərin Azərbaycan nəşriyyatına
olan borclarının ödənilməsi barədə" sərəncamlara
əsasən, qəzetlərin "Azərbaycan" nəşriyyatına
olan borcları dövlət büdcəsindən ödənilmişdir.
Xüsusi qeyd etmək lazımdır ki,
borcları ödənilən qəzetlər sırasında
müstəqil və müxalifyönlü qəzetlər
çoxluq təşkil etmişdir. Azərbaycan Prezidenti
İlham Əliyevin
"Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinə birdəfəlik maliyyə
yardımı göstərilməsi haqqında", eləcə
də "Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları
isə təsdiqləmişdir.
Mətbuat
Şurasının təklifi diqqətə alınacaq
Azərbaycanda mətbuata göstərilən dövlət
qayğısı davamlı və sistemli səciyyə
daşıyır. Ümumiyyətlə, milli mətbuatın
inkişafı çərçivəsində həyata
keçirilən tədbirlər, ilk növbədə onu
göstərir ki, dövlət başçısı
İlham Əliyev ölkədə demokratik proseslərin,
siyasi plüralizmin dərinləşdirilməsində
KİV-in həlledici rolunu önə çəkir.
Dövlət başçısı İlham Əliyev bu məqama
da xüsusi diqqət çəkmişdir: "Mən onu da
demək istəyirəm və tam əminəm ki, Azərbaycanda
bütün vətəndaşlar - Prezidentdən
başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu
vətəndaşlar olmalıdır. Yəni qanun
qarşısında heç kimin imtiyazı ola
bilməz. Hansısa peşə sahibi olmaq o demək
deyil ki, bu, kimdəsə immunitet yaradır, yaxud da ki, kimisə
toxunulmaz edir. Jurnalist həmrəyliyi
çox yaxşı şeydir və mən bunu bəyənirəm.
Ancaq bəzi hallarda biz bunu görürük ki,
jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara
qoyur və sadəcə olaraq, jurnalistlərin
hüquqlarının qorunması məsələləri ilə
bağlı fikirlər ortaya qoyulur. Biz
burada hüquqların qorunması ilə bərabər, eyni
zamanda, qanunun aliliyini də təmin etməliyik". Ümumilikdə, son proseslər bir daha təsdiqləyir
ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat
azadlığının başlıca təminatçısıdır
və bu sahədə həyata keçirilən islahatları
demokratikləşmə prosesinin mühüm tərkib hissəsi
kimi dəyərləndirir.
Bu arada son zamanlar dünya bazarında neftin qiymətinin
ucuzlaşması səbəbindən bir çox ölkələrdə,
o cümlədən Azərbaycanda da müəyyən iqtisadi
çətinliklər yaranmışdır. Təbii ki, bu
amil mətbuata da öz təsiri göstərməkdədir.
Ancaq buna baxmayaraq, ölkə rəhbəri bir
daha vurğulayır ki, O, hər zaman mətbuatın
yanındadır və mətbuatın dostudur.
Yeri gəlmişkən, Azərbaycan Mətbuat
Şurasının sədri, deputat Əflatun Amaşov
mövcud vəziyyətdə ölkə mətbuatının,
qəzetlərin çətinliklə üzləşməmələri
üçün Milli Məclisdə maraqlı təkliflə
çıxış edib. "SƏS"ə
daxil olan məlumata görə, deputat deyib ki, devalvasiya
mühiti mətbuatın fəaliyyətinə ciddi təsir
göstərib. Onun sözlərinə görə, qəzetlərin
aldıqları kağızın qiyməti kifayət qədər
qalxıb: "Eləcə də qəzetlərin çap xərci
50 faiz qalxıb. Fikrimcə, biz mətbuatın
probleminə diqqəti artırmalıyıq. Hesab edirəm ki, mətbuat sahəsinə əlavə
dəyər vergisinin tətbiqinin ləğv edilməsi məsələsi
gündəmə gəlməlidir".
Belə qənaətə gəlmək
mümkündür ki, ölkə rəhbərliyi bir daha mətbuata
doğru növbəti uğurlu addım ataraq, bu və bu kimi
çətinliklərin aradan qaldırılması
üçün mütərəqqi mövqe sərgiləyək. Çünki
Azərbaycan dövləti, ölkə Prezidenti İlham
Əliyev Cənabları mətbuata olan dostluğunu davamlı
olaraq saxlamaqdadır. Məhz Onun diqqət
və qayğısı nəticəsində Azərbaycan mətbuatı
üzləşdiyi çətinlikdən uğurla
çıxacaq.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2016.- 3 fevral.- S. 7