Gənclər Günündə
zərdablı gənclərin ümumrayon
tədbiri keçirilib
2 Fevral Gənclər Günü münasibətilə Zərdab rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gənclərin ümumrayon tədbiri keçirilib. İlk öncə, gənclər Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər, Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə öz işinə başlayıb.
Giriş sözü ilə çıxış edən Zərdab rayon icra hakimiyyəti başçısının müavini Lalə Əmirəliyeva bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti hazırda qətiyyətlə həyata keçirilir: “Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu Öndərin gəncliyə və gənclərə etimadı öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti Cənab İlham Əliyev gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir Natiq gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsi barədə, o cümlədən də zərdablı gənclərin respublika və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdən ətraflı söz açıYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək gəncləri bayramları münasibətilə təbrik edib, onların təhsil, səhiyyə və idman sahələrində qazandıqları uğurları yüksək qiymətləndirib Pərvin Mahmudova bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının günü-gündən gənclərlə genişlənməsindən danışıb. Bildirib ki, hazırda partiya üzvlərinin çoxunu gənclər təşkil edir: “Bu fakt gənclərin Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir”.
YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Ələkbər Kərimov, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov çıxış edərək Azərbaycanda həyata keçirilən müasir gənclər siyasətindən danışıblar. Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə partiya vəsiqələri təqdim edilib, müxtəlif sahələrdə fərqlənən bir qrup gəncə isə qiymətli hədiyyələr verilib Sonda zərdablı gənclər adından ölkə Prezidentinə müraciət ünvanlanıb.
İntizarə Məmmədova
Səs.-
2016.- 3 fevral.- S. 11