Sonsuz Dəhlizfilmi “Global Film Awards” mükafatına layiq görülüb

 

Müstəqil litvalı rejissor Aleksandras Brokasın çəkdiyiSonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsininHumanitar mükafat”ına layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənXocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunan bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminə bu mükafatMüstəsna nailiyyətnominasiyası üzrə verilib.

“Global Film Awards” dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir ki, onun məqsədi film, televiziya, video yeni media sahəsində müstəsna nailiyyətləri qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınmış kinorejissorlarla yanaşı, karyera pilləsinin başlanğıcında olan rejissorların filmləri təqdim edilir film sənayesində öz sözünü demiş peşəkar müstəqil münsiflər heyəti tərəfindən seçilir. Builki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya Avstraliya istehsalı olan filmlər yer alıb.

“Global Film Awards” tərəfindən təqdim olunanHumanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər jürilər tərəfindən il ərzində daxil olan yüzlərlə filmin içərisindən diqqətlə seçilir.

Sözügedən müsabiqə artıq 11 ildir keçirilir. 2015-ci ildə “Humanitar mükafata layiq görülmüş filmlərin siyahısı aşağıdakı keçiddə verilib: http://globalfilmawards.com/about-global-film-awards

Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan, alman və ərəb dillərinə tərcümə olunub.

Film Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında və İsrailinChannel 1” televiziya kanalında nümayiş etdirilib.

Qeyd edək ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya FilmTeleviziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzluGrammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Ekran əsəri britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Yeni Azərbaycan.- 2016.- 5 fevral.- S.11