8 FEVRAL - AZƏRBAYCANIN
KOSMİK AİLƏYƏ DAXİL OLDUĞU TARİX
İlham Əliyev: "Azərbaycan
artıq kosmik ölkələr
sırasına daxil olmuşdur"
Üç
il öncə - 2013-cü il
fevralın 8-də müstəqillik tariximizin
ən önəmli hadisələrindən - Azərbaycan
Respublikasının ilk telekommunikasiya
peyki - "Azərspace-1" uğurla orbitə buraxıldı. 2013-cü il tarixi və uğurlu hadisələr ili
kimi qeyd etsək, daha obyektiv olar.
Belə ki, ilin vacib hadisələrindən ən mühümü oktyabrda keçirilmiş prezident
seçkiləridir. Eyni zamanda, 2013-cu il
ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik
fəaliyyəti, Yeni Azərbaycan
Partiyasının V Qurultayının keçirilməsi, Azərbaycanın
ilk süni peykinin orbitə buraxılması da 2013-cü ilin mühüm hadisələrindəndir. Dövlət başçısının xüsusi diqqət yetirdiyi
sahələrdən biri də məhz Azərbaycanda
rabitə və informasiya
texnologiyalarının sürətli yüksəlişinin təmin
edilməsi, respublikamızın bu sahədə
əlverişli tranzit ölkəyə və
regional mərkəzə çevrilməsi
istiqamətində kompleks tədbirlərin
həyata keçirilməsini təmin etməkdir. Qafqazda ilk peyk operatoru - "Azərkosmos"
Prezident İlham
Əliyev
2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması"
barədə Sərəncam imzalaması
və 2009-cu ildə
ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin prioritetliyini bir daha göstərmişdir. 2013-cü ildə
ölkədə "İnformasiya-kommunikasiya
texnologiyaları ili"nin elan edilməsi də bu sahənin inkişafına dövlət
səviyyəsində göstərilən
diqqətin əyani təsdiqidir.
Ölkə başçısı
2010-cı ildə "Azərkosmos"
Açıq Səhmdar
Cəmiyyətinin təsis
edilməsi haqqında
Sərəncam imzaladı.
Adıçəkilən quruma telekommunikasiya
peykinin istehsalı və orbitə çıxarılması, əsas
və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin
yaradılması ilə
bağlı xüsusi
tapşırıq verildi.
Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" fəaliyyət
göstərdiyi qısa
müddətdə ölkəmizdə
teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi,
hökumət və korporativ müştərilərin
tələblərinə cavab
verən yüksək
etibarlı rabitə platformalarının təmin
edilməsi istiqamətində
iş apardı. Bütün səylər ölkəmizin
ilk süni peyki olan "Azerspace-1"in hazırlanmasına
və orbitə buraxılmasına yönəldi.
Beləliklə, 2013-cü il
fevralın 8-də Azərbaycan
Respublikasının ilk peyki
- "Azerspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan
Fransız Qvianasındakı
Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən
üzərində üçrəngli
Azərbaycan bayrağı
olan "Ariane-5" daşıyıcı
raketi ilə orbitə buraxıldı. Bu hadisə Azərbaycanın
növbəti böyük
uğuru kimi səciyyələndirildi. Prezident İlham Əliyev peykin orbitə uğurla buraxılması münasibətilə
Azərbaycan xalqını
təbrik etdi: "Bu gün birinci Azərbaycan telekommunikasiya
peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün
Azərbaycan xalqını
ürəkdən təbrik
edirəm. Bu, doğrudan da, tarixi bir gündür,
böyük nailiyyətdir,
dövlətimizin böyük
qələbəsidir. Bu
hadisə onu göstərir ki, müstəqil Azərbaycan
dövləti sürətlə,
hərtərəfli inkişaf
edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə
bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə, Azərbaycan
mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm".
Azərbaycan kosmosdan Ermənistnın və işğal olunmuş ərazilərinin
bütün nötələrini
öz "övcunun
içi" kimi görür
Azərbaycan kosmosa peyk buraxmaq niyyətimiz ortaya çıxanda İrəvanda yazarlar bizi məsxərəyə
qoyan yazılar dərc edərək bildirirdilər ki, peyklə nə işimiz varmış.
Çünki məsxərəyə qoyulası Ermənistan özüdür. Çünki
bu gün
Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə
olması, əhalinin maddi rifah halının
gündən-günə ağırlaşmaqdadır.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın
ilk telekommunikasiya peykinin
orbitə çıxarılmasını
tarixi bir gün kimi qiymətləndirmişdi:
"Bu gün ölkəmizin
həyatında çox
əlamətdar və
tarixi bir gündür. Bu gün
birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı.
Bu tarixi hadisə
münasibətilə bütün
Azərbaycan xalqını
ürəkdən təbrik
edirəm. Bu, doğrudan da tarixi bir gündür,
böyük nailiyyətdir,
dövlətimizin böyük
qələbəsidir. Bu
hadisə onu göstərir ki, müstəqil Azərbaycan
dövləti sürətlə,
hərtərəfli inkişaf
edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə
bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan
mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün bu
salonda əyləşən
gənc mütəxəssislərimiz
artıq peşəkar
mütəxəssislərdir, bizim fəxrimizdirlər.
Mən çox şadam ki, bu gözəl
idarəetmə mərkəzində
çalışan işçilərin
böyük əksəriyyəti
Azərbaycan vətəndaşlarıdır".
Dövlət
başçısı ilk peykin
buraxılması zamanı
bildirmşdi ki, gələcəkdə yeni
peyklərin orbitə çıxarılması istiqamətində
də fəal iş gedir və
2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq. Bəli, bu gün deyilənlər artıq reallığa çevrilir.
Növbəti ikinci peykin orbitə buraxılması
ismtiqamətində hazırlıq
işləri uğurla
aparılır.
Bu gün işğalçı
ölkə bilməlidir
ki, Azərbaycan kosmosdan Ermənistnın və işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin
bütün nötələrini
öz "övcunun içi" kimi görür, vaxtı ilə Azərbaycanın kosmik dövlət olacağına
barmaqarası baxıb
istehza edən işğalçı rejim
indi bu faktordan
böyük xof və sonsuz qorxu hissi keçirir.
Beləliklə, Azərbaycan peykin
orbitə buraxılması
ölkənin sosial-siyasi
və iqtisadi sahələr daxil olmaqla müxtəlif sahələrdə əldə
etdiyi uğurların təsdiqidir. Eyni zamanda,
peykin orbitə çıxarılması Azərbaycanın
kosmik sənaye ölkəsinə çevrilməsi
üzrə perspektiv layihələrin həyata
keçirilməsində ilk addım oldu.
R.KAMALQIZI
Səs.-
2016.- 6 fevral.- S.5