"Multikulturalizim Azərbaycan cəmiyyətinin normal həyat tərzidir"

 Tərtərdə "Multikulturalizim ili" ilə bağlı tədbir keçirilib

    

      Dünən "Multikulturalizim ili" ilə bağlı Tərtərdə geniş tədbir keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti, təhsil, səhiyyə, mədəniyyət digər idarə, müəssisə təşkilatlarda çalışanlar, yerli mətbuatın nümayəndələri iştirak ediblər.

     YAP Tərtər rayon təşkilatı qadınlar şurasının üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova "Multikulturalizim Azərbaycan Cəmiyyətinin normal həyat tərzidir" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizim ili" elan olunması, ölkəmizdə müxtəlif millətlərə məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı ölkəmizdə yaşayan azsaylı xalqların dövlətimizin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmiş siyasətin ardıcıl olaraq həyata keçirilməsinin məntiqi nəticəsidir: "Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Çünki bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu təməl üzərində qurur".

     Məruzə ətrafında Tərtər Cümə məscidinin axundu Sədi Cəfərov, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, rayon icra hakimiyyəti aparatının aparıcı-məsləhətçisi Tunarə Məmmədzadə, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Elxan Məmmədov, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov başqaları çıxış edərək bildiriblər ki, bu  gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir.

    

 RƏFİQƏ

Səs.- 2016.- 6 fevral.- S. 4