YAP Masallı rayon
təşkilatı gənclər birliyi və
qadınlar şurasının üzvləri rayonda
məskulaşan Xocalı ailəsi ilə görüşüb
Dünən qan yaddaşımız olan Xocalı soyqırımının 24 illiyi ilə bağlı YAP Masallı rayon təşkilatı gənclər birliyi və qadınlar şurasının üzvləri rayonun Ərkivan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Yusif Quliyev Məhəmməd oğlunun ailəsi ilə görüşü keçirilib. Görüşdə məcburi köçkün Y.Quliyev bildirib ki, erməni işğalçılarının torpaqlarımızı işğal etməsindən sonra öz doğma yurd-yuvasından didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin qayğı və problemləri daima Ümummilli Liderimiz Heydər Əliyevin diqqət və qayğısı altında olub. Qeyd olunub ki, Azərbaycanın dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı, xaos və anarxiyanın baş alıb getdiyi bir zamanda xalqımızın təkidli tələbindən sonra ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətimizin ən ağır siyasi və keşməkeşli günlərində belə, bir an da olsun qaçqın və məcburi köçkünlərin problemlərini özünün diqqət mərkəzindən ayırmırdı. Bu fakt, bütün varlığı ilə öz xalqına bağlı olan bir Liderin, dahi şəxsiyyətin əsl vətən sevgisinin, millət atası kimi böyüklüyünün göstəricisi idi.
Xocalı sakini Y.Quliyev bütün qaçqın və məcburi köçkünlərin, o cümlədən xocalı sakinlərinin ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpaqlarımızın yaxın vaxtlarda işğaldan azad olunacağına əminliyini bildirdi.
Sonda YAP Masallı rayon təşkilatı tərəfindən Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsinə yardım göstərilib.
Ü.ƏSGƏROV
Səs.-
2016.- 18 fevral.- S.5
.