"Azərsu” və KİVDF jurnalistləri mükafatlandırdı
Bu gün Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.SİA-nın məlumatına görə, tədbirdə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, media rəhbərləri və jurnalistlər iştirak edib. Öncə jurnalistlər kompleksdə suyun emal prosesini canlı izləyiblər. Mətbuat nümayəndələrinə Ceyranbatan su anbarından götürülən suyun təmizlənmə prosesi barədə geniş məlumat verilib. Daha sonra tədbir öz işinə başlayıb.
Tədbir iştirakçılarını salamlayan
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov
müsabiqənin keçirilməsi barədə məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi
Azərbaycanda su təsərrüfatının
inkişafı və infrastrukturun yenidən
qurulması sahəsində həyata keçirilən tədbirlərin
ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan
ibarətdir. Q. Hüseynov müsabiqəyə
təqdim olunan yazılarda "Azərsu"
ASC-nin gördüyü
işlərin yazılarda öz əksini
tapdığına görə jurnalistlərə təşəkkürünü
bildirib: "Jurnalistlər müsabiqədə
çox aktiv iştirak etdilər. Mən çox
şad oldum ki, jurnalistlər bu kompleksi özləri gəlib gördülər
və suyun emal prosesinin canlı şahidi
oldular".Daha sonra çıxış edən KİVDF-nin direktoru V. Səfərli
bu ilin aprelin
1-dən, etibarən elan olunan
müsabiqənin mayın 20-də yekunlaşdığını
söyləyib. Onun sözlərinə
görə, müsabiqəyə 33 KİV-dən 51 yazı daxil olub. 40 jurnalist mükafatlandırılıb.Vüqar
Səfərli bildirib ki,
yazılar 3 ekspert tərəfindən qiymətləndirilib.
Müsabiqənin yekunlarına görə I yer
üçün (1 nəfər) 1000, II
yerlər üçün (2 nəfər)
800 manat, III yerlər üçün
(3 nəfər) 600 manat mükafat
nəzərdə tutulub. Birgə
razılığa əsasən, həvəsləndirici
mükafatların sayı 10-15-ə qaldırılıb (200 manat). Bundan əlavə, müsabiqədə nisbətən qənaətbəxş
nəticə göstərən daha 19
jurnalistə 100 manat pul
mükafatı verilib. Ümumilikdə,
müsahibəyə sənəd verən 51 jurnalistdən
40-ı mükafatlandırılıb.Qeyd edək ki, mükafatlandırılanlar arasında “Səs”
qəzetinin və “Səs” İnformasiya
Agentliyinin (SİA) əməkdaşları
da olub.
Səs.-
2016.- 2 iyun.- S.10