Dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar

         

          Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə dövlət qulluqçuları üçün müəyyən edilmiş təminatlar sistemində onların sosial-iqtisadi müdafiəsinə - dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər; lazımi qulluq şəraiti; haqqı ödənilən məzuniyyət; dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası; müvafiq istiqamət üzrə əlavə təhsilalma; dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işədüzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; pensiya təminatı və dövlət sosial sığortası; qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta; icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq; dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq onaonun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusununonun ailə üzvlərinin müdafiəsi kimi məsələlər daxil edilmişdir.

          M.V.PresnyakovS.E.Çannov mülki qulluq haqqında Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, dövlət mülki qulluqçularının bütün təminatlarını əsas və əlavə təminatlara bölmüşlər. Onlar mülki qulluqçuların əsas dövlət təminatlarına - onların sosialhüquqi müdafiəsi üzrə təminatları, öz vəzifə öhdəliklərinin səmərəli icrası üçün əsasların artırılmasını və mülki qulluqda kadrların peşəkar tərkibinin sabitliyinin möhkəmləndirilməsini daxil etmişlər. Müəlliflər əsas dövləti təminatarın təsnifatını verdikdən sonra mülki qulluqçular üçün şəraiti müəyyən edən əlavə peşə hazırlığını, əmək haqqının və mülki qulluq vəzifəsinin saxlanıldığı dövr üzrə ixtisasın artırılmasını və stajkeçməni və digər bu kimi hüquqları əhatə edən təminatları onlar üçün əlavə təminatlar kimi ifadə etmişlər.

          Hüquqi dövlət quruculuğu prosesində dövlət qulluqçularının sosial müdafiəsinin tərkib hissəsi olaraq pensiya təminatı sahəsində islahatlar uğurla həyata keçirilmişdir. Dövlət qulluğu xüsusi fəaliyyət növü olduğu üçün dövlət qulluqçularının müxtəlif təsnifatı üzrə pensiya təminatına dair qanunvericinin yanaşması ümumidən fərqli olmuşdur. Nəticə etibarilə dövlət qulluqçularının pensiya təminatının əsaslarını və qaydasını tənzimləmək məqsədilə "Hərbi qulluqçuların pensiya təminatı haqqında" 1992-ci il 29 aprel tarixli və "Dövlət qulluqçularının pensiya təminatı haqqında" 2004-cü il 1 iyun tarixli Azərbaycan Respublikasının qanununları qəbul edilmişdir. Əmək pensiyası təminatının vahid qanunvericilik sistemini təmin etmək məqsədilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə həmin qanunlar qüvvədən düşmüşdür.

          Hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov yazır: "Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən etmək məqsədilə "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanunu" qəbul edilmişdir. Qanunu 3-cü maddəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Bütün fəaliyyət növlərini əhatə etməklə əmək pensiyası təminatı üzrə vahid qanunvericilik sisteminin yaradılması təqdirəlayiq hallardan biridir. Bu nöqteyi-nəzərdən əmək pensiyası təminatı hüququ bütün kateqoriya dövlət qulluqçularını da əhatə etmişdir. Dövlət qulluğu hüquq münasibətləri sisteminə daxil olan bütün subyektlərin əmək pensiyaları, məhz "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Həmin Qanunun 3.4-cü maddəsilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir. Dövlət qulluqçularının üçün əmək pensiyaları təyin edilərkən əmək pensiyasının növləri və tərkibi ümumi prinsiplər əsasında tətbiq edilir. Həmin qanunun "Qulluq stajına görə əmək pensiyasına əlavələr" adlanan 20-ci maddəsi ilə əmək pensiyalarının və ona əlavələrin təyin edilməsi üçün xüsusi qaydalar müəyyən edilmişdir. Qulluq anlayışı özündə müxtəlif sahələr üzrə fəaliyyət növünü ifadə edir. Qeyd olunan maddənin məzmununa əsasən, demək olar ki, burada qulluq stajına görə əmək pensiyasına əlavələr yalnız dövlət qulluğu hüququnun subyektləri, dövlət hakimiyyət orqanlarında dövlət qulluğu keçən şəxslər, yəni dövlət qulluqçuları üçün nəzərdə tutulmuşdur.

          O.Məmmədovun fikrincə, aparılmış elmi təhlillərin yekunu olaraq aşağıdakı nəticələri ifadə etmək olar.

          Hüquqi dövlət quruculuğu prosesinin davaminkişaf etdirilməsinə yönəldilmiş islahatlar, ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş normaların həyata keçirilməsini şərtləndirir.

          Müasir Azərbaycan Respublikasında demokratik mühiti, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, qanunçuluğunhüquq qaydasının tətbiqini, informasiya cəmiyyətinə nail olmanı və səmərəli islahatların davamlığını şərtləndirən amillərdən bir kimi hüquqi dövlət quruculuğu prosesininqanunvericiliyin, mütəmadi olaraq təkmilləşdirilməsi çıxış edir. Hüquqi dövlət quruculuğu olduqca çoxşaxəli və kifayət qədər mürəkkəb bir proses olaraq müxtəlif elementləri özündə birləşdirməklə kompleks sistem yaradır. Bu sistemin ayrılmaz tərkib hissələrindən biri də dövlət qulluğu təsisatıdır.

          Hüquqi dövlət quruculuğu prosesini şərtləndirən əsas amillərdən biri də dövlət qulluğu hüquq institutunun müasir vəziyyəti və onun inkişaf perspektivləridir. Dövlət qulluğu kompleks hüquq institutudur. İnkişafın müasir mərhələsində dövlət qulluğu hüququnu müstəqil hüquq sahəsi kimi formalaşmanın yekun mərhələsi hesab etmək olar. Dövlət qulluğu hüquq institutunun təkmilləşdirilməsi prosesi dövlətin inkişafını şərtləndirən zəruri amillərdən biridir. Bu nöqteyi-nəzərdən dövlət qulluğu hüququnun əsas subyektlərindən biri olan dövlət qulluqçularının sosial müdafiəsinin konstitusion-hüquqi təminatlarının realizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələsi hüquqi dövlət quruculuğu prosesində xüsusi statusa malikdir.

          Dövlət qulluqçularının hüquqi statusunu müəyyən edən qanunvericilik bazası mürəkkəb tərkib elementləri ilə çoxşaxəli dövlət qulluğu hüquq münasibətləri sistemini yaradır. Bu sistem daxilində isə onların sosial müdafiəsi üzrə hüquq münasibətləri mürəkkəb daxili komponentlərlə xarakterizə olunur. Bu baxımdan, dövlət qulluqçularının sosial müdafiəsinə dair konstitusion müddəalar və müvafiq qanunvericilikdə təsbit edilmiş normalar onların sosial müdafiəsinin təminatlar sistemini yaratmaqla hüquqi dövlət quruculuğu prosesində özünəməxsus yer tutur.

          Müəllif göstərir ki, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar dövlət qulluqçularının sosial müdafiəsinin hüquqi bazasının təkmilləşdirilməsi ilə xarakterizə edilir. Dövlət qulluqçularının sosial hüquq və azadlıqlarının təminat vasitələrindən biri kimi konstitusionhüquqi normalar kompleksi çıxış edir. Konstitusion təminatlar sistemində dövlət qulluqçularının sosial-hüquqi müdafiəsi mürəkkəb tərkib elementlərə malik təsisat kimi bir sıra xüsusiyyətlərə malikdir.

          Hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatların qarşıda qoyduğu, həlli zəruri olan məsələlərdən biri də dövlət qulluğunda əməkhaqqı səviyyəsinin məsuliyyət və peşəkarlıq dərəcəsinə müvafiq olaraq artırılmasıdır. Fikrimizcə, dövlət qulluqçularının sosial müdafiəsinin əsas elementlərindən biri kimi onların əmək funksiyalarına adekvat olan əməkhaqqı sisteminin yaradılması məqsədəmüvafiq olardı. Dövlət qulluqçusu üçün fərdi qaydada əməkhaqqı sisteminin tətbiqi stimullaşdırmanı, səlahiyyət daxilində vəzifə öhdəliklərinin, əmək funksiyalarının icrası üzrə səmərəliliyin və məsuliyyətin artırılmasını təmin etmiş olar. Nəticə etibarilə, dövlət quruculuğu sahəsində institusional islahatlar iqtisadi səmərəliliyin, sosial təhlükəsizliyin təmin edilməsini, şəffaflığın artırılmasını və idarəetmənin yaxşılaşdırılması kimi məsələləri özündə ehtiva etmiş olardı.

          Dövlət hakimiyyət orqanları və dövlət hakimiyyətində təmsil olunan səlahiyyətli vəzifəli şəxslər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları ölkə vətəndaşlarının konstitusion hüququnun təminatçısı kimi, ilk olaraq dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

          Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsip normalara müvafiq olaraq dövlət qulluqçularının sosial müdafiəsinin konstitusion təminatlarının həyata keçirilmə mexanizmləri, üsul və metodları qəbul ediləcək həmin məcəllələşdirilmiş normativ-hüquqi akt, həmçinin onun icrasından irəli gələn digər hüquqi aktlar vasitəsilə kompleks şəkildə dövlət tərəfindən təmin edilmiş olar. Buna görə də, özünəməxsus inkişaf modeli seçmişbunu məqsədyönlü islahatlar vasitəsilə həyata keçirən müasir Azərbaycan Respublikasında "Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi"nin qəbul və tətbiq edilməsi kifayət qədər zəruri elementləri ilə xarakterizə edilironun qəbulu vacib şərtlərdən biridir.

          Hüquqi dövlət quruculuğunun müasir inkişaf mərhələsində dövlət qulluqçularının sosial müdafiəsinin hüquqi təminatları sahəsində həyata keçirilən islahatlar mürəkkəb daxili komponentlərlə xarakterizə olunur. Bu isə, onu sübut edir ki, dövlət qulluqçularının sosial müdafiəsi onların statusunun hüquqi təminat sisteminin tərkib hissəsi olaraq daha çox islahatlar yolu ilə təkmilləşdirilməyə ehtiyac duyulan sahələrdən biridir.

          Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin sosial müdafiə sisteminin əsas istiqamətləri formalaşmış, ümumi prinsiplər əsasında dövlət qulluqçularının sosial müdafiəsinin dövləti təminatları, milli və beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsinə dair əsas müddəaları ehtiva edilməklə ona konstitusion təminat verilmişdir.

          Qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının bir sıra hüquq və azadlıqlarının məhdudlaşdırılması və qadağaların müəyyən edilməsi onların dövləti təminatlarının, o cümlədən sosial müdafiəsinin konstitusion-hüquqi təminatlarının zəruriliyini özündə ehtiva edir.

   Vahid ÖMƏROV

Səs.- 2016.- 3 iyun.- S.15