Roman Viktyukun
teatrı Uşaqların Beynəlxalq Müdafiəsi
Günündə Bakıda qeyri-adi tamaşa təqdim edib
“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində yenə də Roman Viktyukun teatrının tamaşasını böyük müvəffəqiyyətlə təqdim edib. Mayın 31-də tamaşaçılar dramatizminə görə çox böyük təsir gücünə malik, Çernobıl AES zonasında məlum hadisələrdən sonra insanların həyatından bəhs edən “Zamanların əvvəli və sonunda” tamaşasını sürəkli alqışlarla qarşılayıblar.
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Çəkməli pişik” (daha doğrusu “Diyircəklər üzərində pişik”) adlı qeyri-adi tamaşanı isə bu dəfə artıq uşaqlar hərarətlə alqışlayıblar. AZƏRTAC xəbər verir ki, tamaşaya “ÜNS” Teatrının bədii rəhbəri, professor Nərgiz Paşayeva, mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalıların nümayəndələri baxıblar. Müasir səhnənin tanınmış rejissoru, aktyor və şair Roman Viktyuk tamaşaya quruluş verməklə bərabər, onun musiqi tərtibatını da üzərinə götürüb. Maraqlıdır ki, “Çəkməli pişik” Şarl Perronun hamımıza yaxşı tanış olan məşhur nağılı deyil, tamaşaya Gümüş əsrin tanınmış şairi Mixail Kuzminin orijinal versiyası əsasında quruluş verilib.
Melodik, parlaq, canlı və müasir! Həqiqətən də gedib bu tamaşaya
baxmağa dəyər!
Mixail Kuzmin süjetə italyan maska komediyasına
xas olan istehza və yüngüllük gətirib.
Roman Viktyuk bu ideyaya əsaslanaraq hər bir uşağa
tanış olan, amma rəngbərəng
kvadratlarla məhdudlaşan
bir oyun məkanı yaradıb. Məhz teatrın magiyasına sonsuz inamı Roman Viktyuka imkan verib ki, o, nağılı
səhnələşdirərkən porolon maskalardan, çəkilmiş təsvirlərdən
və hər cür yöndəmsiz personajlardan imtina edib, istər uşaqları, istərsə
də onların valideynlərini valeh edən dinamik təsirli tamaşa yaratsın.
Hər halda tamaşada məşhur nağılın
bütün süjet xətləri saxlanılıb:
ata mirasından kiçiyinə yalnız Pişik qalan üç qardaş; Şahzadə qız ilə görüş; Pişiyin Adamyeyən üzərində qələbəsi.
Maraqlıdır ki, baş qəhrəmanın adı
Petruşadır, Adamyeyənin
musiqi mövzusu isə “Gecəniz xeyrə qalsın, balalar” verilişinin musiqisidir. Nəhayət, ənənəvi uzunboğaz çəkmələrini
diyircəkli konki ilə əvəz edən baş qəhrəman Pişik.
Üstəlik, artistlər başgicəlləndirici
tryuklar edərək Rusiya ulduzlarının mahnılarına parodiyalar
səsləndiriblər. Bütün bunlar tamaşanın dinamikasının böyük
maraq oyatdığı
heç də bütün üstünlüklər
deyil. Tamaşanın
gedişatında qəhrəmanların
xahişi ilə markiz Karabasın təbəələrinin rollarını
oynamaq və Pişiyin düşüncələrinin
həyata keçirilməsində
ona kömək etmək istəyən gənc tamaşaçıların
sayı az
olmayıb.
Sözün düzü, gənc tamaşaçılar da tamaşanı qeyri-adi şəkildə təqdim
edən R.Viktyuku məyus etməyiblər. Onlar xeyirin
şər üzərində
zəfər qazanacağına
əsla şübhə
etmədən R.Viktyukun
bütün zarafatlarına
çox çevik reaksiya veriblər, Adamyeyənə ürəkdən
gülüblər, bir
ağızdan Pişiyi
xəbərdar ediblər.
Beləliklə, uşaqlar özlərini
balaca aktyor kimi hiss ediblər, başlıcası isə
bolluca gülüblər.
Məlum məsələdir:
təkcə bir uşaq gülüşü
yer üzünün bütün sərvətinə
dəyər!
Rep üslubunda təqdim
olunan və xeyirin şər üzərində təntənəsinin
labüd olduğu dünyamıza görə
sevinc və heyranlıq hissləri ilə aşıb-daşan
bu nağıl təkcə uşaqlar üçün deyil, həm də tamaşanın yaradıcı
kollektivini ayaq üstündə alqışlayan,
onlara bol gül-çiçək bəxş
edən valideynlər üçün əsil bayrama çevrilib.
Səs.-
2016.- 3 iyun.- S.3