Əli Həsənov:
“Azərbaycanda medianın
palitrası artıq
tam formalaşıb”
Azərbaycanda medianın palitrası artıq tam formalaşıb,
ölkədə 50-dən artıq
televiziya və radio, yüzlərlə qəzet,
jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və
media yayım formaları
fəaliyyət göstərir. AZƏRTAC xəbər
verir ki, bu fikri Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov mayın 31-də Avropa İttifaqı və Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq
Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi
çərçivəsində diffamasiya mövzusunda “dəyirmi masa”dakı çıxışında söyləyib.
Dövlət müstəqilliyini əldə
etdikdən sonra Azərbaycan Respublikasında
fikir, söz, məlumat azadlığının
təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş
cəmiyyəti quruculuğu
və demokratikləşmə
prosesinin əsas istiqamətlərindən biri
kimi daim dövlətin diqqət mərkəzində olduğunu
vurğulayan Əli Həsənov deyib: “1995-ci
ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə
1998-ci ildə ölkədə
senzura ləğv edilmiş, KİV azadlığının
təmin olunması üçün qanunvericilik
bazası təkmilləşdirilmiş
və beynəlxalq standartlara uyğunlaşdırılmış,
medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi
üçün çoxsaylı
praktiki addımlar atılmışdır”.
Azərbaycanda medianın palitrasının
artıq tam formalaşdığını
diqqətə çatdıran
Əli Həsənov bildirib ki, ölkədə
50-dən artıq televiziya
və radio, yüzlərlə
qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları
və media yayım formaları fəaliyyət göstərir.
Azərbaycan qanunvericiliyi hər
kəsin informasiyanı
sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı
açmaq üçün
çox asan prosedur keçmək və fəaliyyətə
başlamaq mümkündür.
Əli Həsənov deyib: “Hesab edirəm ki, bunda həm
Azərbaycanın inkişaf
perspektivini müəyyən
edən strateji inkişaf xəttinin həyata keçirilməsi,
həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu fəaliyyəti
mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu
sahəsində ATƏT və
Avropa Şurası ilə
sıx əməkdaşlıq
edir. Ötən illərdə media azadlığının inkişaf
etdirilməsi sahəsində
bir çox uğurlu layihələr həyata keçirilib.
Əlbəttə, onların sırasında
Avropa Şurası və Avropa İttifaqının birgə
“Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin
“İfadə və
media azadlığı” layihəsinin
də özünəməxsus
yeri vardır”.
“Diffamasiya” mövzusunda təşkil edilən bugünkü tədbir uzun müddətdir ki, Azərbaycanda hərtərəfli müzakirə
olunan məsələlərdən
biridir”, - deyən Prezident Administrasiyasının
rəsmisi qeyd edib ki, “Diffamasiya
haqqında” qanun layihələri bir təşəbbüs kimi
2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb,
onların ətrafında
geniş ictimai müzakirələr təşkil
olunub. İctimai müzakirələrin nəticəsi göstərib
ki, insanların mətbuat səhifələrində
təhqir olunması hallarının yüksək,
medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü
olduğu bir zamanda belə bir qanunun qəbul
edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə
bilər. Deməli, ilk növbədə, mətbuat
orqanlarının iqtisadi
müstəqilliyinin gücləndirilməsi,
jurnalist peşəkarlığının
artırılması istiqamətində
tədbirlər həyata
keçirilməli, mətbuatın
siyasi qütbləşməsinin
səviyyəsi aşağı
enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə
baxıla bilər.
Həmçinin ictimai rəyin
bu yeniliyə hazırlanmasını ehtiva
edən bir sıra zəruri tədbirlərin həyata
keçirilməsi lazım
idi.
Prezidentin
köməkçisi deyib:
“2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa
İttifaqı, beynəlxalq
jurnalist təşkilatları
ilə birgə jurnalist peşəkarlığının
artırılması istiqamətində
çoxsaylı tədbirlər
həyata keçirilib
və müsbət nəticələr əldə
edilib. Azərbaycan Prezidentinin fərman
və sərəncamları
ilə qəzet redaksiyalarına, informasiya
agentliklərinə birdəfəlik
maliyyə yardımları
ayrılıb, jurnalistlərin
sosial müdafiəsini
gücləndirmək üçün
tədbirlər həyata
keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə
2008-ci ildə “Azərbaycan
Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi” Konsepsiyasının
hazırlanması, həmçinin
2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti
yanında KİV-lərin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya
qoyulan əsas vəzifələr
söz və məlumat azadlığının
çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin
təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması,
jurnalist peşəkarlığının
yüksəldilməsi, cəmiyyətdə
tənqidə dözümlülüyün
artırılması və
digər bu kimi məsələlərin
həlli olub.
Elə həmin 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev konkret
mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və
diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə
cəlb olunmasının
məqsədəuyğun hesab
edilmədiyini açıqlayıb.
Həmin dövrdən
bu vaxtadək faktiki olaraq Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
147-ci və 148-ci maddələrinin
tətbiqinə moratorium tətbiq
olunub və jurnalistlərə
qarşı qaldırılmış
cinayət işləri
ya icraata götürülməyib, ya
da onlara mülki qanunvericilik əsasında baxılıb.
Əli Həsənov deyib: “Onu da nəzərə
almaq lazımdır ki, müvafiq maddələrin Cinayət
Məcəlləsindən çıxarılması
adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz
hüquqlarını müdafiə
etmək, şərəf
və ləyaqətini
qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda,
həmin müddəalar
Avropa İttifaqının
üzvü olan əksər ölkələrin,
o cümlədən aparıcı
dövlətlərin qanunvericiliyində
hələ də qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə,
analoji vəziyyət Azərbaycanda da vardır.
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il dekabrın 27-də insan hüquqlarının və
əsas azadlıqlarının
səmərəli müdafiəsi
üzrə Milli Fəaliyyət Planını
təsdiq etdiyini vurğulayan Əli Həsənov deyib: “Həmin planda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Daha sonra Mətbuat
Şurası 2010-cu ili
Azərbaycanda “Diffamasiya
ili” elan edib, jurnalist təşkilatları “Diffamasiya
haqqında” Qanunla bağlı müxtəlif
təşəbbüslər irəli sürüb,
ATƏT-in dəstəyi ilə
qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin
2013-cü ildə Azərbaycan
müvafiq qanun layihəsini hazırlayaraq
ekspertiza üçün
Avropa Şurasının
Venesiya Komissiyasına
göndərsə də,
sonda bir sıra məsələlərlə
bağlı fikir ayrılığının yaranması
şəraitində qanunun
qəbulu mümkün
olmayıb.
Göründüyü kimi, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ
deyil, bu layihənin üzərində
iş davamlı şəkildə aparılıb,
zəruri tədbirlər
həyata keçirilib”.
“Düşünürəm ki,
bugünkü müzakirələrdə
bir tərəfdən
Azərbaycanda həmin
qanunun qəbulu ilə bağlı real imkanlar qiymətləndiriləcək,
beynəlxalq təcrübə
nəzərdən keçiriləcək
və səmərəli
təkliflər irəli
sürüləcək”, - deyə
Əli Həsənov bildirib.
Avropa Şurasının
Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç “İfadə və media azadlığı” layihəsinin
Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlığın vacib elementi olduğunu söyləyib.
Avropa Şurasının İnformasiya Cəmiyyəti
İdarəsinin rəisi
Patrik Penninks vurğulayıb ki, jurnalistlər öz fəaliyyətlərində vicdanla
davranmalı və etik qaydaları nəzərə almalıdırlar.
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə
diffamasiyaya hazırlıq
mərhələsinə start verildiyini bildirib. O qeyd edib ki, cəmiyyətdə
bu qanunun qəbulu ilə bağlı fikir ayrılıqları mövcuddur.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
əməkdaşı Ceron
Uilyams “İfadə və media azadlığı”
layihəsi çərçivəsində
nəzərdə tutulan
bütün fəaliyyətlərin
uğurla həyata keçiriləcəyinə inandığını
bildirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı söz və ifadə azadlığının, insanların
şərəf və
ləyaqətinin təmini
hüququnun Azərbaycan
Konstitusiyasında təsbit
olunduğunu söyləyib.
Milli Məclisin hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynli Azərbaycan dövlətinin
söz və ifadə azadlığı
sahəsində bütün öhdəliklərə
sadiq olduğunu
vurğulayıb, diffamasiya qanunu
ilə bağlı görülən işlərdən
danışıb. Dövlət
qurumlarının, beynəlxalq təşkilatların 50-dək
nümayəndəsinin iştirak etdiyi “dəyirmi masa” müvafiq mövzularda sessiyalarla və müzakirələrlə davam edib.
Səs.-
2016.- 2 iyun.- S.4