Müstəqil Azərbaycanın
inkişaf və tərəqqisi bundan sonra daha
sürətlə davam edəcək
Ramiz Mehdiyevin "Güclü
Azərbaycan dövləti qloballaşma
şəraitində milli ideyanın təcəssümü
kimi" adlı məqaləsi geniş oxucu kütləsində
maraq doğurub
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən yazılan və geniş oxucu kütləsində maraq oyadan "Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi" adlı məqaləsi özündə bir çox əhəmiyyətli və mühüm məqamları ehtiva etməkdədir. Belə ki, akademikin XXI əsrin ikinci onilliyini yaşayan bəşər övladının inkişaf və tərəqqisi dövründə sürətli innnovasiyalar erasına qədəm qoyması faktorundan başlayaraq, həmin faktorun Azərbaycana təsirindən və s. amillərdən bəhs edən elmi-təhlilli məqaləsindəki diqqətçəkən məsələlərdən biri də bu qədər çoxmənalı prosesdə millətlər və dövlətlərin özlərini qoruyub-saxlaya bilmələri ətrafında aparılan və məntiqi əsaslara söykənən araşdırmalardır. Sözügedən məsələyə, eyni zamanda bir problem kimi yanaşma edən cənab Ramiz Mehdiyev qeyd edib ki, bu gün bu problem həm alimlərin, həm də dövlət xadimlərinin və bir sıra dövlətlərin siyasi elitasının diqqət mərkəzindədir. SİTAT: "Xüsusi halda, dövlətin rolunun güclənməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması ekspert qiymətləndirmələrində əksini tapmış aparıcı tendensiyadır. Təbii ki, bu problem XXI əsrin müstəqil dövləti kimi, Azərbaycanın gələcəyinə laqeyd olmayan insanların diqqətindən kənarda qala bilməz".
Dəyərli akademikimiz öz fikrini belə izah edib ki, məqalənin məhz bu fəslində müstəqil dövlətin qorunub-saxlanması məsələləri Azərbaycan xalqının müasir milli ideyasının əsas vəzifəsi kimi nəzərdən keçirilir, Azərbaycan dövlətinin dəyişən siyasi və sosial-iqtisadi məkanda milli ideyanı reallaşdıraraq, yeni dövrün çağırışlarına cavab verməsi üçün onun hansı keyfiyyətlərə malik olması göstərilir.
Digər tərəfdən, qloballaşan dünyamızda inkişaf xarakterli dəyişikliklər və çağırışlar dövründə milli dövlətlər, dövlət və cəmiyyət arasındakı bağlantılara da toxunan akademik daha bir məqamı qeyd edərək bildirib ki, qlobal proseslər müəyyən mənada milli dövlətlərə çağırışlardır. Ona görə də qloballaşan həyatda hər hansı yeniliyin əlavə edilməsinə aludə olmaq deyil, onu dərk etmək, nəticələrini anlamaq daha vacibdir.
Cənab Ramiz Mehdiyev məşhur filosofların və nəzərriyəçilərin də fikirlərinə yer ayıraraq, onların mövzu ilə bağlı düşüncələrinin təhlilini aparıb. Məsələn, onlardan biri - siyasətçi Pyer Burdyenin düşüncələrini xatırladan akademikin yazdığına görə, Pyer Burdyen hesab edir ki, qloballaşma heç də siyasi müdaxilədən asılı olmayan təbii-tarixi və obyektiv xarakter daşımır. Bundan başqa, o, iddia edir ki, (və bu məsələdə o, haqlıdır) qloballaşma hətta sosial proses də deyil, siyasətin funksiyasıdır. Pyer Burdyen yazır: "Biz mondiallaşma siyasətinin şahidləriyik (mən təbii proses kimi mondiallaşma haqqında yox, məhz "mondiallaşma siyasəti" haqqında danışıram)".
Bu kimi amillərin, eyni zamanda demokratikləşmədə də rol aldığını qeyd edən cənab Ramiz Mehdiyev dünya tarixində sözünü demiş filosof və politoloqlardan olan S.Hantinqtondan, F.Fukuyamadan misallar gətirib. Bəlli olur ki, hələ öz dövrlərində analoji təhlillər aparan bu şəxsiyyətlərin çxıardığı nəticələr indi də öz təsdiqini tapmaqdadır. SİTAT: "XXI əsrin başlanğıcında bütün elm aləmində anlamağa başladılar ki, heç bir "tarixin sonu" gözlənilmir; "demokratiyanın zəfər yürüşü" perspektivləri barədə danışanlar daha ehtiyatlı oldular, reallığın dəyişməsinə həmişə hamıdan əvvəl reaksiya verən publisistikada isə artıq liberal demokratiyanın böhranı, "zorən demokratiya"nın formalaşması (F.Zakariya) və hətta "demokratiyanın geriləməsi" haqqında danışırlar. XXI əsrdə demokratikləşmə prosesinin genişlənməsi ilə əlaqədar, biz liberal-demokratik dövlətlərlə ənənəvi ölkələr arasında rəqabətin kəskinləşməsinin şahidiyik. Heç də təsadüfi deyil ki, 2006-cı ilin iyulunda Fukoukedə (Yaponiya) keçirilmiş dünya politoloji konqresi "Isdemocracyworking?" ("Demokratiya işləyirmi?") mövzusuna həsr edilmişdi".
Hörmətli akademik növbəti məqamda siyasi birliklər və vətəndaş cəmiyyəti strukturlarının də qloballaşma prosesinə qatqısını, bu və ya digər şəkildəki müsbət, yaxud əks-təsirini nəzərdən keçirib. Onun fikrincə, siyasi birliklərin və vətəndaş strukturlarının dağıdıcı rolu da müasir qlobal proseslərdə heç də az rol oynamır. Belə ki, onların dəyər oriyentasiyaları dövlətin həyat fəaliyyətində mühüm amildir: "Əgər cəmiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə formalaşdırıcı təsir göstərmək iqtidarında olsa, onlar öz dövlətinin mənafelərini ifadə etmək qabiliyyətini saxlayırlar. Amma Azərbaycanın təcrübəsi onu da göstərir ki, bu təşkilatların müəyyən dairəsinin siyasətinin mənbəyi cəmiyyətin özündə yox, kənar qüvvələrdədir. Bu halda milli siyasi birliklərin və vətəndaş birliklərinin öz fəaliyyətlərində rəhbər tutduqları prioritetlər, ideyalar və dəyərlər onların xarici kuratorlarının maraqlarına və hədəflərinə cavab verir, dövlətin daxili həyatında isə dağıdıcı xarakter kəsb edir.
"Məsələ bundadır ki, qloballaşma proseslərinın təsiri altında müasir dünyada nə dərəcədə fundamental dəyişikliklər baş verə biləcəyini biz, hələlik, hətta nəzəri cəhətdən də dərk etməmişik"-deyə yazan dəyərli akademikimiz bunu belə izah edir ki, bununla birlikdə, modern dövrünün mahiyyətini müəyyən edən dəyərlər yoxa çıxmayıb: "Modern, postmodern və demokratiya milli dövlətin əsas xarakteristikalarını çox da dəyişdirməyib. Suveren dövlətlərin legitimliyinin mənbəyi əvvəlki kimi, yenə də milli cəmiyyətlər, beynəlxalq və dövlətlərarası qarşılıqlı təsir, həmçinin müasir demokratiyanın və dünya mədəniyyətinin qəbul edilmiş dəyərləridir. Avropa İttifaqının üzvü olan dövlətləri bürümüş millətçilik meyillərinin yenidən fəallaşması belə düşüncələr üçün kifayət qədər qida verir. Tamamilə aşkardır ki, "dövlətin məhv edilməsi - ayrı-ayrı cəmiyyətlər və dünya birliyi üçün utopiyanın deyil, fəlakətin müqəddiməsidir. Siyasi proseslərin müasir dinamikası cəmiyyətdə dövlətin əhəmiyyətini nəinki azaltmır, hətta əksinə, onun əhəmiyyətinin artmasını vurğulayır".
Ramiz Mehdiyev yazır: "Şübhəsiz ki, dövlət hakimiyyətini real edən gücdür, o, sosial praktikada bu gücə tabe olan subyektlər tərəfindən başa düşülür və mənimsənilir. Məhz bu güc dövlətin fəaliyyətində gözə görünmədən mövcud olaraq, onu məsuliyyət daşıdığı hakimiyyətdən istifadə etməyi bacaran ictimai təsisata çevirir. Bu gücün olmaması dövlətin əhalisinə çoxlu fəlakət və ağır sınaqlar gətirir. Yaxın Şərqin və Şimali Afrikanın bir sıra müasir dövlətlərində hadisələr bunun bariz nümunəsidir. Onların düşdüyü durum göstərir ki, güclü dövlət olmadan normal fəaliyyət göstərən demokratik cəmiyyət yaratmaq mümkün deyil. Yalnız güclü dövlət modeli cəmiyyətin problemlərinin həllini, o cümlədən demokratiya prinsiplərinin reallaşmasını təmin etməyə qadirdir".
"Güclü dövlət" anlayışını, ilk növbədə dövlətin iqtisadi və siyasi sistemini legitimlik əsasında idarə etmək bacarığının xarakteristikası kimi başa düşmək lazımdır"-deyə qeyd edən akademik bildirir ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda dövlət-idarəetmə praktikası belə deməyə əsas verir ki, yalnız prezident idarəetmə sistemi ölkəni dərin böhrandan çıxara bilərdi: "Azərbaycanda prezident - idarəetmə forması ilə güclü dövlətin yaradılmasının həm də subyektiv zəmini var. Yaxın keçmişimizə retrospektiv nəzər salanda, əmin olmaq mümkündür ki, Qarabağ müharibəsinin ilkin mərhələsinin yekunları 1990-cı illərin əvvəlində Azərbaycanda faktiki mövcud olan parlament idarəetmə sistemində "ixtilafların və qərarsızlığın" nəticəsi olub. Real gücə malik siyasi partiyalar olmadığı üçün icra hakimiyyəti, əslində parlamentdə "siyasi xadimlər" deyilən qüvvələr tərəfindən kollegial əsasda həyata keçirilirdi. Sürətlə dəyişən vəziyyətdə operativ qərarların qəbul edilməsi uzun-uzadı diskussiyalar, qarşılıqlı ittihamlar, mübahisələr, fikir ayrılıqlarını aradan qaldırmaq üçün müxtəlif komissiyaların yaradılması ilə nəticələnirdi. Bütün bu "çarpışma" nəticəsində Azərbaycan əraziləri nəinki Ermənistan tərəfindən işğal edildi, həm də 1993-cü ilin baharında real vətəndaş müharibəsi təhlükəsi yarandı".
Akademik bildirir ki, Azərbaycan dövlətinin inkişaf məntiqi göstərir ki, Azərbaycan 1993-cü ilin ortalarından etibarən ardıcıl surətdə güclü dövlət prinsiplərini gerçəkləşdirmək yolu ilə gedir. İqtidarda olan qrupların neoliberal demokratiya ideyalarına aludə olduqları və bu ideyaları fəal surətdə sosial praktikaya tətbiq etdikləri bəzi postsovet dövlətlərindən fərqli olaraq, Prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək və böyük dövlət xadimi bəsirəti və uzaqgörənliyi nümayiş etdirərək, güclü Azərbaycan dövləti konsepsiyasını irəli sürdü və onu ardıcıl surətdə praktikada reallaşdırmağa başladı. Sonrakı illərdə dövlətimizin bütün fəaliyyəti bu kursun düzgün olduğunu təsdiqlədi.
Məhz güclü dövlət quruculuğu yeni hökumət idarələrinin yaradılmasından və mövcud olanların möhkəmləndirilməsindən ibarətdir. Heydər Əliyev məhz bu yolla gedirdi: "O bilirdi ki, güclü dövlət yaratmadan ölkəni ümumi xaosdan çıxarmaq və onun ərazi bütövlüyünü bərpa etmək mümkün deyil. Eyni zamanda, güclü Azərbaycan dövləti xarici təhdidlərə müqavimət göstərməyə qadir olacaq, qonşularına problemlər yaratmadan özünə yetərli cəmiyyət quruculuğunun qarantına çevriləcək. Frensis Fukuyama yazır: "... güclü dövlət quruculuğu dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması dünyanın ən ciddi problemlərinin çoxunun mənbəyidir...".
Beləliklə, Azərbaycanın
elmi cəhətdən əsaslandırılmış,
bütün incəliyinə qədər düşünülmüş strateji inkişaf kursunun işlənib, hazırlanmasının
ölkə rəhbərliyi tərəfindən müvəffəqiyyətlə
həll edildiyini vuğulayan
Ramiz Mehdiyevin fikrincə,
Azərbaycanda dövlət hakimiyyəti böyük Qərb dövlətlərinin
ölkə rəhbərliyini güclü
dövlət ideyasından imtina etməyə
və dövlət funksiyalarının çoxunu həmin dövlətlər tərəfindən
maliyyələşdirilən vətəndaş qurumlarına
verməyə məcbur etmək məqsədi
daşıyan şantajına və təzyiqinə uymur. Burada isə bir amil
dayanıb - Liderlik. SİTAT: "Liderlik mühüm amildir. Lakin liderlərin təkcə
siyasi məqsədləri
deyil, həm də mənəvi keyfiyyətləri nə dərəcədə əhəmiyyətlidirsə,
bu amil də
bir o qədər məna və əhəmiyyət kəsb
edir. Biz dəfələrlə şahid
olmuşuq ki, Qərb dövlətləri
başçılarının praktik fəaliyyəti mənəviyyat və siyasi istedad "imtahanı"ndan keçə
bilmir. Elə bir təəssürat
yaranır ki, işdə onlar yalnız yaxşı halda problemi eyniləşdirməyi bacarırlar,
lakin cəmiyyətə
praktiki strategiya, xüsusilə onun həyata keçirilməsi
üsullarını təklif
edə bilmirlər.
Ümumi
böhrana getdikcə daha dərin batan, çarəsizlik durumuna yuvarlanan bir çox müasir dövlətlərin
problemləri bundan ibarətdir. Dövlət başçısını lider
edən hər şeydən əvvəl onun fəaliyyətə yönələn iradəsidir.
O, millətin keçmişini,
bu gününü və gələcəyini
özündə cəmləşdirməlidir. Bu mənada,
demək olar ki, lideri epoxa
yetişdirir. Keçmişin müdrik insanları ilə dialoq sayəsində lider milli ideya ilə
zənginləşir. Əgər milli lider öz
xalqı ilə sıx bağlıdırsa,
xalqın maraqları ilə yaşayırsa, onun dəyər meyarı tərbiyəçi
obrazıdır. Milli lider
milləti oyatmaq və birləşdirmək
bacarığına malik
olmalıdır. Dövlət başçısı yalnız
o zaman milli lider statusuna malik olur ki,
millətin ona ehtiyacı yaransın, millətin əksəriyyətinin
ideya və iradəsi millətin gözləntilərinin əks
olunduğu konkret şəxsiyyətdə birləşsin
və təcəssüm
tapsın. Yalnız millət
başa düşəndə
ki, bu şəxsiyyət
öz iradi, mənəvi və siyasi keyfiyyətləri, təşkilatçılıq bacarığı və intellekti ilə onun ümidlərinə cavab verir, o, həmin şəxsiyyətə
lider və dövlət başçısı
mandatını etibar edə bilər. Lider mahiyyət etibarilə daha yaxşı həyat üçün mübarizəyə hazır
olan millətin iradəsinin konkret şəxsiyyətdə təcəssümüdür. Bununla belə, liderdə
öz millətinə
inam olmalıdır.
Məhz inam, iradə və qüvvə yaradır. Deməli, milləti güclü
dövlət yaratmağa
yönəldən inam,
iradə və qüvvədir".
Nəticə etibarilə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyevin "Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq" kəlamını önə şəkən dəyərli akademikimiz bildirib ki, ölkə başçımız bu sözlərlə bir daha təsdiq etdi ki, Azərbaycan bundan sonra da müstəqil və güclü dövlət kimi inkişaf edəcək: "Güclü dövlət ölkədə siyasi sabitliyi, iqtisadi artımı və sosial inkişaf perspektivlərini apriori təmin edir. Güclü dövlət inkişaf məsələlərini həll etmək üçün daxili resursları səfərbər etmək iqtidarındadır. Çünki yalnız millətin strateji məqsədlərini həyata keçirmək iqtidarında olan dövlət güclü sayıla bilər. Əlbəttə, güclü dövlətə cəmiyyət və hakim elita arasında əks əlaqələri həyata keçirməyə imkan verən demokratiya elementləri də (liderin demokratikliyi ilə yanaşı) lazımdır. Bununla bərabər, demokratiyanın funksiyaları cəmiyyətin idarəolunma funksiyaları ilə eyni deyil. Güclü dövlət həm xarici təzyiqlərə, həm də ölkə daxilində müxtəlif qrupların xüsusi maraqlarının qarşısının alınması üçün kifayət qədər inzibati resurslara malik olmalıdır. Bununla belə, güclü dövlət demokratiyanın qurulması və vətəndaş cəmiyyətinin formalaşdırılması üçün çox vacib şərtdir. Beləliklə, hətta dünyada qloballaşma proseslərinin gücləndiyi şəraitdə də güclü dövlətin qurulması XXI əsrdə ən effektiv modeldir. Dövlət quruculuğunda Azərbaycanın məhz bu modeldən istifadə etməsi düzgün qərar idi. Çünki prezident idarəçiliyi formasının mövcudluğu şəraitində güclü dövlətə söykənərək milli ideyanın müasir innovasiyalı inkişaf dövrü ilə səsləşən yeni vəzifələrinin həyata keçirilməsinə başlamaq olar".
Rövşən
NURƏDDİNOĞLU
Səs.-
2016.- 4 iyun.- S.8-9