Əmək hüququnun problemləri

      Azərbaycan Respublikasının əmək qanunvericiliyi öz inkişafında uzun və mürəkkəb bir yol keçmişdir. Onun kökləri əsrlərin dərinliyinə gedib çıxır. Bu qanunvericiliyin təşəkkülü və köklü dəyişikliklərə uğraması ölkənin xüsusi mülkiyyətin hökmran olduğu bir sosial-iqtisadi formasiyadan iqtisadiyyatın əsasını dövlət mülkiyyətinin təşkil etdiyi digər formasiyaya, sonra isə xüsusi bölmənin güclənməsinə yönələn çoxukladlı iqtisadiyyata keçməsi fonunda baş vermişdir.

     Alış Qasımov yazır: "İqtisadiyyatda baş verən dəyişikliklər əmək qanunvericiliyinin məzmununa, onun sisteminə təsir göstərmişdir, çünki müvafiq normativ-hüquqi aktlar iqtisadi münasibətlər, mülkiyyət münasibətləri, bölgü münasibətləri və s. ilə sıx surətdə bağlıdır.

     Müasir əmək qanunvericiliyi beynəlxalq normalara söykənir. Onun ilkin müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında təsbitini tapmışdır. Əmək münasibətlərini və onlarla, bilavasitə bağlı olan digər münasibətləri tənzimləyən əsas normativ-hüquqi akt qismində bu hüquq sahəsinin məcəllələşdirilmiş aktı olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra qısaca olaraq AR ƏM) çıxış edir. AR ƏM-in 1 fevral 1999-cu ildə qəbul edilməsi və həmin ilin iyulun 1-dən qüvvəyə minməsi əmək qanunvericiliyinin inkişafında mühüm mərhələ olmuşdur.

     Azərbaycan Respublikasının qanunvericilik tarixində bu, ikinci sahəvi məcəllə idi. O, ölkənin sosial-siyasi, iqtisadi, dövlət quruluşunda baş verən köklü dəyişiklikləri əks etdirmiş, əmək münasibətlərinin və onlara, bilavasitə bağlı olan digər münasibətlərin tənzimlənməsini bazar iqtisadiyyatına, mülkiyyət formalarının müxtəlifliyinə xeyli dərəcədə uyğunlaşdırmağa imkan vermişdir.

     Əmək münasibətlərinin çoxşaxəli və mürəkkəb xarakteri əmək münasibətinin müxtəlif elementlərinə tətbiqən və işçilərin ayrı-ayrı kateqoriyalarının (qadınlar, yaşı 18-dən az olan şəxslər, əlillər, zərərli və ağır işlərdə çalışan şəxslər və s.) əməyinin xarakteri, məzmunu, şəraiti nəzərə alınmaqla leqallaşdırılmasını və konkretləşdirilməsini tələb edir.

     Əmək qanunvericiliyi normalarının müəyyən edilməsi səlahiyyəti qanunvericiicraedici hakimiyyət orqanları arasında bölüşdürülmüş, habelə işəgötürənlərə də bu sahədə müəyyən səlahiyyətlər verilmişdir.

     AR ƏM-in qəbul edilməsi ilə əmək qanunvericiliyi əsasında əmək hüququ nəzəriyyəsinin əldə etdiyi nəticələrin durduğu geniş ümumi müddəalarla zənginləşmişdir. İndi əmək qanunvericiliyinin məqsəd və vəzifələri, əmək qanunvericiliyinin tənzimləmə predmeti kimi əmək münasibətləri və onlarla bağlı olan bu münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsipləri qanunvericiliklə müəyyən olunmuş, əmək sahəsində ayrı-seçkiliyin və məcburi əməyin qadağan edilməsinə xüsusi diqqət yetirilmiş, əmək qanunvericiliyinin sistemi, əmək münasibətlərinin və onlarla, bilavasitə bağlı olan digər münasibətlərin fərdi və kollektiv müqavilə ilə tənzimlənməsinin rolu gücləndirilmişdir".

     Müəllifin fikrincə, AR ƏM-in bəzi üstünlüklərini qeyd etməyi zəruri hesab edirik:

     - AR ƏM-in vəzifələri və prinsipləri, əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışı, ƏM-in məkana, zamana və subyektlərə görə qüvvəsi dəqiq müəyyən olundu;

     - AR ƏM-in 10 dekabr 1971-ci il ƏQM-dən fərqli olaraq həm işçinin, həm də işəgötürənin əsas hüquqları və vəzifələri ətraflı şəkildə AR ƏM-in 9,10,11 və 12-ci maddələrində təsbit olundu;

     - AR ƏM-ə ilk dəfə olaraq "Kollektiv sazişləri" tənzimləyən xüsusi VI fəsil (35-41-ci maddələr) daxil edildi;

     - AK ƏM-də ilk dəfə olaraq əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları öz əksini tapdı;

     - işçilərin və yerlərinin attestasiyası ilə bağlı 100-dən artıq normativ-hüquqi akt qüvvəsini itirərək, AR ƏM-ə bu məsələni tənzimləyən xüsusi fəsil daxil edildi;

     - AR ƏM-də, ilk dəfə olaraq "əmək haqqına" və "minimum əmək haqqına" leqal anlayışlar verildi;

     - AR 1971-ci il ƏQM-ə əsasən, yalnız işçinin işəgötürənə (müəssisəyə, idarəyə, təşkilata vurduğu ziyanın ödənilməsi ətraflı şəkildə tənzimləndiyi halda, işəgötürənin işçi qarşısındakı məsuliyyətini tənzimləmirdi. Bu gün qüvvədə olan  ƏM-in VIII bölməsi (30, 31 və 32-ci fəsillər, 191-206-cı maddələr) işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini tənzimləyən normaları özündə ehtiva etmişdi;

     - AR ƏM-də, ilk dəfə olaraq "Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri" adlanan xüsusi 39-cu fəsli təsbit edildi.

     Məzmun baxımından qüvvədə olan əmək qanunvericiliyi ilə əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan münasibətlərin yetərincə tam tənzimləndiyini söyləmək mümkündür. Lakin AR ƏM-də olan qeyri-dəqiqliklərin, ziddiyyətlərin aradan qaldırılması, boşluqların doldurulması və s. qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir.

     Azərbaycan Respublikası 11 may 2010-cu il tarixli 1003 III Q və 1004 III Q nömrəli Qanunları ilə Beynəlxalq Əmək Təşkilatının (bundan sonra qısaca olaraq BƏT) Kişi və qadın işçilər-ailə ilə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında, 1981-ci il iyunun 23-də Cenevrə şəhərində qəbul edilmiş 156 nömrəli Konvensiyasına (8) və "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış yenidən baxılması haqqında" 2000-ci il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş 183 nömrəli Konvensiyasına qoşulmasına baxmayaraq, Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd olunan Konvensiyaların tələblərinə uyğunlaşdırılması hələ də həyata keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının" 1.2.9-cu bəndi ilə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir ki, Azərbaycan Respublikasının qoşulduğu yuxarıda qeyd olunan Konvensiyalarla əlaqədar əmək qanunvericiliyinin milliləşdirilməsi həyata keçirilsin. Lakin əfsuslar olsun ki, bu istiqamətdə bu günə kimi heç bir addım atılmamışdır.

     AR ƏM-in 16-cı maddəsinin ikinci hissəsində isə deyilir ki, "qadınlara, əlillərə, yaşı 18-dən az olansosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir".

     AR ƏM-in 16-cı maddəsinin ikinci hissəsində "əlillərə" sözündən sonra "ailə vəzifələri olan işçilərə" sözlərinin əlavə edilməsini məqsədəuyğun hesab edirik.

     3)  AR ƏM-in 98-ci maddəsində gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilərin dairəsi müəyyən olunmuşdur. Həmin maddənin birinci hissəsində deyilir ki, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Həmin maddənin ikinci hissəsində isə göstərilir ki, əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı və müvafiq icra hakimiyyəti orqanının (Tibbi Sosial Ekspert komissiyaları) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

     AR ƏM-in 98-ci maddəsinin BƏT-in "Kişi və qadın işçilər-ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına (1981-ci il) uyğunlaşdırmaq və ailə vəzifələri olan işçilər üçün təminatların müəyyən edilməsi məqsədilə AR ƏM-in 98-ci maddəsinə aşağıdakı məzmunda 3-cü hissənin əlavə edilməsini məqsədəmüvafiq hesab edirik:     "Əlil uşağı olan, qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş tibbi rəy əsasında ailənin xəstə üzvünə qulluq edən beş yaşına qədər uşağı təkbaşına böyüdən işçilər (analarya atalar), bu yaşda olan uşaqları övladlığa götürənlər və ya onların qəyyumları gecə vaxtı görülən işlərə ancaq onların razılığı ilə cəlb edilirlər".

     4)  AR ƏM-in 125-ci maddəsinin birinci hissəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günüdoğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, ikidaha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

     Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1004 III Q nömrəli Qanunu ilə ratifikasiya olunmuş BƏT-in "Analığın mühafizəsi haqqında" 1952-ci il (yenidən baxılmış) yenidən baxılması haqqında 183 ¹-li Konvensiyasının (2000-ci il) 4-cü maddəsinin beşinci hissəsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşaqədərki hissəsi doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu tarixədək ötən günlər qədər uzadılır və bu halda doğuşdan sonrakı müddət məzuniyyətin heç bir hissəsi azaldılmır.

     AR ƏM-in 125-ci maddəsini BƏT-in "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında 183 nömrəli Konvensiyasının (2000-ci il) tələblərinə uyğunlaşdırmaq məqsədilə AR ƏM-in 125-ci maddəsinə aşağıdakı redaksiyada 3-cü hissənin əlavə edilməsini zəruri sayırıq:     "Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşa qədərki hissəsinin müddəti doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu vaxtadək ötən günlər qədər uzadılır və bu halda doğuşdan sonrakı məzuniyyətin heç bir hissəsi azaldılmır".

     1) Azərbaycan Respublikasının 2004-cü il 6 yanvar tarixli 575-II Q nömrəli Qanunu ilə 3 may 1996-cı il Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmuşdur.

     AR ƏM-in "Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları" adlanan 77-ci maddəsinə aşağıdakı məzmunda 10-cu hissənin əlavə edilməsini məqsədəmüvafiq hesab edirik: "10. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsin aldığı cəza əmək funksiyasının icrası ilə bağlı olmadıqda, həmin şəxslər azadlığa buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək cəza alarkən işlədikləri müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər".

     Bununla əlaqədar olaraq, AR ƏM-in "Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları" adlanan 74-cü maddəsinin birinci hissəsinə aşağıdakı redaksiyada "f" bəndinin əlavə olunmasını təklif edirik: "f) Əvvəllər həmin müəssisədə çalışan işçi cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra öz yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə".

    

     Vahid ÖMƏROV

Səs.- 2016.- 7 iyun.- S.14