Turizm sürətlə inkişaf edən iqtisadi sektora çevrilib
Artıq yay turizminə start verilib. Hər kəs istirahətini hansı ölkədə,
necə keçirəcəyi
haqqında düşünür. Ruhuna dinclik, rahatlıq gətirmək,
sağlamlığının qayğısına qalmaq istəyən dinindən, irqindən asılı olmayaraq,insanlar rahat bir məkanı – sabitlik adasını, multikultural dəyərlərə önəm
verilən ölkəni
seçirlər. Dünya xəritəsində ərazi
baxımından kiçik görünən, lakin zəngin ehtiyatları, yeraltı və yerüsü sərvətləri,
qonaqpərvərliyi ilə
seçilən Odlar Diyarında dincəlmək heç şübhəsiz ki, milyonlarla insanın arzusuna çevrilir və
hədəf Azərbaycan olur. Bəli, bu gün Azərbaycanın siması
dəyişir və gözəlləşir. Azərbaycanın inkişafı, zəngin təbiəti, flora və
faunası, 11 iqlimdən
9-nun ölkəmizdə olması
turistlərin marşurutunu İpək Yolu üzərində yerləşən
Azərbaycana salır.
Ölkənin milli maraqlar zəminində formalaşması,
dövlət tərəfindən
həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi, mədəni mövqe dünya məkanında, məhz Azərbaycan ətrafında
yüksək imicformalaşdırıb. Azərbaycan iqtisadiyyatının
əsasını təşkil
edən yeraltı sərvəti olan neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr
dövlətin maliyyə
vəsaitinin yüksəlməsinə
gətirib çıxarır ki, bu daheç şübhəsiz,
ölkənin sferasının
dəyişməsinə, insanların
həyat səviyyəsini
yüksəlməsinə gətirib
çıxarır. Hər kəsə
bəllidir ki, müasir dövrdə qeyri-neft sahələrinin
yüksəlişi də
ölkə iqtisadiyyatına
müsbət təsirin
göstərir. Dövlət başçısı Cənab İlham Əliyevin turizmin inkişafını
zəruri hesab etməsi də, əlbəttə ki, müəyyən faktora əsaslanır. Məlumdur ki, turizm bütün dünyada ən gəlirli sahələrdən birinə,
sürətlə inkişaf edəniqtisadi sektora çevrilib.
DÜNYANIN MƏŞHUR
BEŞULDUZLU OTEL BRENDLƏRİNİN
CƏMLƏŞDİYİ MƏKAN
Azərbaycan Prezidenti İlham Əliyevin
"2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nı təsdiqləməsi ölkədə turizmin iqtisadiyyatın
ən gəlirli sahələrindən birinə
çevrilməsi baxımından vacib sənədoldu. Azərbaycan regionda, o cümlədən
MDB respublikaları arasında turizmin sürətli inkişaf etdiyi ölkələrdən birinə çevrildi. Proqramın həyata
keçirilməyə başlanmasından
etibarən ölkədə
dünyanın aparıcı hotelmarkaları altında yeni beşulduzlu hotellərin, istirahət mərkəzlərinin və
digər turizm infrastrukturunun sayı sürətlə artdı. Beşulduzlu hotellər təkcə Bakıda yox, ölkənin turizm mərkəzlərinə çevrilən
bölgələrində dəinşa olundu. Eyni zamanda, Prezidentinin Sərəncamı ilə
təsdiq edilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin
tələbləri çərçivəsində
sahibkarlığın inkişafı üçün kreditlər
ayrıldı, turizm obyektlərinin inşasının
dəstəklənməsi, bir sıra hüquqi sənədlərin
hazırlanması sahəsində
işlər görüldü və bu gün də davam etməkdədir. Qeyd olunan sənədlər sırasında
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2008-2016-cı illər üçün Dövlət
Proqramı"ndan irəli
gələn məsələlərin
həllini də qeyd etmək yerinə düşər. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına
kifayət qədər
müsbət təsirini
göstərir. Belə ki, regionlarının sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair sərəncamların
turizmə aid bəndlərinin
icrasının təmin
olunması məqsədilə,
ölkəmizin bir sıra regionlarında Lənkəran şəhərinin, Tovuz, Gədəbəy, Oğuz, Qəbələ,
Masallı və Astara rayonlarının turizm inkişaf planı hazırlanaraq reallaşıb.
Təkcə 2011-ci ildə
Bakıda beş beşulduzlu mehmanxananın açılması dünyada analoqu olmayan hadisəyə çevrildi. Bununla yanaşı, dördulduzlu, üçulduzlu hotellər
də istifadəyə verildi. İstifadəyə verilən hotellərdünya standlartlarına uyğun qurulub. Bu siyahıda "Kempinski Hotel-Badamdar",
"Four Seasons", "Fairmont", "Mariott",
"Hilton", "Jumeirah",
"Sheraton", "Hyatt", yəni, dünyanın səkkiz aparıcı hotel brendinin adıvar. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur ki, bu hotellər də Bakıdadır. "Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olanturist ölkəsidir" deyərkən bu və ya digər reallıqlar nəzərə alınır. Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib və ölkəmizəgələn turistlərin sayı ötən illərlə müqayisədə 5 dəfədən çox artıb. Bu qədər turisti yerləşdirmək üçün ölkəmizdə 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Hazırda Azərbaycanbu sahənin inkişafına görə 140 ölkə arasında 36-cı yerdədir.
Bəli, müasir dövrüzüdə Azərbaycanın inkişafı imkan verir ki, beşulduzlu hotellərin sayı artsın. Hazırda bölgələrdə də ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə,Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Son illərdə "Şahdağ" dağ-xizək kompleksinin yaradılmasını xüsusi qeyd etməliyik. Bu kompleks ölkəmizdə yay turizmi ilə yanaşı, qışturizm bazasının yaradılması, mövsümlük anlayışının aradan qaldırılması ilə davamlı turizmə nail olmağa şərait yaratdı. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan Şahdağ qış-yay turizm kompleksinə yarandığızamandan 50
000-ə (əlli minə) yaxın yeri və əcnəbi turist səfər edib. İl boyu fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinin internet səhifəsinin istifadəyə verilməsi də bu qədər turist axınına səbəb olanamillərdəndir.
Müasir tələblərə cavab verən kadrların hazırlanmasında Azərbaycan Turizm İnstitutunun rolu əvəzedilməzdir. Təcrübi biliklərini daha da artırmaq üçün tələbələr təkcə ölkəmizdə deyil, dünyanın bir sıra ölkələr- Türkiyə, Şimali Kipr, İsrail, Yunanıstan,
Malta, Ukrayna, Rusiya və başqa ölkələrin tanınmış turizm müəssisələrində turizm obyektlərində tanışlıq və istehsalat təcrübələri keçirlər. Ölkəmizdə turizm ehtiyatlarınınöyrənilməsi və qiymətləndirilməsi məqsədilə ATİ Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb, Mingəçevir Turizm Kolleci, Bakı Peşə-Turizm Liseyi fəaliyyət göstərir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi iləturizm sektoruna ayırdığı diqqətin nəticəsidir. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.
AZƏRBAYCANIN
BEYNƏLXALQ SƏRGİLƏRDƏ İŞTİRAKININ
COĞRAFİYASI GENİŞLƏNİB
Bu, bir həqiqətdir ki, müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan turizm sahəsində dədünya dövlətləri ilə əlaqələrini genişləndirib. Bu gün Azərbaycan Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, Demokratiya və İqtisadi İnkişafNaminə -
GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığı davam etdirir. Əgər 2002-ci ildə Azərbaycan cəmi iki beynəlxalq sərgidəiştirak edirdisə, indi sərgilərin coğrafiyası genişlənib. London, Nyu-York, Moskva,
Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Bəhreyn, Daşkənd və dünyanın onlarla şəhərlərindəkeçirilən beynəlxalq turizm sərgilərində ölkəmiz layiqincə təmsil olunur. Hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil edilir. Əgər 2002-ci ildə 5 ölkədən 20 şirkət təmsil olunurdusa,
"AİTF-2016"-da 40ölkədən 200-dən artıq şirkət iştirak edirdi. Bu illər ərzində Azərbaycanda keçirilən beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2200 şirkət iştirak edib.
Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycan Hava Yollarına məxsus təyyarələrin dünyanın bir çox ölkələrinə uçması da, öznövbəsində turistlərin Azərbaycana asanlıqla səfər etmələrinə şərait yaradan səbəblərdəndir. Onu da qeyd edək ki, İstanbulda,
BƏƏ-də, Almaniyada və Rusiyada Azərbaycanın turizm nümayəndəlikləri fəaliyyətgöstərir. Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərindən təkcə cari ilin aprel ayında ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2,5 min nəfər təşkil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədətəxminən 27 dəfə çoxdur. Müqayisə üçün deyək ki,
BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər,
2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfərolmuşdur.
Göründüyü kimi,
Azərbaycanda turizm sektorunun inkişafına
yönəlmiş dövlət proqramları, yatırılan investisiyalar,
xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən
qurulması nəticəsində, ölkəyə
gələn xarici turistlərin sayında hər il artım
qeydə alınır. Bu gün Azərbaycan gələn
turistlərin sayının ilbəil artmasında həyata
keçirilən tədbirlər sırasında reklam-çap məhsullarının
- "Turistlərüçün məlumat"
kitabçası, "Azərbaycanın otelləri",
"Azərbaycanın tarixi və arxitektura abidələri",
"Bakının teatr və muzeyləri" bukletləri,
"İpək Yolu" və s. təqdiminin
əhəmiyyəti qeyd olunmalıdır.
Bu gün Azərbaycan dünya ölkələrinin
diqqətindədir və Azərbaycana maraq getdikcə
artır. Azərbaycanda turizmin inkişafına
təkan verən amillərdən biri olaraq, qeyd edilməlidir ki,
ölkədə keçirilən beynəlxalq
tədbirlər, konfranslar, simpozimlar, müxtəlif
görüşlər ölkəmizin tanıdılması
istiqamətində uğurlar sırasındadır.
Ölkəmizdə uğurla sona yetən
"Eurovision-2012" Mahnı Müsabiqəsi,
"Bakı-2015" ilk Avropa Oyunları, Birləşmiş
Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumu və s.
Azərbaycanın turizm imkanlarının geniş məkanda
tanımasına böyük yollar açır. Abşeron, Qobustan,
Şamaxı, İsmayıllı və Qəbələ kimiməkanları
gəzən, tarixi abidələr və
mənzərəli yerlərlə tanış olan qonaqların
Azərbaycana olan diqqəti və marağı hər
kəsə bəllidir.
Viza rejiminin sadələşdirilməsi də
turistlərin Azərbaycana səfərində
əhəmiyyət daşıyır. Bu günlərdə
isə Prezident İlham Əliyevin "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və "ASAN Viza"sisteminin yaradılması
haqqında" imzaladığı Fərmana əsasən, bundan sonra Azərbaycana
səfərlə bağlı bütün vizaların
alınması vahid portal vasitəsilə həyata
keçiriləcək. Turistlər
ölkəmizə səfər etmək istədikdə
"ASAN Viza" portalına
müraciət edəcək, bütün zəruri
informasiyalarını, sənədlərini təqdim
edərək, vizanı portal vasitəsilə elektron formada alacaqlar.
Gözəl
təbiəti, gözəl havası olmaqla yanaşı,
ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, sabitlik,
gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın
inkişafını şərtləndirir: "Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından
ən sürətlə inkişaf edən ölkə
Azərbaycandır".
Nəzakət Əlləddinqızı.
Səs .-
2016 8 iyun.- S.4