“Multikulturalizm gənclərin gözü ilə”
Dünən Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin və YAP
Nərimanov rayon təşkilatının birgə
təşkilatçılığı ilə “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə,
tədbirdə YAP Nərimanov rayon təşkilatının
sədri Təmraz Tağıyev, YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın
Gənclər Birliyinin sədri Seymur Orucov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
millət vəkili Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev,
Nərimanov rayon Gənclər və İdman İdarəsinin
rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı
və fəal gənclər iştirak edib.
YAP Nərimanov rayon təşkilatının
sədri Təmraz Tağıyev tolerantlıq
ənənələrinin Azərbaycan xalqının
mənəviyyat və sülhsevərliyindən
qaynaqlandığından, tolerantlığın dövlət
siyasətinin əsas tərkib hissəsini təşkil
etdiyindən danışıb. O, bildirib ki,
Azərbaycanda tolerantlıq ənənələrinin
əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulub və həmin
ənənələr bu gün Prezident cənab İlham Əliyev
tərəfindən çox uğurla inkişaf etdirilir.
YAP Nərimanov rayon təşkilatının
məsləhətçisi Nərminə Yunusova, YAP
Nərimanov rayon təşkilatının fəal
gənci Tamerlan Əkbərov diqqətə
çatdırıblar ki, tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin
qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları
birləşdirənmədəniyyətin
formalaşmasına səbəb olur ki, bu da insanların
gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin
digər mədəniyyətə inteqrasiya prosesi ilə
əlaqədardır. Nərimanov rayon Gənclər
və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,
YAP Nərimanov rayon GənclərBirliyinin sədri Yusif Babanlı
bildiriblər ki, multikulturalizm və tolerantlıq
tarixən azərbaycanlıların həyat tərzi olub. YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın
Gənclər Birliyinin sədri Seymur Orucov çıxış
edərək diqqətə çatdırıb ki,
Gənclər Birliyi də hər zaman milli-
mənəvi dəyərlərin təbliğində öz töhfəsini
verməyə çalışır. Müxtəlif
bölgələrdə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə
gənclərlə görüşlər keçirilir,
müxtəlif müzakirələr aparılır.
Vurğulanıb ki,
Azərbaycanda gənclər cəmiyyətin fəal
üzvüdürlər və onlar ictimai proseslərdə
fəal iştirak edir, tolerantlıq ruhunda böyüyürlər.
Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra
beynəlxalq tədbirlərdə də gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq
vəmultikultural dəyərlərin təbliğ
edilməsində böyük rola malikdirlər.
“SƏS”
qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkəmizdə multikulturalizm siyasətinin
həyata keçirilməsində görülən
işlərdən söz açıb, bunun Azərbaycan
dövlətinin strateji xəttində xüsusi əhəmiyyət
daşıdığını bildirib. Bəhruz Quliyev xalqımızın mültikultural ənənələrə
dəyər verdiyini deyib. Qeyd edib ki,
xalqımız əsrlərdir müxtəlif etnik qrupların
nümayəndələri ilə qarşılıqlı
hörmət və tolerantlıq şəraitində
yaşayır. Ölkəmizdə tolerantlıq mühitinin güclənməsi
istiqamətində ciddi addımlar atılır. Baş redaktor əlavə edib ki,
Azərbaycandamultikultural sərvətin və
ənənələrin qorunmasına və
nəsildən-nəslə ötürülməsinə xüsusi diqqət yetirilir. Dünyada yaşanan multikutural böhran fonunda Azərbaycanın öz tolerant dəyərləri
ilə fəxr etməyə haqqı var.
“İki sahil”
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki,
ölkəmizin multikultural dəyərlərə verdiyi qiymət göz qabağındadır:
“Dünyanın əsas probleminə çevrilən bu dəyərlər dünya ictimaiyyətini narahat etməyə
başlayıb. Avropada bu dəyərlər ayaq altına
atılır.Lakin Azərbaycanda multikulturalizm ölkə
siyasətinin ana xəttini təşkil edir. Multikulturalizm Azərbaycan
xalqının yaşam tərzidir”.
“Yeni Azərbaycan”
qəzetinin baş redaktoru, millət vəkili
Hikmət Babaoğlu çıxış
edərək söyləyib ki, multikulturalizm Azərbaycan
cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii
tələbatının əsas komponentlərindən birini təşkil edir:
“Ümumi ifadə ilə desək,bu, bir növ həyat tərzidir. Multikulturalizm Azərbaycanda çox qədim
tarixə malikdir. Multikulturalizmi və
tolerantlığı bu gün aktual edən
məhz qlobal məkanda baş verən
ziddiyyətli hadisələrdir. Mahiyyət etibarilə multikulturalizm fərqliliklərin bir arada mövcud olması,
cəmiyyətdə birgəyaşayışı diktə
etməsi və zənginliklərin vəhdəti deməkdir”.
Tədbirin sonunda YAP-a yeni üzv olan bir qrup gəncə partiya vəsiqələri
təqdim olunub.
Səs .-
2016.- 8 iyun.- S.4