Abbasqulu Ağa Bakıxanovun humanizm konsepsiyası insanpərvərliyin təcəssümüdür

Abbasqulu Ağanın ideyasına görə, yalnız xalqın ümidlərinə cavab verən və ona qayğı, şəfqət və mərhəmətlə yanaşan hökmdarın insanpərvərliyindən və müdrikliyindən danışmaq olar.

Bu nöqteyi-nəzərdən onun "Hikmətin fəziləti" adlı mənzum hekayəsi diqqətəlayiqdir. Əsərdə irəli sürülmüş əsas ideya hökmdarlarda arzu olunan üç keyfiyyətdir. Birincisi, hökmdar üçün ən xeyirli şey hünərdir. Hünəri olmayan hökmdarın istədiyi məqsədə nail olması qeyri-mümkündür. İkincisi, yaxşılıq etməkdir. Hökmdar xalqın etimadını ancaq etdiyi yaxşılıqlar sayəsində qazanadoğrulda bilər. Üçüncüsü, həqiqətpərəst həqiqət tərəfdarı olmalıdır. Hökmdar həqiqətpərəst olmalıdır kı, olkədə nizam-intizam hökm sürsün, nahaq cəzalandırılsın. Dünyanı həqiqətlə idarə edərlər.

A.A.Bakıxanovun etik təlimində insan əxlaqının nəcib və gözəl keyfiyyətlərindən biri kimi təqdim edilən təvazökarlığı eyni dərəcədə maarifçi monarxa da şamil etmək olar. Mütəfəkkirin etik təliminə görə, təvazökar olmayan insan daim rahatsızlıq hissləri keçirir. O, heç bir vaxt sakit olmur, mənəvi rahatlığın nə demək olduğunu bilmir. İnsanın cəmiyyətdəki mövqeyini rövnəqləndirməyə və yaxşılaşdırmağa xidmət edən təvazökarlıq, eyni zamanda da onu mənəvi cəhətdən təkmilləşdirməyə və püxtələşdirməyə yardım göstərir. Təvazökar olmayan insan öz əxlaqını saflaşdıra bilməz. Çünki lovğa, təkəbbürlü və özündən razı adamlar təbiətindəki nöqsanlı və zəif cəhətlərini görmək iqtidarında olmur. Təvazökarlığın "mənəvi mənfəəti ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olardaha fəxr etməz".

Abbasqulu Ağanın ideyasına uyğun olaraq, lovğalıq və təkəbbür bir tərəfdən nadanlıq, digər tərəfdən isə cahillik əlamətidir. Belə keyfiyyətlər isə qabaqcıl fikirli insanlar tərəfindən heç vaxt qəbul olunmur. Mütəfəkkirin fıkrincə, insanın lovğaya təkəbbürlü olmağa nə əsası, nə də mənəvi haqqı yoxdur. O yazır: "Maraqlı burasıdır ki, bir çoxları rütbə, mal, nəsəb və kamalına görə özlərini böyük hesab edirlər. Halbuki rütbə sahibinin vəzifədən kənar edildiyi zaman çəkdiyi qəmi, vəzifə başında keçdiyi zamanda etdiyi şadlıqdan artıqdır...

Dünya malına gəldikdə, demək olar ki, o, həmişə əldən-ələ keçən və puç olan bir şeydir.

Nəsəbə gəldikdə, eyib olsun o diriyə ki, ölüsü ilə fəxr edə, bu vasitə ilə də özünün fəzilətsizliyini etiraf etməyə çalışa. Qabiliyyətli oğulun buna ehtiyacı yoxdur, naxələf oğlu isə öz ata-babasının ləkəsidir...

Kamaldan bəhs etdikdə, demək lazımdır ki, əgər diqqətlə mülahizə etsək, görərik ki, alim nə qədər elm öyrənsə, çox şeyi bilmədiyini etiraf edəcəkdir.

Bakıxanov buradan belə nəticə çıxarır ki, afıyət əldə etmək üçün insan təvazökar olmalıdır. Rütbə və şöhrət dalınca qaçmamalıdır. Rütbə axtaran hökmranlıq fikri ilə nəfsinin qulu olar. Əksinə, insan mümkün qədər özünü dərindən dərk etməli, özünə tələbkarlıqla yanaşmalı, öz eyiblərini görə bilməlidir. Abbasqulu Ağanın fikrincə, "mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın... Gözlü o adamdır ki, özünü görə bilsin".

İnsan öz nöqsanını bildikdə, qürur və təkəbbürdən vaz keçər. Bakıxanova görə insan üçün təvazökarlığın bir faydası da budur ki, təvazökar adam bir qayda olaraq, az hirslənər, tez-tez qəzəblənməz. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Bakıxanov hirslənməyi, qəzəblənməyi, hövsələsizliyi, müvazinəti tez-tez itirməyi ən pis əxlaqi sifət hesab etmişdir. Onun fıkrincə, insan mümkün qədər qəzəblənməməlidir. Əgər qəzəblənməyə öz hərəkətin səbəb olmuşsa, çalış biro hərəkəti etmə, əgər başqası etmişsə, başqasının axmaq işi üçün hirslənməyin nə faydası vardır?! Təvazökar adamın üstünlüyü ondadır ki, onun getdikcə "...Həlimliyi artar, qəzəbi azalar və qəzəbin əzabdan başqa bir nəticəsinin olmadığını bilər. Çünki qəzəb insanı təbii haldan çıxarar, çox zaman onu cürbəcür xəstəliklərə düçar edər".

Beləliklə, görkəmli mütəfəkkirin, ümumiyyətlə insan təvazökarlığı ilə bağlı mülahizələri təkcə adi insanlara deyil, dövlətin başında duraninsan cəmiyyətini idarə edən şəxslər üçüneyni dərəcədə əhəmiyyət kəsb edir. Məsələn, hökmdarlarda qəzəb hissinin müalicə olunması, şöhrətpərəstlikdən uzaq olması, ilk növbədə cəmiyyətin ahəngdar şəkildə idarə olunmasının zəruri şərtlərindən biridir. Çünki şöhrətpərəst hökmdarın ölkəsində dilənçilik çoxalar, qəzəbli hökmdarın başında ağıl olmaz və ölkə həbsxanaya çevrilər.

Sosial-siyasi fıkir tariximizdə qədim əsrlərdən bəlli olan ədalətsiz şah hakimiyyətinə qarşı barışmaz münasibət Abbasqulu Ağanın da ictimai-siyasi ideyalarında mühüm yer tutur. Mütəfəkkir zalım şahlığı insan azadlığına əngəl törədən hal kimi qiymətləndirir və göstərir ki, şah öz şəxsi əqidəsindən, etiqadından asılı olmayaraq, ədalətli olmalı, ölkənin tərəqqisi üçün çalışmalıdır. Onun fıkrincə, yalnız ədalətli olan, abadlıqla məşğul olanqurub-yaradan dövlət başçısını hörmət və izzətlə yad edərlər. Belə şah kafır də olsa, ona həmişə rəhmət oxuyarlar.

A.A.Bakıxanovun ideyasına görə, dövlət başçısı öz nəfsinin kölgəsidir. İnsan vücudunu və şərəfini ağılla nəfsin vəhdətində  təsəvvür edən mütəfəkkir göstərir ki, hökmranlığın mənası nəfsə məhkumluq və azadlıqdan həmişəlik olaraq məhrum olmaq deməkdir. Qeyd etmək lazımdır ki, Abbasqulu Ağanın bu mövqeyi bir qədər ziddiyyətlidir. Onun göstərilən mülahizəsində söhbət, əgər ədalətsiz və qəddar hökmdar haqqında gedirsə, onun hökmranlığının nəfsə məhkumluğu şübhəsizdir. Lakin əxlaqi nöqteyi-nəzərdən qüsurlu olan belə hökmranlıq özünü azadlıqdan məhrum edə bilməz. Əksinə, məsləki, fıkri və düşüncəsi nəbzinin vurmasından asılı olan, öz alçaqmurdar nəfsinə uyğun hərəkət edən şah xalqın vəziyyətindən və dövlət işlərindən bixəbər olduğu üçün, əslində bütün qayğılardan uzaq, bütün davranışında asudə və azad olar. Nəfsinin ucbatından heyvanat səviyyəsinə enən şahın azadlıqdan məhrumluq heç ağlına belə gəlməz. Buna görə də "şəhvətə qapılaraq nəfsinə qüvvət verən adamın heyvaniyyəti ruhaniyyətinə qalib gələrək, onu ən alçaq dərəcə məqamına sürükləyər".

Ehtimal ki, cəmiyyətdə baş alıb gedən özbaşınalıqlar və xalqın şah hakimiyyətindən narazılığı mütəfəkkiri yuxarıda göstərilən qənaətə gətirmişdir. Çünki xalqa zülm etməyi adətə çevirən, onun vəziyyətinə düçar olmamaq üçün onun gözünə görünməkdən həmişə çəkinmiş və kütlənin intiqamından, silahlı qiyamından qorxmuşlar. Yəqin ki, hökmranlıq edənin özünü azadlıqdan məhrum etməsi də bundan irəli gəlmişdir.

A.A.Bakıxanovun mənzum hekayələrindən xalqın, xüsusilə də kəndli kütləsinin ağrı-acıları, hüquqsuzluğu öz əksini tapmışdır. "Şahın bir şəxsi döydürməsi", "Xudpəsənd əmir və tənqidçi", "Kəndlinin şaha şikayəti" və s. əsərlərində mütəfəkkirin hökmdarların ədalətsizliklərinə qarşı güclü etirazları ifadə olunmuşdur. "Şahın bir şəxsi döydürməsi" hekayəsində müstəbid dövlət başçısının əmri ilə döyülən adam onun (şahın) buna tam ixtiyarı və hüququ olduğunu söyləyir və əlavə edir ki, bu, tərif, hətta onun ölümünə fərman vermədiyinə görə, şaha təşəkkür kimi qəbul edilmişdir. Çünki özbaşınalıqların hökm sürdüyü şahlıq səltənətində döyülmək kimi cəza ilə can qurtarmağın özü "təşəkkürə" layiqdir.

Göründüyü kimi, Abbasqulu Ağa bu dərin mənalı kinayəsi və hiddəti ilə müstəbidliyin insan mənliyini və ləyaqətini tapdalayan idarəetmə üsulunun əleyhinə çıxmışdır. Humanist mütəfəkkirin bu hiddətində xalqın harayı, onun acı fəryadları öz parlaq əksini tapmışdır.

"Kəndlinin şaha şikayəti" hekayəsində feodal-şahlıq quruluşunda kəndli şikayətlərinin baxımsız qalması, kəndlilərin zülm və zorakılıq dünyasında əzildiyi təsvir edilmişdir.

Əsərdə səbatsız şahlığın xalqı düçar etdiyi hərc-mərcliklər, haqsızlıq və qanunsuzluqlar Abbasqulu Ağa tərəfindən ciddi surətdə və dərin qəzəb hissilə tənqid edilmişdir.

A.A.Bakıxanovun fıkrincə, hökmdarın ədaləti və müdrikliyi onun xalq rəyinə əsaslanan hökm və tədbirlərində təzahür etməlidir. Zülm etməyi və insan haqlarına laqeydliyi özünə peşə etmiş hökmdarda ədalətdən, mərhəmətdən və insanpərvərlikdən nişanə olmaz. Ölkə ağıllı tədbirlər nəticəsində abadlaşdığı kimi, zülm və haqsızlıqlar ucbatından viran olur.

Bu fikirləri göstərir ki, Abbasqulu Ağa cəmiyyətin idarə və dövlət işlərinin həll olunmasında xalq rəyinə böyük əhəmiyyət vermiş, məhz xalqın səsinə səs verən və onun iradəsi ilə hesablaşmağı bacaran şah hakimiyyətinə üstünlük verərək, hökmdar siyasətinin uğurunu bunda görmüşdür.

Görkəmli mütəfəkkirin "Şahın taxt-tacdan əl çəkməsi" hekayəsində, "Muşkatül-ənvar" əsərindəki "Əməlin cəzası" mənzum hekayəsində, habelə "Hikmətin fəziləti", "QanHarun" mənzum hekayələrində və digər əsərlərində hökmdarları xalqın taleyini və dövlət işlərini əyləncəyə çevirib buna səhlənkar yanaşmaları kəskin tənqid edilir, xalq müdrikliyi, ibrətamiz nəsihətlər və əməkçi kütlənin mənafelərinin müdafiəsi dərin məna kəsb edir.

A.A.Bakıxanovun ideyasına görə, hökmdar hərtərəfli inkişaf etmiş biliklielmli şəxs olmalı, öz fəaliyyətində cəmiyyətin tərəqqisi naminə çalışmalıdır. Onun fikrincə, şah xudpəsəndliyi və yersiz qüruru özündən uzaqlaşdırmalıdır. Çünki yersiz qürurya özündən razılıq cəmiyyətin zərərinə olan arxayınlaşmaya gətirib çıxarır. Xudpəsəndlik isə insanda başqalarına qarşı kini artır və sitəm etmək hissini alovlandınr".

Böyük mütəfəkkir göstərir ki, hökmdarın xalqa xeyri və hümməti onun öz xalqına sadiqliyi və havadarlığındadır. Səltənətinin gücü və qüdrəti hökmdarın ağıllı siyasətindən, idarə etmək bacarığından, eləcə də verdiyi fərmanların ədalətli olmasından asılıdır. Abbasqulu Ağaya görə qanacağı və ağlı olmayan hökmdarın ətrafına toplaşan dövlət məmurlarının belə səviyyəli dövlət başçısına verdiyi məsləhətlər həmişə riya və hiylədən, yaltaqlıq və fitnəkarlıqdan ibarət olar. Bu da, son nəticədə cəmiyyətdə nizamsızlığa gətirib çıxarır.

Hökmdar mərhəmətini və ədalətini, onun fərasətli və məqsədyönlü fəaliyyətini xalqın rifahının yaxşılaşdırılmasının mühüm amili hesab edən Abbasqulu Ağa göstərir ki, şah ölkəni elə idarə etməlidir ki, ölkə xalq üçün zindana və cəza evinə çevrilməsin. Xalqla yaxşı, şəfqət və mərhəmətlə davranmaq hökmdarın böyüklüyüdür. İztirab içində yaşayan xalqı idarə etmək çətindir. Mütəfəkkir nəsihətlərindən birində deyir: "Yaxşılıq etməklə azad kişini özünə qul edərsən. Əziyyət versən, tabeliyində olanlar səndən üz döndərərlər".

Zəmanəsinin hökmdarlarını sadə adamların dili və məsləhətləri ilə haqq və ədalət yoluna dəvət edən Bakıxanovun ədalətli şahla bağlı fikirləri belə ibrətamiz nəsihət və tövsiyələrlə zəngindir.

A.A.Bakıxanovun etik təlimində humanizm ideyaları mərkəzi yerlərdən birini tutur. Z.B.Göyüşov yazır: "Bakıxanovun bütün etikası "imkan aləminin padşahı və cüzilərin ən şərəflisi olan insana" hörmətlə bağlıdır. İnsana hörmət etmək, onun ləyaqətinə, əməyinə qiymət vermək hər bir insanın mühüm əxlaqi vəzifəsi olmalıdır. Buna görə də, o, tələb edir ki, "insan gərək öz həmcinsinə - insana həmişə yaxşılıq etməyə çalışmalıdır". Başqa sözlə, insanpərvərlik Abbasqulu Ağa etikasının mühüm tərkib hissəsidir. Onun fikrincə, insan insana zülm etməməli, əksinə həmişə yaxşılıq etməlidir ki, əxlaqı daim paklaşsın. Zülm və zalımlıq Bakıxanov etikasında yaxşılıq kateqoriyasının inkarı kimi çıxış edir. Başqasına zülm edəni əxlaqlı insan hesab etmək qeyri-mümkündür. Zalımlıq isə pis və şər əməllərin və rəzil əxlaqi keyfiyyətlərin məcmusudur.

"A.Bakıxanova görə insanın insana hörməti və köməyi təmənnasız olmalıdır və əxlaqi sifətə çevrilməlidir. Onun nəzərincə, şəxsi-qərəzlə görən adamaya əvəzini nəzərdə tutub yaxşılıq edənə yaxşı demək olmaz. Çünki bu, alverə bənzər və öz malını başqa bir şeylə əvəz etməni xatırladar. Bakıxanov yaxşılıq kateqoriyasına zülmkarlığın əksi olmaq etibarilə daha geniş məzmun verərək, onu ümuminin mənafeyi ilə eyniləşdirmişdir. O, bir neçə dəfə qeyd etmişdir ki, yaxşılıq ümumi mənfəətin olması deməkdir. Ümumin xeyiri üçün cüzi şər məsləhətli və xeyirlidir. Buna görə də, o, humanizmin carçısı olmaqla bərabər, məhz humanizm mövqeyindən ümumin zərərinə hərəkət edənləri ciddi surətdə cəzalandırmağı tələb etmişdir. Onun nəzərincə, ümumi mənfəəti xatirinə xüsusi zərəri qəbul etmək lazımdır". Belə mülahizələrə Abbasqulu Ağanın hüquqi görüşlərinin cinayət və cəzadan bəhs edən hissəsində tez-tez təsadüf olunur. Yeri gəlmişkən, qeyd etmək zəruridir ki, Bakıxanovun hüquqi görüşləri dərin etik əsaslara malikdir.

    

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru